Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1624/2018 06.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “06” dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəf indən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim Ş.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.H.Səmədov, R.İ.Hüseynov) xx xxxx 1968-ci il tarixdə ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, Şəki uşaq-gənclər idman məktəbində boks üzrə məşqçi işləmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcını n 16 sentyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. İ Ş İ N H A L L A R İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xx 2015-ci il tarixdə saat 08:45 radələrində X4 ünvan 2 ünvanına gəlib hasardan həyətə keçərək evin içərisində sonuncunun boğazından tutub boğmuş, sifətinə qəsdən yumruqla vuraraq burunun üstündə və sağ gözaltı nahiyədə qançırlarla müşayiət olunan, sağlamlığına zərər vurmayan xəsarətlər yetirib ona fiziki zor göstərməklə iradəsinə zidd olaraq, həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə onu yaşadığı ünvandan oğurlayaraq ünvan 3 ünvanına apararaq orada üç gün ərzində saxlamaqla adam oğurluğu cinayətini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (M.M.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Əliyev, İ.H.Şükürov) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏT İNİN D Ə L İ L L Ə R İ: Məhkum Təqsirləndirilən şəxs kass asiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarlarla razı olmadığını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə təqsirli bilmədiyini və bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə zərərçəkmiş şəxs X5 və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs X4 ərizəsi daxil olmuş, əri zədə o, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsini, ona işgəncə və zülüm vermiş məhkumun əməlinə qanunun ən sərt şəkildə cəzasının verilməsini və məhkum tərəfindən bu gün də hədələnməsini nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışını n nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası CM-in müvafiq maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs G apellyasiya şikayətləri əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs G tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017ci il tarixli hökmü dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi i lə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirmiş, barəsində CM-in 144.2.4-cü maddəsi ilə ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi ü zrə müəyyən olunmamışdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs CM-in 144.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin icraat materiallarına əlavə edilmiş protokollar, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətra flı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs CM-in 144.2.4-cü maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tö rətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 144.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 144.2.4-cü maddəsi üzrə ən yüngül həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkuma təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarak terinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun deyildir və o, CM-in 144.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müv afiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və yekun nəticələr Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs CM-in 144.2.4-cü maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 144.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci və Apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarını n pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Ə
Məhkəmə qərarları › İş №1(102)-1624/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1624/2018
06.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver