Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1624/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Apellyasiya instansiyası məhkəmələrind ə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1991-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində 2009-cu il təvəllüdlü azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 mart 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər Ş.Y.Yusifov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q..X.Babayev, hakimlər İ.A.İbrahimli və A.V.Tanrıverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə küllü miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmək məqsədilə X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metafetamini əldə edərək daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində qrupun digər üzvü XX20 həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metafetamini saxlaması üçün ona vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o, ünvan3 ünvanın qarşısında Şahid1 idarə etdiyi “XXX15” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq çəhrayı rəngli gödəkçənin sol yan cibindən üzərində “Prima” yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 1 ədəd baş hissə si qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 23:40 radələrində XX20 ünvan5 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada XX20in üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Məhkum üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə metafetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi 3,497 qram metamfetamininin XX20 tərəfindən əldə edilməsind ə Məhkum hər hansı şəkildə iştirakının olmadığını, avtomobildə XX20in həmin kütlədən ona verdiyi 2,472 qram metamfetamini isə Məhkum satış məqsədi olmadan əldə edib saxladığını müəyyən etmiş, buna müvafiq olaraq da Məhkum əməlinin hüquqi tövsifini yuxarıda göstərilən qaydada – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum cinayətin digər iştirakçısı X5 ilə qabaqcdan əlbir olduğu, onun üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə 2,47 2 qram - külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından təqribən 16 dəfə çox olan psixotrop maddə metamfetamini XX20lə birgə satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla tədqiq etdiyi sübutlardan çıxış etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız və qanunsuz olaraq Məhkum əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün tədqiq edib-qiymətləndirmədiyin i, nəticədə əsaslar olmadığı halda Məhkum cinayətin digər iştirakçısı X5 ilə qabaqcdan əlbir olmaması, üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə 2,472 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması haqqında nəticəyə gəlib təqsirkarın əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişdirdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittiha mçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə kassasiya protestinin dəlillərinin işin halları ilə uzlaşmadığını göstərən hal kimi məhkəmə kollegiyası onu qeyd edir ki, məhkumya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni Ü.X2baqcadan əlbir olmaqla psixotrop maddə əldə etməsi barədə ittiham 2,472 qram metamfetaminə görə deyil, həmin və XX20in üzərindən aşkar edilib götürülmüş 1,025 qram metamfetaminin ümumi kütləsini təşkil edən 3,49 7 qram metamfetaminə görə irəli sürlmüşdür. Lakin, Məhkum XX20lə qabaqcadan əlbir olaraq 3,497 qram metamfetamini birgə əldə etmələrini və psixotrop maddə həmin iki hissəyə ayrılıb XX20 tərəfindən avtomobildə 2,472 qramı siqaret qutusunun içərisində Məhkum verənədək onu birgə saxlamalarını, daşımalarını nəinki təsdiq edən sübutlara ittiham aktında, ittihamla razılaşmış birinci instansiya məhkəməsinin hökmündə (eynilə dövlət ittihamçısının kassasiya protestində) istinad olunmamış, onların birgə hərəkət etmələrini təsdiq edə biləcək hallar belə təsvir olunmamış, mücərrəd şəkildə “məlum olmayan vaxtda və məlum olmayan mənbədən” kütləsi 3,497 qram metamfetamini onların qabaqcadan əlbir olaraq birgə əldə edib saxlamaları və daşımaları qeyd olunmuşdur. XX20in avtomobildə ona verdiyi 2,472 qram m etamfetaminlə əlaqədar isə Məhkum apellyasiya, birinci instansiya məhkəmələrində və ibtidai istintaqda verdiyi ifadələrində göstərmişdir ki, əvvəla hadisə günü XX20in dəvəti ilə müstəsna olaraq birgə metamfetamin istifadə etmək üçün görüşmüşlər. XX20 və onun digər tanışları ilə birlikdə avtomobildə olduqları vaxt həmin şəxslər XX20ə 30 manat pul verib onlar üçün metamfetamin əldə etməyi xahiş etdikdə, XX20 digərlərindən xəlvəti olaraq üzərindəki siqaret qutusunda olan metamfetamini daha sonra birgə istifadə etmək üçün ona verib tanışlarına metamfetamin əldə etmək məqsədi ilə avtomobildən düşüb getmiş, lakin bundan sonra onu və avtomobildə olan digər şəxsləri polislər saxlayıb Nizami Polis İdarəsinə gətirmiş və orada bir az əvvəl XX20in ona verdiyi metamfetamin (hansının ki, kütləsinin 2, 472 qram olduğu müəyyən edilmişdir) şəxsi axtarışın gedişində ondan götürülmüşdür. Onun həmin psixotrop maddəni satmaq, yəni o cümlədən, XX20lə birgə satmaq məqsədi olmamışdır. Məhkum ifadələrində verdiyi bu məlumatlar isə ittiham tərəfinin təqdim etdiyi sübutlarla, o cümlədən hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilmiş XX20in və cinayət işi üzrə şahid qismində dindirilmiş digər şəxslərin (Şahid1, Şahid2, Şahid4 ) ifadələri ilə təkzib olunmamışdır. Belə ki, şahidlərdən heç biri Məhkum onda aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədi ilə saxlamasına dair iddia ilə uyğunluq təşkil etməklə belə iddianı əsaslandıra biləcək hallar barədə məlumat verməmişlər. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 mart 2021-ci il tarixli protokola əsasən şəxsi axtarışın gedişində Məhkum götürülmüş siqaret qutusunun içərisindəki metamfetamin xırda hissələrə ayrılmayaraq cəmi bir bükümdə olmuş, eyni zamanda qutuda bir ədəd qırıq şüşə ampul aşkarlanmışdır. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2021-ci il tarixli 1848 saylı rəyi ilə Məhkum tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə - metamfetamindən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyi (asılılıq sindromu) aşkar edilmiş, yəni onun metamfetamin istehlakçısı olduğu müəyyən olunmuşdur. Kassasiya protestində isə qeyd edilən sübutlardan apellyasiya instansiyası məhkəməsinin hasil etdiyi nəticəni təkzib edən və Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxladığını göstərən hal kimi xüsusilə ona istinad edilmişd ir ki, Məhkum götürülmüş metamfetaminin kütləsi külli miqdar (2,472 qram) təşkil etməklə şəxsi istehlak miqdarından təqribən 16 dəfə çox olmuşdur. Kassasiya protestinin müəllifi mövqeyini həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni (psixotrop maddəni) satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin (psixotrop maddənin) miqdarı nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələ rə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin mübahisələndirilən məhkəmə aktının təkzib edilməsi üçün yetərli olmadığını göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. Yuxarıda istinad olunan (ittiham tərəfinin təqdim etdiyi) sübutlardan isə Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar və işin digər faktiki halları barədə nəticəyə gələrkən, CPMin müddəlarına əməl etmiş, o cümlədən 144-146-ci maddələrinin tələblərini pozmamışdır. Belə ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllən in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış s übutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənlə şdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hök mü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Apellyasiya instansiyası məhkəməsi təsvir edilən cinayət-prosessual normaların tələblərinin pozuntularına yol vermədiyindən, məhkəmə kollegiyası istər ittihamın həlli üçün əhəmiyyət kəsb edən faktiki halların müəyyən edilməsi, istərsə də müəyyən edilmiş hallara cinayət-hüquqi normanın tətbiqi və təqsirlilik məsələlərində məhkəmənin qənaətini şübhə altına almaq üçün əsas tapmır. Məhkəmə kollegiyası bu məsələlər, o cümlədən əməlin CM-in 234.4.1 və 234.4.3cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsi üzrə apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticələr ilə razılaşarkən həm də onu nəzərə alır ki, Ülviyyə X1 verdiyi narkotik vasitəni saxlayarkən bunu satış məqsədi ilə törətməsinin müəyyən edilməməsi, onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə yanaşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə də - CM-in 234.4.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Çünki, CM-in 234.4-cü maddəsinə əsasən CM-in 234.1-ci maddəsində göstərilən əməllərin deyil, 234.2, 234.3, 234.3-1-ci maddələrində təsbit edilən əməllərin CM-in 234.4.1-234.4.4-cü maddəsində göstərilən, o cümlədən CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərlə törədilməsi əməllərin həmin maddələrlə tövsif edilməsini şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfində n Məhkum təyin olunmuş cəzanın əsaslılığını, qanuniliyini və ədalətliliyini də şübhə altına almaq üçün əsas görmür. Çünki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 2 il 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən gətirdiyi dəlillərdən görünür ki, məhkəmə tərəfindən cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağın olması), cəzanı ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləs inin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar qismində təsbit edilmiş, o cümlədən kassasiya protestində istinad olunan, CPM-in 416.1.2 və 416.1.15-ci maddəlində nəzərdə tutulmuş pozuntuların müəyyən edilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair məh kum edilmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1624/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1624/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver