Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1625/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və Müdafiəçi iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 17 aprel 2024-cü il tarixli 1(105)-67/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 26 oktyabr 2023-cü il tarixli, 1(124)132/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Qobustan rayonu, Göydərə kəndi, fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o nun barəsində Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2ci maddəsi ilə aparılan cinayət təqibinə isə xitam verilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinə əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublika sı vətəndaşı “Rza” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 12069,671 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 200 ədəd dərman tableti, külli miqdarda 6046,778 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazis inə qanunsuz keçirərək Füzuli rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Rza” adlı şəxsin verdiyi məlumat əsasında Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 64,671 qram hissəsini bölüb 01 ədəd bükümə və psixotrop maddə metamfetaminin külli miqdarda 41,778 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən fərdi yaşayış evinə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliy inin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 03 mart 2022-ci il tarixdə saat 20:30-da Qobustan rayonu, Göydərə kəndində saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 64,671 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 41,778 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 03 mart 2022-ci il tarixdə saat 23:40-dan etibarən Məhkum özünün icazəsi və razılığı əsasında yaşadığı Qobustan rayonu, Göydərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçiri lərkən yataq otağından 01 ədəd sellofan torbanın içərisində 11 ədəd bükümdə olmaqla hər birinin çəkisi 1000 qram və 01 ədəd bükümdə olmaqla çəkisi 1005 qram olan ümumilikdə külli miqdarda 12000,5 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 200 ədəd dərman tableti, 02 ədəd bükümdə olmaqla hər birinin çəkisi 2000 qram və 01 ədəd bükümdə olmaqla çəkisi 2005 qram olan ümumilikdə külli miqdarda 6005 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəmə baxışı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsindən imtina etmiş və bununla əlaqədar məhkəmə tərəfindən cinayə t təqibinə bu hissəsinə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 17 aprel 2024cü il tarixli 1(105)-67/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 1(124)-132/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(105)-67/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasi ya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassator qeyd edir ki, Məhkum yalnız külli miqdarda narkotik vasitələrə görə məhkum edilmişdir. Məhkum, İran vətəndaşı Rza adlı şəxslə heç bir əlaqəsi olmadan narkotik vasitənin quya kiməsə ötürülməsinə görə Bəydəmirova verilən yeddi min manat necə ona ötürülmüşdür, kim və necə ona o pulu vermişdir. Qeyd olunan məbləğə görə ötürülən narkotik kimə, nə vaxt, hansı üsulla, necə ötürülməsi istintaq tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Məhkum hər hansı bir böyük və ya balaca tərəzi müəyyən olunmamışdır. Onun bu narkotik vasitələrin satışını necə həyata keçirməsi müəyyən olunmamış, ümumiyyətlə narkotikin satışı ilə əlaqədar Məhkum əlaqələri, danışıqları, hansısa miqdar larda və formalarda pul alması və narkotik vasitələrin ötürülməsi istintaq tərəfindən müəyyən olunmamışdır. Məhkum heç bir zaman İran Respublikasında olmamış, heç bir xarici vətəndaşlarla əlaqəsi olmamışdır. Həmçinin kassator şikayətində qeyd edir ki, istintaq materiallarında və daha sonra hökmdə qeyd olunan Məhkum müəyyən olunmayan bir şəxslə, bir telefon danışığı əks olunub, həmin danışıqda Məhkum xahiş olunur ki, o gələndə su alıb gətirsin və Məhkum 50 manat borc pul istəyiblər. Bu telefon danışığının və ya yazışmanın narkotik vasitələrin satışına nə aidiyyəti var. Bu yazışmanı narkotik vasitələrin satışı ilə necə əlaqələndirmək üçün heç bir əsas yoxdur ona görə də belə bir yazışmanın sübut kimi istifadə olunması qanuni sayıla bilməz. Müdafiəçi Məhkum CM-in 32.5,206.3.2-ci maddələri ilə elan olunmuş ittihama münasibətdə qeyd etmişdir ki, məhkum İran sərhədində heç vaxt olmamış, bu səbəbdən də sərhədi heç vaxt keçməmişdir. O, heç bir İran vətəndaşı ilə ünsiyyətdə olmamışdır və istintaq orqanı tərəfindən bu ittiham heç bir formada əsaslandırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublik ası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qi ymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cin ayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etd iyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət iş inin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində hər hansı bir cinayət əməli törətmədiyini bildirsə də, onun elan edilmiş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, onun üzərində şəxsi axtarış və götürmə, məhkumun müvəqqəti yaşadığı evinə baxış və götürməsi barədə və digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə bu cinayət işi üzrə digər materiallarla təsdi q olunmuşdur. Həmin sübutlar ətraflı olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən etməmişdir. Həm məhkumun məhkəmə iclasında verdiyi ifadədə, həm onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsizliyi, yəni onun İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsi tanımaması barədə irəli sürülmüş dəlillər yuxarıda qeyd edilən sübutların məcmusu ilə təkzib olunur. Eləcə də, cinayət işinin materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs Məhkum öz hüquqlarının pozulması və polis əməkdaşlarının onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı i btidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə digər sübutlarla təsdiq edildiyindən aşağı instansiya məhkəmələri əsaslı olaraq onun məhkəmə iclasında verdiyi ifadəni həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlilləri də əsassızdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində ci nayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, iş üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkr et sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməllərinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilə n dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəz ərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(105)-67/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(105)-67/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1625/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1625/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver