Məhkəmə qərarları › İş №1(102)-1623/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1623/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1623/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkum Jaba Jibgaşvillinin müdafiəçiləri Müdafiəçi4 və X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-784/2021 saylı, 07 iyun 2021-ci il tari xli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Jaba Jibgaşvili 16 mart 1987-ci il tarixdə Gürcüstan Respublikasının Siqnaxi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikasının Siqnaxi rayonunun Sakobu kəndində qeydiyyatda olub, Gürcüstan Respublikasının Tbilisi şəhəri, Varketili rayonu, Kaloubnis küçəsi, ev 24D, mənzil 30-da yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xeyli miqdarda təşkil edən pul vəsaitini Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməmə klə keçirərək təkrar qaçaqmalçılıq cinayətini törətmişdir. Belə ki, Məhkum 07 sentyabr 2020-ci ildə saat 23 radələrində, Azərbaycan Respublikasından keçməklə X2 getmək məqsədi ilə Gürcüstandan Azərbaycana gələrkən, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük idarəsinin Qazax rayonu inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda piyada idxal nəzarət xəttində gömrük yoxlaması zamanı çiynindən asdığı və üzərində “Sport” sözü yazılmış qara rəngli bel çantasının zəncirbəndlə bağlanmış ciblərinin içində əvvəlcədən kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etmədiyi hər biri 100 nominallıq 419 əsginasdan ibarət 41.900 ABŞ dolları və hər biri 50 nominallıq 22 əsginasdan ibarət 1.100 ABŞ dolları olmaqla, ümumilikdə 73.100 manat ekvivalentində xeyli miqdar təşkil edən 43.000 ABŞ dolları məbləğində nəğd pulu qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa, Məhkum cinayət əməlini davam etdirərək, təkrar 8 sentyabr 2020-ci ildə saat 09 radələrində, FZ710 saylı Bakı-Dubay aviareysi ilə Azərbaycan Respublikasından X2 gedərkən, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Bakı şəhərinin Xəzər rayonu inzibati ərazisində yerləşən “Terminal01 X6” gömrük postunda “Yaşıl kanal” buraxılış sistemindən istifadə edib gömrük nəzarətindən keçərkən, çiynindən asdığı, üzərində “Sport” sözü yazılmış qara rəngli bel çantasının zəncirbəndlə bağlanmış ciblərinin içərisində əvvəlcədən kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etmədiyi hər biri 100 nominallıq 419 əsginasdan ibarət 41.900 ABŞ dolları və hər biri 50 nominallıq 22 əsginasdan ibarət 1100 ABŞ dolları, cəmi 73.100 manat ekvivalentində xeyli miqdar təşkil edən 43.000 ABŞ dolları nəğd pulu qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) 03 mart 2021-ci il tarixli, 1(101)692/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1ci maddəsi ilə təqsirli bilinmiş və 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

4. Hökmdən Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət tərkibdə) 07 iyun 2021-ci il t arixli, 1(103)-784/2021 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 03 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum kassasiya şikayətində qeyd edir ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, Məhkum törətdiyi əməl həm istintaq orqanı, həm də məhkəmələr tərəfindən düzgün tövsif edilməmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Məhkum özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməklə verdiyi etirafedici ifadələri əsas göt ürmüş, buna uyğun olaraq ittiham hökmü çıxartmışdır. 43000 ABŞ dolları məbləğində nağd pulun Məhkum tərəfindən Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Bundan başqa, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək hüququ, susmasının onun özünü təqsirli bilməsi kimi qiymətləndirilməyəcəyi ona aydın olan dildə izah olunmamışdır. Həmçinin, Məhkum Dubay şəhərinə gedib müxtəlif növ ehtiyat hissələri almaq niyyəti ilə Azərbaycan Respublikasından tranzit ölkə kimi istifadə etmək istəmişdi. Onun əməlində təkrar cinayətin elementi yoxdur. Onun bu əməli, sübuta yetirildiyi halda, vahid niyyətlə törədilmiş əməl kimi tövsif edilə bilərdi. Kassasiya şikayətinin müəllifi həmçinin bildirmişdir ki, J.Jabgashvili Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 1 (103)-784/2021 saylı qərarının gürcü dilində tərcümə olunmuş sürətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır.

8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

10. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qa nuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

13. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif olunması barədə tələb irəli sürmüşdür.

14. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

15. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanun u ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

16. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosess ual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. 18. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsidə nəzərdə tutulmuş malların digər üsulla bəyan olunması zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük prosedurlarına salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannam əsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar, nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda qeyd olunmuş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir”.

19. Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə məhkum tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

20. Apellyasiya instansiya məhkəməsi öz qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, toplanmış və tədqiq olunmuş sübutları əlaqəli şəkildə tədqiq edib qiymətləndirməklə, Məhkum əməllərinin Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə tövsif olunması özünün istintaq zamanı və məhkəmədə verdiyi etiraf edici ifadələri ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla sübuta yetirilmiş və işin faktiki hallarına uyğun olmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş, həmin hal cinayət işinin materia llarının, toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi töv sifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarların şəxsiyyətinə uyğun olmamışdır.

24. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

25. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların mə cmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkü nlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. 26. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

28. Qeyd edilən Plenum Qərarının 8-ci bəndinə əsasən “CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyə tli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır.

29. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır”.

30. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, aşağı instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

31. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır, ailəlidir və himayəsində iki az yaşlı övladları vardır. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edilən halları işin müstəsna halları kimi qiymətləndirərək hesab edi r ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

33. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cinayət qanunvericiliyində işin müstəsna halları anlayışını müəyyən edilm əmişdir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə və qərarda əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir.

35. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların təl əblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona istinad olunan maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmalı, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarların şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.

37. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2021-ci il tarixli, 1(103)-784/2021 nömrəli qərarı dəyişdirilməlidir.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Jaba Jibgaşvillinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 iyun 2021-ci il tarixli, 1(103)- 704/2021 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Jaba Jibgaşvilli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 2 (iki) il 5 (beş) ay müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar