Məhkəmə qərarları › İş №1(102)-1623/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1623/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1623/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1991-ci il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamışdır. 2. 17 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 iyul 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil olan külli miqdarda - hər birində ayrılıqda 0,141 qram, 1,016 qram, 0,717 qram və 2.010,00 qram olmaqla ümumilikdə 2.012,103 qram çəkidə narkotik vasitə heroin əldə edib 03 ədəd bükümünü üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 13 saylı evin yaxınlığına daşımış, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən 10 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 19:30-da qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət edilmiş və orada xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki palıdı rəngli gödəkçəsinin iç hissəsində olan sol döş cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 1,016 qram və 0,717 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,103 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq yuxarıda qeyd edilən po lis əməkdaşları tərəfindən 10 mart 2021-ci il tarixdə, saat 21:00-dan etibarən Məhkum icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanda yerləşən evə keçirilən baxış zamanı yataq otağında olan çarpayının altında döşəmənin üzərində 01 ədəd bükümdə külli miqdarda 2.010,00 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1293/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəflər i və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-84/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1293/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verib, qərarın ləğv edilməsi əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci ma ddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1725/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-84/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1293/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli hökmü apelly asiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq və məhkəmə icraatı zamanı 10 mart 2021-ci il tarixdən 16 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunduğu üçün cəzasının çəkilmiş hesab edilməsi, maddi sübut məsələsi həll edilərək, Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Məhkum üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,103 qram heroinin məhv edilməsi, yaşadığı ünvan 1 ünvanda aşkar olunduğu göstərilən külli miqdarda ümumi təmiz çəkisi 2.010,00 qram heroinə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və həmin narkotik vasitə heroinin yeni materiala əlavə olunması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya protestində qeyd edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahid ifadələri və iş materialları ilə kifayət qədər sübuta yetirili r. Cinayət işi materiallarında olan ekspertiza rəyi ilə Məhkum üzərindən aşkar edilən narkotik vasitənin tərkibi onun evindən aşkar edilən narkotik vasitənin tərkibi ilə eynilik təşkil edir. Məhkumun evindən aşkar edilən narkotik vasitələrin ona aid olması ciddi şübhələr yaradırsa, onda evində aşkar edilən narkotik vasitənin tərkibi ilə eynilik təşkil edən üzərində aşkar edilmiş narkotik vasitə də şübhə yaratmalı idi. Belə olan halda Məhkum evindən aşkar edilmiş 2.010,00 qram narkotik vasitənin ona məxsus olmaması barədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımalı, məhkəmə qeyd olunanlara tənqidi yanaşmalı idi. Bundan başqa, məhkəmə hesab etmişdir ki, təhqiqatçı prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərək əti keçirilməsi barədə protokol tərtib etmiş və axtarış istintaq hərəkəti barədə müvafiq prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozmuşdur. Bununla bağlı Məhkum üzərindən 3 büküm 2,103 qram narkotik vasitə heroinin aşkar edilməsi, ilkin izahatlarında evində də narkotik vasitə olduğunu bildirməsi, həmin narkotik vasitənin onun ailə üzvləri və ya hər hansı digər şəxslər tərəfindən məhv edilməsi ehtimalını artırır. Belə ki, işin təhqiqatçı tərəfindən müstəntiqə təqdim edilməsi bir sıra mərhələlərdən keçdiyi üçün həmin müddət ərzində təqsirləndirilən şəxsin evində olan narkotik vasitənin məhv edilməsi ehtimalı yüksəkdir. Belə olan halda maddi sübutun məhv edilməsinin qarşısını almaq üçün təhqiqatçılar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbayc an Respublikası CPM”) 86-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir. Məhkumun üzərindən aşkar edilmiş narkotik vasitənin 3 büküm olması, şəxsi istehlak miqdarından artıq olması, eyni zamanda evində də eyni tərkibli narkotik vasitənin aşkar edilməsi onun üzərindən aşkar edilən narkotik vasitənin öz şəxsi istifadəsi üçün əldə etməsi, evində aşkar edilənin isə ona məxsus olmaması barədə qeyd etdikləri xüsusatların özünü müdafiə xarakterli olmasını göstərən hallardır. Beləliklə apellyasiya məhkəməsi kollegiyası hökm çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələ rinin tələblərinə müvafiq tədqiq etməmiş və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş m əhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 41 6.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Kassasiya protestində Məhkum yaşadığı evə baxış və götürmə keçirilməsi barədə təhqiqatçı tərəfindən keçirilmiş istintaq hərəkətinin qanunvericiliyin tələblərinə müvafiq olaraq aparıldığı vurğulanmaqla, həmin hissədə məhkəmənin g əldiyi qənaətin əsassız olduğu iddia olunur.

21. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, dövlət ittihamçısının hazırda irəli sürdüyü həmin dəlillərinə apellyasiya instansiya məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə hazırda mübahisəsi edilən qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1725/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarının göstərişinə uyğun olaraq yenidən tədqiq edilmiş sübutların məcmusuna, eləcə də həmin sübutların təhlilindən irəli gələn işin həqiqi hallarına əsaslanmaqla həmin dəlillərin təkzib olunması haqqında nəticəyə gəlmişdir.

22. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır.

23. Eyni Məcəllə nin 243.3-cü maddəsində müəyyən edilən qaydaya görə təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər:  şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (maddə 243.3.1);  şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş,azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altındanqaçmış şəxsin yaşayış yerində gizləndiyini (maddə 243.3.2);  yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (maddə 243.3.3);  yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə o lduğunu (maddə 243.3.4).

24. Cinayət işinin materiallarından isə görünür ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3, Şahid5, Şahid4, Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin Narkotiklərə Mübarizə Bölməsinin rəisi Şahid1 birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən Məhkum evində məhz axtarış apardıqlarını bildirmişlər. Bununla yanaşı, “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun mahiyyətinə əsasən müəyyən olunmuşdur ki, əməliyyat müvəkkillərinin Məhkum fərdi yaşayış evində apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir.

25. Həmçinin, bu hallar apellyasiya instansiyası məhkəməsində baxış keçirilərək tədqiq edilmiş Məhkum yaşadığı evə baxış keçirilməsi (faktiki olaraq axtarış aparılmışdır) haqqında video görüntülərlə, eləcə də müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsi ilə öz təsdiqini tapmışdır. 26.Göründüyü kimi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Rahib Cəfərov prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmiş və axtarış istintaq hərəkəti barədə müvafiq prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, Məhkum yaşadığı evdən 01 ədəd bükümdə külli miqdarda 2.010,00 qram narkotik vasitə heroin aşkar olunması ilə bağlı baxış və götürmə hərəkətləri baxışın xarakterinə uyğun olmayaraq axtarış şəklində aparılmış, axtarış isə buna səlahiyyət i olmayan təhqiqatçı tərəfindən, həm də məhkəmənin qərarı alınmadan aparılmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (maddə 125.2.5); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7), əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

28. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hans ı halın sübut olunmasında istifadə edilə bilməz.

29. Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını qəti şəkildə inkar etmiş, cinayət işi materiallarında həmin narkotik vasitənin ona məxsus olmasına dəlalət edən hər hansı digər sübut mövcud deyildir. Qeyd edilən halların məcmusu evdən aşkar olunmuş 2.010,00 qram narkotik vasitə heroinin Məhkum aid olmasını ciddi şübhə altına qoyduğundan, qanunvericiliyin tələblərinin kobud pozulması ilə əldə olunmuş həmin istintaq hərəkətinin, bunun nəticəsində əldə edilmiş sübutların ittihamın düzgün həlli üçün istifadə edilməsi yolverilməzdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.

30. Müvafiq olaraq, Məhkum yaşadığı evdən narkotik vasitənin aşkar edilməsinə dair aparılmış istintaq hərəkətinin cinayət işi üzrə sübut kimi qəbul edilməsi yolverilməz hesab edildiyindən, həmin istintaq hərəkətinin nəticəsində əldə edilməsi müəyyən edilmiş maddi sübut üzrə keçirilmiş ekspertiza rəyindən ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadəsi istisna edilir.

31. Məhkumun üzərindən aşkar edilmiş 2,103 qram narkotik vasitə heroin ilə bağlı hissədə isə apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, iş materiallarında Məhkum onun üzərindən aşkar edilmiş na rkotik vasitənin hər hansı formada satışı ilə məşğul olmasına dair (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s. bu kimi məlumat) heç bir sübut növü mövcud deyildir.

32. Müəyyən edilən bu halları nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum üzərindən aşkar edilən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitə heroinin külli miqdarda (2,103 qram) olması özü-özlüyündə şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz.

33. Məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

35. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

37. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

38. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.

39. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsi nin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.

40. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

41. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2085/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar