Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1625/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi – “XXX15” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə i clasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin 20 dekabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və L.S.Əsgərova-Məmmədovadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1980-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 iyun 2023-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmə əsasən, məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan tanışı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum naməlum tarixdə, vaxtda və şəraitdə digər şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1,921 qram çəkidə narkotik vasitə tiryəki, həmçinin, 5000 manat gəlir əldə etməsi müqabilində içərisində narkotik vasitə - qurudulmuş marixuana olan çantanı başqa ünvana qoyması və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə başqa şəxslər vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda, yəni 10020 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, əldə etdiyi tiryəki üzərində, qurudulmuş marixuananı əlində tutduğu qara rəngli çantada saxlayaraq ünvan4ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 13 iyun 2023-cü il tarixdə saat 00:10-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 5Mİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:19-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satı ş məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,488 qram və 0,433 qram olmaqla, ümumilikdə 1,921 qram çəkidə eyni tərkibli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, əlində saxladığı 01 ədəd qara rəngli çantanın içərisində olan 03 ədəd sellefon bağlamada ayrı- ayrılıqda çəkiləri 4500 qram, 3100 qram, 2420 qram olmaqla ümumilikdə külli miqdarda 10020 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər İ.A.İbrahimli və A.V.Tanrıverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkməsinin 20 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi və yaxud Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair yeni qərarın çıxarılmasını xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 4 sentyabr 2024-cü il tar ixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xxxx Cəzaçəkmə Müəssisəsinin 4 sentyabr 2024-cü il tarixli 3-16-17/26/2-3454/2024 nömrəli müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair müdafiəçinin və dövlət ittihamçısının çıxışlar ını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1625/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1625/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver