Məhkəmə qərarları › İş №1(102)-1622/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1622/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1622/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X2 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(124)149/2023 saylı hökmü ilə (hakimlər Fəhmin Hümbətov (sədrlik edən), Hafiz Əliyev və Aynur Rzayeva) xx xxxxxxx 1988-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2022-ci il tarixdən hesablanması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(124)149/2023 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum və Müdafiəçi (Qədimalıyeva) apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 13 mart 2024-cü il tarixli, 1(105)-119/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilm əmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, həmyerlisinin məsləhəti ilə telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında bir qrup şəxs halında hesabına köçürəcəyi 90 manat müqabilində həmin naməlum şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsində avtobus dayanacağının arxasına qoyduğu sellofan bağlamada “2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan külli miqdarda 6,495 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2005-ci il 28 iyun tarixli Azər baycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan külli miqdarda 3,927 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq satmaq məqsədilə hissələrə bölüb ayrı-aynlıqda 1,126, qram, 0,520 qr, 0,415 qr, 0,430 qr, 2,437 qr, 0,204 qr, 0,091 qr, 0,073 qr, 0,108 qr, 0,104 qr, 0,066 qr, 0,074 qr, 0,101 qr, 0,072 qr, 0,075 qr, 0,076 qr, 0,090 qr, 0,091 qr, 0,053 qr, 0,052 qr, 0,030 qr, 0,103 qr, 0,051 qr, 0,053 qr çəkidə narkotik vasitə heroini və 0,443 qr, 1,555 qr, 0,538 qr, 0,071 qr, 0,098 qr, 0,087 qr, 0,083 qr, 0,096 qr, 0,112 qr, 0,109 qr, 0,144 q r, 0,103 qr, 0,101 qr, 0,033 qr, 0,062 qr, 0,064 qr, 0,102 qr, 0,068 qr, 0,068 qr, 0,058 qr psixotrop maddə metamfetamini üzərində saxlamış, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilib bölmənin inzibati binasında olan otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol yan cibində qəhvəyi-qara rəngli taxta qabın içərisində bir ədəd, göy rəngli, kardon materiallı, üzərində “Skom” yazısı olan qutunun içərisində həmin 24 ədəd bükümdə ümumi 6,495 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 19 ədəd bükümdə 3,927 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, bir ədəd asılqanlı tərəzi, bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya, 2 ədəd üzərlərində maddə izləri olan gümüşü rəngli falqa kəsikləri, müxtəlif ölçülü və formalı siqaret kağızı kəsikləri, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuq aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, məhkəmə istintaqı zamanı müdafiəçisi olaraq sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsinə dair v əsatət qaldırmışdır. Belə ki, təqsirləndirilən şəxsin verdiyi ifadə öz təsdiqini xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolunda olan ciddi pozuntular qeyd edilən xüsusatların həqiqi olduğuna dəlalət edir. Belə ki, 23 yanvar 2022-ci il tarixdə saat 04:35-də başlayan və xx.xx.2022-ci il tarixdə saat 05:30-da tərtib edilən protokolda iştirak edən vəkilin nə imzası, nədəki soyadı vardır. Təqsirləndirilən şəxsin verdiyi ifadəyə görə vəkil iştirak edəndən sonra, səhər saatlarında sənədlərə imza atmaq istəmədiyini bildirdikdə ona psixoloji təzyiq göstərildiyinə görə orta təhsili belə olmayan, latın qrafikalı Azərbaycan əlifbası ilə oxumağı bacarmadığı halda sənədlərə imza çəkmişdir. Bu da həmin protokolun, orada yazılan məlumatların həqiqiliyinə şübhə yaradaraq Azərbaycan Respub likasının Cinayət Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Müdafiəçi qeyd etmişdir ki, məhkəmədə təqsirləndirilən şəxsin istifadəsində olmuş telefon nömrələrinə dair mobil rabitə operatorundan alınmış anten əhatə dairəsi məlumatları tətqiq edilərkən onun telefonunun son anten siqnalı 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixinə keçən gecə saat 00:56–da olmuşdur. Bu halı birinci instansiya məhkəməsinin diqqətinə çatdırsa da, məhkəmə bu hala heç bir qiymət verməmişdir. Halbuki, təqsirləndirilən şəxsin özünü müdafiə etmək və ya tutuluduğu andan müdafiəçinin yardımından istifadə hüququndan məhrum edilmişdir. Daha sonra, ittiham tərəfi ittiham aktında Məhkum istintaq yekunlaşana yaxın bir sıra “formal” heç bir mahiyyəti və mənası o lmadan protokollar tərtib etmişdir. Belə ki, təqsirləndirilən şəxsin evinə baxış tutulduqdan 6 (altı) ay sonra aparılmışdır və qadağan olunmuş heç bir vasitələr aşkar edilməmişir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən n ormanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi məhkumun əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanı mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əla qədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməkl ə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbi qi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərar ın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005 -ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cina yət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazır kı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, ibtidai istintaq zamanı məhkum əməlini etiraf etmiş, səmimi ifadə vermiş, eyni zamanda, ibtidai istintaq zamanı ona işgəncə verilməsi ilə bağlı hər hansı məlumat verməmişdir, müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən 24 ədəd bükümdə ümumi çəkisi 6,495 qram narkotik vasitə heroin və 19 ədəd bükümdə 3, 927 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından da görünür ki, apellyasiya baxışı qismən məhkəmə aparılmaqla keçirilmiş, müdafiə tərəfinin vəsatəti əsasında məhkum, şahidlər dindirilmiş, işdə olan sübutlar tədqiq edilərək qanunamüvafiq qaydada qiymətləndirilmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı məhkumun müdafiə hüquqlarının pozulmadığı, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli olması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci abzasına əsasən “Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırl anması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin Qərarın 14-cü bəndinə əsasən “Azərbaycan Respublikası CM-in 234.2 və 234.3- cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki ki, Məhkum əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitələrin və psixotrop maddələrin şəxsi ist ehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə olub artıq olması, narkotik vasitə və psixptrop maddənin xırda bükümlərə bölünməsi, eləcə də tərəzinin olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin istifadəsində olmuş telefon nömrələrinə dair mobil rabitə operatorundan alınmış antena, danışıq və “SMS” məlumatları tətqiq edilərkən Məhkum narkotik vasitəsinin satışı ilə məşğul olmasına dair konkret “SMS” mətnləri müəyyən edilmiş, eyni zamanda onun saxlanılmasının vaxtı və yerinin mübahisələndirilməsi ilə bağlı məhkəmədə müdafiə tərəfinin gətirdiyi dəlillər danışıq və antena məlumatları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hala düzgün qiymət verilmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı cinayət işinin predmetini təşkil edən külli miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə edilməklə saxlanması və daşınması məqsədilə Məhkum tərəfindən əldə olunmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci və apellyasiya məhkəmələrində araşdırma zamanı məhkumun müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Eyni zamanda, məhkum xx.xx.2022-ci il tarixdə məhkəmə tibb ekspertizasından keçirilmiş və onun bədəni üzər ində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası eyni zamanda Məhkum təyin olunmuş cəzanın ədalətliliyini nəzərdən keçirərək onu da qeyd edir ki, məhkuma təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və onun təqsirli bilindiyi maddələrin sanksiyası həddindədir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza həm nöpvü, həm də həddi baxımından ədalətli olduğundan, hökm və qərar cəzaya aid hissədə də qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq və kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(105)-119/2024 saylı qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədə n saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar