Məhkəmə qərarları › İş №1(102)-1624/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1624/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1624/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1998-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin məsləhətləri və zəruri məlumatları ilə etdiyi köməkliklər əsasında Şahid şadlıq sarayının sahibi olması, y aşadığı mənzildə külli miqdarda pul saxlaması barədə məlumat alıb, həmin məlumatları ona ötürdükdən sonra, qrup üzvləri öz cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu ilə silahlanıb, habelə tanınmamaq və cinayətkar niyyətlərini pərdələməklə kuryer xidmətinin əməkdaşları olmaları görünüşünü yaratmaqdan ötrü 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, 01 ədəd motosiklet kaskası və ağqara rəngli jilet əldə etdikdən sonra, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, özü ilə 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu götürüb, qrupun digər üzvü isə başına motosiklet kaskas ı, əyninə isə ağ-qara rəngli jilet geyinməklə, 11 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, Şamhar Abdullayev pilləkanlarda durub gözlədiyi halda, o, mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nail olduqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən aerozol qurğu vasitəsi ilə onu sifət nahiyəsinə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, müqavimətini qırmaqla halsızlaşdırıb, o nun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə onun ağızından və boynundan tutaraq, mənzilin içərisinə doğru itələyərək Təqsirləndirilən şəxslə birgə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Zərərçəkmiş şəxs ayağının büdrəyib yerə yıxılmasından sonra onu stul üzərində əyləşdirib, qorxu və həyəcan hissləri keçirməsi səbəbindən müqavimət göstərə bilməyəcəyini dərk etdikdə Təqsirləndirilən şəxs evdə axtarış aparıb, mənzilin yataq otağındakı dolabın içərisindən seyf aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs seyfə aid açarı alıb oradan sonuncuya məxsus qızıl-ziynət əşlayarını, habelə həmin otaqdakı dolabın siyirtməsindən içərisində 10 manat pul olan 01 ədəd qadın portmanatı və digər əşyalar aşkar etməklə, həmin əşyaları özləri ilə gətirdikləri çantaya yığma larına baxmayaraq, mənzildən pul tapa bilmədikləri üçün götürdükləri qızıl-zinət əşyaları, portmanat və digər əşyaları götürməkdən imtina edib, portmanatdakı ümumilikdə 10 manat pul ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq, quldurluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) 19 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

4. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.H.Allahverdiyev, hakimlər İ.A.İbrahimli və H.Ç.Məmmədovda n ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli, 1(103)-253/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum və qeyrisinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair 19 oktyabr 2022-ci il tarixli, 1(101)-1549/2022 saylı hökmü Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 ilə endirilmişdir.

6. Hökmdən həmçinin digər məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlə r Z.A.Şirinov A.E.Səfərəliyevdən ibarət tərkibdə) 27 aprel 2023-cü il tarixli, 1(103)-832/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs və qeyrisinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair 19 oktyabr 2022-ci il tarixli, 1(101)-1549/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmədən saxlanmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri 9.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz o lmuşdur. Məhkum kassasiya şikayətində ilk dəfə məhkumluğunun, cavanlığının və səmimi peşmançılığının nəzərə alınmasını xahiş edir. 10.Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-253/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 12.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 13.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiya da işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi mə sələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 16.Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdak ıları qeyd edir. 17.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində ədalətli qərar qəbul olunması xahiş olunur. 18.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hö kmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi) 20.Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum və Təqsirləndirilən şəxs quldurluq cinayətinin törədilməsində iştirakını müəyyən etmiş və onların əməllərini CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. 21.Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zər uri hesab edir. 22.Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. 23.Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdi r. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 saylı qərarının 23-25-ci bəndlərində qeyd olunur ki, “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 18 1-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CMnin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun... Özgə əmlakını talamaq məqsədilə zərərçəkmişin orqanizminə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan vasitələr, maddələr yeridilmişsə, o zaman əməl, nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi tövsif olunmalıdır. Qeyd edilən cinayətlər törədilərkən, tətbiq olunmuş vasitələrin, maddələrin təsirinin xüsusiyyəti və xarakteri, lazım gəldikdə müvafiq mütəxəssis və ya ekspert vasitəsilə müəyyən oluna bilər”. 25.Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs əvvəlcədən istintaqla müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu ilə silahlanıb, rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə o, özü ilə 01 ədəd bağlama, 01 ədəd qələmi ilə birlikdə blaknot, gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğu götürüb, qrupun digər üz vü isə başına motosiklet kaskası, əyninə isə ağ-qara rəngli jilet geyinməklə, 11 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 21 nömrəli evin 17 saylı mənzilin qarşısına gəldikdən sonra, Şamhar Abdullayev pilləkanlarda durub gözlədiyi halda, o, mənzilin giriş qapısını döyüb, Zərərçəkmiş şəxs kuryer kimi təqdim edərək, əri Şahid çatacaq bağlama gətirməsi barədə yalan məlumat verməklə, mənzilin qapısının sonuncu tərəfindən açılmasına nail olduqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs sifət nahiyəsinə aerozol qurğu vasitəsi ilə gözyaşardıcı və qıcıqlandırıcı maddə püskürdüb, onun qışqıraraq kənar şəxsləri köməyə çağırmaq imkanını məhdudlaşdırmaqdan ötrü əlləri ilə onun ağızından və boynundan tutaraq, mənzilin içərisin ə doğru itələyərək Təqsirləndirilən şəxslə birgə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Zərərçəkmiş şəxs ayağının büdrəyib yerə yıxılmasından sonra onu stul üzərində əyləşdirib, qorxu və həyəcan hissləri keçirməsi səbəbindən müqavimət göstərə bilməyəcəyini dərk etdikdə Təqsirləndirilən şəxs evdə axtarış aparıb, mənzilin yataq otağındakı dolabın içərisindən seyf aşkar etdikdən sonra, Zərərçəkmiş şəxs seyfə aid açarı alıb oradan sonuncuya məxsus qızıl-ziynət əşlayarını, habelə həmin otaqdakı dolabın siyirtməsindən içərisində 10 manat pul olan 01 ədəd qadın portmanatı və digər əşyalar aşkar etməklə, həmin əşyaları özləri ilə gətirdikləri çantaya yığmalarına baxmayaraq, mənzildən pul tapa bilmədikləri üçün götürdükləri qızıl-zinət əşyaları, portmanat və digər əşyaları götürməkdən imtina edib, portmanatdakı ümumilikdə 10 manat pul ələ keçirməklə hadisə yerindən uzaqlaşmışdır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum və Təqsirləndirilən şəxs əməllərinin CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi üçün onların quldurluq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri, yəni özgə əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmələri tələb olunur. 27.Lakin iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum və Təqsirləndirilən şəxs Rafael oğlu quldurluq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. 28.Kassasiya məhkəməsi qeyd edir ki, zərərçəkmişin müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmet lər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular tətbiq edildikdə əməl birmənalı olaraq quldurluq kimi qiymətləndirilməli deyil. 29.Tətbiq edilən belə xarakterli predmetlərin insan sağlamlığı və həyatı üçün təhlükə yaratmaq imkanlarına malik olması xassəsindən asılı olaraq qiymətləndirilməlidir. 29.Belə ki, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozollar müxtəlif çeşiddə və müxtəlif təsir gücünə malik olaraq hazırlanır. 30.Belə predmetlərin necə təsir etməsi zərərçəkmişlər üçün qeyri-müəyyən olur və heç də həmişə həyat və sağlamlıq üçün təhlükəli qəbul edilmir. 31.Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin tərkibinin yaranması üçün silah və ya silah qismində istifadə edil ən əşyaların zərərçəkmişlər üçün açıq-aşkar həyat və sağlamlıq üçün təhlükəli olması baxımından əhəmiyyət kəsb edir. 32.«Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 mart 2005-ci il qərarının 25-ci bəndində qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. 33.Plenumun bu qərarının mənasın a görə əməlin quldurluq cinayəti kimi qiymətləndirilməsinin əsas şərti silah qismində istifadə edilən predmetlərin həyat və sağlamlıq üçün təhlükə yaratmaq xassəsinə malik olmalıdır. 34.Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona heç bir xəsarət yetirilməmiş və heç bir təzyiq göstərilməmişdir. 35.Bundan başqa, cinayətin törədilməsində istifadə olunan gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qurğunun istintaqla müəyyən edilməsi mümkün olmamış, həmçinin, həmin maddənin ekspert rəyi ilə qiymətləndirilməli olan təsir xüsusiyyəti və xarakteri müəyyən edilməmişdir. 36.Bundan əlavə, iş üzrə Zərərçəkmiş şəxs müayinədən keçirilməmiş, onun sifətinə püskürdülmüş vasitənin onun həyat və sağlamlığına hə r hansı xəsarət yetirməsi və ya təsirinin olması müəyyənləşdirilməmişdir. 37.Yuxarıda qeyd edilənlərə əsasən, məhkumlar tərəfindən tətbiq edilən gözyaşardıcı və qıcıqlandırıcı maddə ilə doldurulmuş aerozol qyrğunun həyat və sağlamlıq üçün təhlükə yaratmaq xassəsinə malik olması müəyyən edilmədiyindən silah qismində istifadə edilən kimi qiymətləndirilməməli, iş üzrə ziddiyyətli məqamlar məhkumların xeyrinə həll edilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hücum zamanı həyat və sağlamlıq üçün təhlükəli olmayan gözyaşardıcı maddələrlə təchiz olunmuş müxtəlif mexaniki püskürdücü və aerozol qurğulardan istifadə olunması quldurluq kimi ilə tövsif edilə bilməz və belə əməl, nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi tövsif edilməlidir. 39.Azərbaycan Respublikas ı CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 40.CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 41.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum və Təqsirləndirilən şəxs Rafael oğlunun törətdikləri cinayət əməllərinin hüquqi tövsifində səhvə yol verilmişdir. 42.Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbay can Respublikası CPM-nin 419.1-ci maddəsində əksini tapmış qaydaya görə, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. 43.Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin d ə xeyrinə yekun qərar qəbul edir 44.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə məhkum edilmiş digər şəxs Təqsirləndirilən şəxs Rafael oğlunun kassasiya müraciəti mövcud olmasa da, Məhkum tərəfindən törədilmiş əməlin hüquqi tövsifinə aid yuxarıda təsvir edilənlər, Təqsirləndirilən şəxs Rafael oğlu barəsində də yekun qərar qəbul edilməsinə və əməlinin Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilməsinə əsas verir. 45.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin yuxarıda təfsir edilən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, aşağı instansiya məhkəmələrinin məhkumlar Mə hkum və Təqsirləndirilən şəxs Rafael oğlunun törətdikləri cinayət əməlinin hüquqi tövsifi barədə nəticəsi əsaslı hesab edilə bilməz. 46.Məhkəmə kollegiyası hesab edir ki, məhkumların hərəkətlərində məhz Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli mövcuddur və onlara həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. 47.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 1(103)-253/2023 saylı qərarı dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 1 80.2.4-cü maddələrinə tövsif edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(101)1549/2022 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Rafael oğlunun əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilməli, məhkum edilmiş şəxslərə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməli, hökm və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməlləri Azərbaycan R espublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilsin, ona 05 (beş) il maddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs Rafael oğlu barəsində 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Rafael oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilsin, ona bu maddələr əsasında 05 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar