Məhkəmə qərarları › İş №1(102)-1622/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1622/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1622/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, əvvəllər məhkum edilmiş, Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmünə əsasən (hakim T.X.Əkbərov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Məhkum CM-i n 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsindən 30 aprel 2020-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsi Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən, ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 15 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs6 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 09 (doqquz) aya artırılmış, Bakı şəhəri Xəzə r Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış evinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəx s1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan tullanaraq qanunsuz daxil olub, evin divarını çöl tərəfdən bərkidilmiş 01 ədəd dəyəri 110 manat olan “İstanbul” markalı su qızdırıcını, daha sonra evin açıq qapısından içəri daxil olaraq, içəridən 01 ədəd dəyəri 110 manat olan “Bosch” markalı laqondanı,01 ədəd dəyəri 80 manat olan göy rəngli dreli, 01 ədəd dəyəri 155 manat olan taxta kəsən aparatı,35 manat dəyərində su qızdırıcı aksesuarlarını, 70 manat dəyərində elektrik avadanlıqlarını və 30 manat dəyərində elektrik kabelini gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 590 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə daxil olaraq yataq otağındakı şkafın rəfindən 01 ədəd 2 qramlıq, 580 əyarlıq dəyəri 150 manat olan nazik boyunbağını, divarda asılmış qış gödəkcəsinin sol iç cibindən 1.850 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 2.000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağı ndan masanın üzərindən 01 ədəd dəyəri 300 manat olan “Samsung Galaxy Tab 3” markalı planşeti, yataq otağındakı şifonerdən qutunun içərisindən 01 ədəd 400 manat olan 5 qramlıq, 583 əyarlı qadın nişan üzüyünü, 3.500 manat nağd pulu, kök rəngli dəri qadın əl çantasından 221 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 4.421 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 04 noyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən paltar dolabında olan qızılqabının içərindən boyunbağı, qolbağ, üzük və sırğadan ibarət 583 əyarlıq ümumi çəkisi 20 qramlıq dəyəri 1800 manat olan komplekti, 01 ədəd dəyəri 500 man at olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq qadın nişan üzüyünü, 01 ədəd 583 əyarlıq dəyəri 120 manat olan 1 qramlıq boyunbağını, 01 ədəd 583 əyarlıq, 4 qramlıq dəyəri 300 manat olan yumru formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 150 manat olan yarpaq formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 100 manat olan yumru formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 150 manat olan nazik toxunuşlu qadın boyunbağısını,01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 170 manat olan nazik formalı qadın boyunbağısını, 01 cüt 583 əyarlıq, 3 qramlıq üzərində xırda zirkon qaşlar olan dəyəri 300 manat olan qadın sırğasını, 01 ədəd 583 əyarlıq, 3 qramlıq dəyəri 200 manat olan yumru formalı qadın üzüyünü, 01 ədəd 583 əyarlıq, 3 qramlıq dəyəri 200 manat ulduz formalı qadın üzüyünü, 01 ədəd dəyəri 50 manat olan gümüş qadın kulonunu və dəyəri 800 manat olan “Acer” markalı notebuku gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 4.840 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, evin 2-ci mərtəbəsinə həyətdəki pilləkənlə qalxaraq, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın üstündən 10.000 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində Şahid1 məxsus ünvan 6 ünvanında yerləşən evin eyvanında olan plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən çarpayının altında göy rəngli dəri qadın çantasının içərisindən Zərərçəkmiş şəxs6 Şixəmməd qızına məxsus ümumi dəyərləri 13730 manat olan 01 ədəd dəyəri 1680 manat olan 21 qramlıq, 583 əyarlıq qadın boyunbağısını, 01 ədəd dəyəri 800 manat olan 10 qramlıq, 583 əyarlıq zəncir toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq nazik forma toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 390 manat olan nazik forma toxunuşlu, 750 əyarlıq boyunbağısını, 01 ədəd dəyəri 1280 manat olan şam toxunuşlu, 16 qramlıq, 583 əyarlıq qadın saatını, 01 ədəd dəyəri 1280 m anat olan 16 qramlıq, 583 əyarlıq qadın qızıl saatını, 01 ədəd dəyəri 640 manat olan üzərində zirkon qaşlar olan 583 əyarlıq, 8 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq, 10 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan yumru pul formalı, 583 əyarlı, 10 qramlıq qadın kulonunu, 01 ədəd dəyəri 300 manat olan 3 qramlıq, üzərində sarı yantar qaş olan yumru formalı qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, ürək formalı 583 əyarlıq qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq tək qadın sırğasını, 01 cüt dəyəri 400 manat olan 5 qramlıq, yumru formalı üzərində zirkon qaşlar olan qadın sırğasını, 01 cüt dəyəri 520 manat olan 4 qramlıq, 750 əyarlıq, uzunsov formalı qadın sırğasını, 01 ədəd dəyəri 800 mana t olan üzərində qırmızı sadə qaş olan 10 qramlıq, 583 əyarlıq qadın üzüyünü, 01 ədəd, dəyəri 640 manat olan üzərində qırmızı sadə qaş olan 8 qramlıq, 585 əyarlıq qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində sarı yantar qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində bənövşə rəngli sadə qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan, 4 qramlıq, 583 əyarlıq, paxlava formalı üzüyünü, 01 ədəd 700 manat olan 5 qramlıq, 750 əyarlıq, üzərində ağ brilyant qaşlar olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq qaşsız nişan üzüyünü, 01 ədəd dəyəri 200 manat olan 10 qramlıq, 925 əyarlıq gümüş qadın üzüyünü, 01 ədəd dəyəri 300 olan 15 qramlıq, 925 əyarlıq gümüş qadın boyunbağını, həmin tarixə Azərba ycan Respublikası manatına olan məzənnəsi 1275 manat təşkil edən 750 ABŞ dolları və 200 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs6 Şixəmməd qızına ümumilikdə 15.205 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını d inləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən norm anın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-i n 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik d ərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müd dəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayə t cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdir ən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq nor malarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-c i maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansi ya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda ş ərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar