Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1624/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİİ qrup əlil, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ Qarabağ müharibəsinin qazi si, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), İ.A.Mahmudov və M.H.Əkbərov) Məhkum - Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X2 mülki iddiasının qismən təmin edilərək Məhkum vurulmuş maddi zərərlə bağlı dəfn xərcləri ilə əlaqədar 5000 (beş min) manat, mənəvi zərərlə bağlı 7000 (yeddi min) manat - cəmi 12000 (on iki min) manat və ödənilmiş 303 manat dövlət rüsumunun tutularaq X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən apellyas iya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.A.Şirinov və Z.B.Babayev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilməklə, Məhkum barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar və göstərişlər hökmdən xaric edilmiş, ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qəra ra alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 29 iyul 2021-ci il tarixdə saat 09 radələrində şifahi razılıq əsasında, amma etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2nə məxsus olan, atası X5 lizinq müqaviləsi əsasında istifadəyə verilmiş “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsi ilə Yeni Yasamal qəsəbəsi “Vital” Tibb mərkəzi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu nun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, eləcə də bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək avtomobili nəzərdə tutulduğundan artıq sürətlə, yəni 70 km/saat sürətlə idarə etdiyindən yo lun Alatava küçəsi 7, bina 62 ünvanının qarşısından keçən enişli hissəsində dayanıqlı hərəkəti təmin edə bilməyib idarəetməni itirərək hərəkət trayektoriyasından əks istiqamətə çıxaraq yolun ehtiyat hissəsində avtomobilin sol ön hissəsi ilə sol kənarda torpaq örtüklü yolda düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə zərərçəkmiş şəxsə açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, hər iki alın payında hemorragik kontuziya, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, dalağın zədələnməsi (splenektomiya) daxili qanaxma, ənsə, alın və sağ gicgah nahiyyələrində əzilmiş yaralar kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin xəsarətlər ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sonradan 31 iyul 2021-ci il tarixdə Masallı rayonu “Bioloji təbabət” klinikasında ölümünə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nə məxsus “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 625 manat məbləğində maddi ziyan vuraraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş olu nur. Zərərçəkmiş şəxsin hüquqi varisi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs olan oğlu Əlirzanın xəstəxanaya aparılmasına heç bir cəhd etməmiş, ətrafda olan şahidlər hadisə barədə polisə xəbər vermişlər. Polis gələndən sonra təcili yardıma zəng vurulmuşdur. Sabunçu Rayon Xəstəxanasına gətirəndən sonra saat 15:00dək Əlirza xəstəxanada kimsəsiz qalıb."xxxx" ASC-nin baş ofisindən Əlirzanın işə gəlmədiyini görən müdiriyyət maraqlananda Əlirzanın avtoqəza nəticəsində ağır xəsarət aldığını bildirmişlər. "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təcili xəstəxanaya gələndən sonra həkimlər xəstəyə müdaxilə ediblər. Artıq o müdaxilə gec olmuşdur. Şikayət müəllifi hesab edir ki, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hallar kimi onun Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində iştirak edərək sol ayağının 1/3 hissəsini itirməsini, 3cü qrup əlil olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini nəzərə alıb ona yüngül cəza təyin edərkən, onun zərərçəkmiş şəxsə yardım göstərməməsi, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəsizlik dərəcəsini, nəzərə almamış və zərərçəkən şəxsin hüquqi varisinin hüquqlarını tapdalamışdır. Belə ki, Məhkum hadisəni törətdiyi gündən indiyədək nəinki heç bir maddi köməklik etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi M.Murtuzayevin və dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın yüngül olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərə kəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinə görə isə “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə sə bəb olduqda- beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaş dıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, ap ellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, ilk məhkumluğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində iştirak edərək sol ayağının 1/3 hissəsini itirməsi, 3-cü qrup əlil olması, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə t əyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və icti mai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrini n istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi v ə bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1624/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1624/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver