Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1623/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 06 oktyabr 2021ci il tarixli hökmü ilə xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X4 və X1 ibarət tərkibdə) 06 yanvar 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabin etinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın tələblərini pozaraq koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu halda 06 dekabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı ünvan 1-u tərk edib ünvan 2 ünvanda yerləşən “Bakı Sağlamlıq Mərkəzi” klinikasına getmiş, həmin günü saat 21:35də oradan taksi sürücüsü Şahid4 idarə etdiyi “Peugeot 405” markalı, 90- PV-081 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana geri qayıdarkən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 02 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvədə olduğu halda onu müdafiə edən vəkil heç bir məsləhəti ilə Amnistiya ərizəsi ilə müraciət edə biləcəyi barədə yönləndirməmişdir. Ona təyin edilmiş cərimədən 500 manat dəyərində məbləği borc alaraq yalnız aprel ayında ödəyə bilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə Amnistiya tətbiqi ilə bağlı ərizəsi “8 Noyabr -Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.11-ci hissəsinin tətbiq edilməsinə cəriməsinin qalıq məbləğinin xx.xx.2022 tarixindən sonrakı tarixə düşdüyündən təmin olunmamışdır. Cərimənin qalan məbləğini maddi ehtiyac içində yaşadığından ödəyə bilmir. Hissə -hissə ödəmək belə çox çətindir. Məlumatsızlığı səbəbindən törətdiyi hərəkətin özündən savayı heç kimə zərər verəcək nəticəsi olmamışdır. Həmin gün o, ailə başçısını, ömür-gün yoldaşını itirmişdir. Məhkum kassasiya şikayətində ailə vəziyyətini, heç bir yerdə işləməməsini, pensiya almamasını, həyat yoldaşını xx.xx.2020-ci ildə COVİD-19 infeksiyasına yoluxması səbəbindən itirdiyini, heç bir yerdən gəliri olmadığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 06 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və ya barəsində CM-in 62-ci maddəsini tətbiq edərək cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi tətbiq edilməsi və 2500 manat olan cərimə məbləğinin azadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikay əti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş h esab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində ona təyin olunan cəzanı mübahisələndirməklə barəsin də CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-i n 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cin ayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları (aktiv "Covid-19” infeksiyasına yoluxduğunu bildiyinə baxmayaraq yaşayış yerini ərinin ağır vəziyyəti ilə əlaqədar hadisənin təsiri altında tərk etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini n əzərə almış və onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasi qənaətinə gəlmişdir. Məhkəmə cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 2500 manat məbləğində cərimə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cərimə cəzası təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayət in məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). B u baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan son rakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindyi maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza –cərimə cəzası təyin edilsə də, aşağı instansiya məhkəmələri tərəfindən onun şəxsiyyətini xarakterizə edən, o cümlədən törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallar kifayət qədər nəzərə alınmamışdır. Belə ki, Məhkum aktiv "Covid-19” infeksiyasına yoluxduğunu bildiyinə baxmayaraq yaşayış yerini ərinin ağır vəziyyəti ilə əlaqədar hadisənin təsiri altında tərk etmiş və "Covid19” infeksiyasına yoluxan əri də həmin ərəfədə vəfat etmişdir. Həmçinin hazırda karantin rejimində qoyulm uş məhdudiyyətlər aradan qalxmışdır ki, məhkəmə kollegiyası həmin halı baş vermiş cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hal kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cərimə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası "Covid-19” infeksiyasına yoluxan ərinin cinayət əməli baş verən ərəfədə vəfat etməsini, heç bir yerdə işləməməklə maddi vəziyyətinin ağır olma sı kimi cəzanı yüngülləşdirən halları, habelə karantin rejimində qoyulmuş məhdudiyyətlərin hazırda aradan qalxması kimi cinayətin ictimai təhlükəliliyini azaldan halı müstəsna hallar kimi qiymətləndirir və qeyd edilən müstəsna hallarla yanaşı cinayətin motivini- onun aktiv "Covid-19” infeksiyasına yoluxduğunu bildiyinə baxmayaraq yaşayış yerini ərinin ağır vəziyyəti ilə əlaqədar hadisənin təsiri altında tərk etməsini nəzərə alaraq, hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cina yət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırma lıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilərək, onun barəsində CM-in 62 maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan miqdardan aşağı miqdarda cərimə cəzası təyin edilməli, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, cəmi 500 manat cərimə məbləğinin dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzasının miqdarı azaldılaraq 500 (beş yüz) manat müəyyən edilsin. Məhkum tərəfindən 500 manat cərimə məbləğinin dövlət b üdcəsinə ödənilməsi nəzərə alınaraq cəzasını çəkmiş hesab olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1623/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1623/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver