Məhkəmə qərarları › İş №1(102)-1626/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1626/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1626/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum və müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) 14 fevral 2020-ci il tarixli hökmü ilə, Məhkum - xx xxxxx 1981-ci ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zaqatala rayonunun, Su vagil kəndində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum 13 iyun 2019-cu ildən şübhəli şəxs kimi saxlandığı və 15 iyun 2019-cu ildən həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın çəkilməsinin əvvəlinin 13 iyun 2019cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 2019-cu ilin mart ayında arvadı X1 Zaqatala rayonunun Muxax kənd sakini Şahid1 ilə intim münasibətdə olub ona xəyanət etdiyini bilərək, arvadına bununla bağlı d əfələrlə irad tutmuşdur. 13 iyun 2019-cu ildə günorta saatlarında eyni məsələ ilə bağlı X1 ilə aralarında yaşadıqları Zaqatala rayonunun Suvagil kəndində yerləşən evlərində yenidən mübahisə yaranmış, həmin vaxt X1 azyaşlı oğlu Şahid5 ilə evdən çıxaraq Zaqatala rayonunun Muxax kəndinə gedərək, həmin kənddə Şahid1lə görüşüb onunla aralarında olan münasibətə dair söhbətləri ərinin yenidən qaldırdığını və bu səbəbdən əri ilə münasibətlərinin pozulduğunu, həyatdan bezdiyini və əri ilə danışıb onu inandırmayacağı təqdirdə özünü avtomobilin altına ataraq intihar edəcəyini bildirmişdir. Şahid1 X1nın təkidi ilə özünə məxsus mobil telefonla Məhkum istifadəsində olan mobil telefona zəng edərək ona arvadının və azyaşlı oğlunun Muxax kəndinin girəcəyində onun yanında olduğunu, onun arvadı ilə aralarınd a heç bir zaman cinsi yaxınlıq olmadığını, X1nın özünü avtomobilin altına atmaq istədiyini bildirmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olan Məhkum qısqanclıq niyyəti ilə X1ni öldürmək qərarına gəlmiş və bu məqsədlə işlədiyi sahədən yaşadığı evə gedib, evdən özünə məxsus açılıb-qatlanan cib bıçağını götürərək 13 iyun 2019-cu ildə, saat 19:52-də qayınatası X2 ilə həmkəndliləri Şahid3 idarə etdiyi “VAZ 21099” markalı, AZ **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Muxax kəndinə gedib, avtomobili magistral yoldan Muxax kəndinə gedən döngəyə çatmamış saxladaraq, avtomobildən düşüb bir qədər oradan aralanmışdır. Həmin vaxt ona doğru gələn arvadı X1nın yanında olan azyaşlı oğlu X5i ondan alaraq avtomobildə olan babası X2 verib, X1 ilə Şahid1 dayandığı Muxax kəndinə dönən yoldan bir qədər qab aqda yerləşən dayanacağın qarşısına getmişlər. Orada qəsdən öldürmək məqsədilə üzərində olan cib bıçağını çıxarıb tiyəsini açaraq X1ya qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək 8 ədəd daxilə keçən, birlikdə və ayrı-ayrılıqda zərərçəkənin həyatı üçün təhlükəli olan ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, 13 ədəd daxilə keçməyən birlikdə və ayrı-ayrılıqda zərərçəkənin sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və dərəcəsinə görə zərərçəkənin sağlamlığına zərərvurmayan 1 ədəd sağ saidin qançırı xəsarəti, ümumilikdə 22 ədəd, yəni çox saylı xəsarətlər yetirib, zərərçəkmişə aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk etməklə, xüsusi amansızlıqla qəsdən öldürərək onu həyatdan məhrum etmişdir. Məhkum müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, istintaq zamanı təqsirləndirilən şəxsin hüququ pozulmuş, onun verdiyi ifadə təhrif edilərək yazılmışdır. Halbuki cinayət işi üzrə toplanılmış sübutlar özü özülüyündə göstərir ki, Məhkum öz arvadı X1ni heç zaman öldürmək niyyətində olmamışdır. Məhkum əməlinin AR CM-nin 120.2.4 maddəsi ilə tövsüf olunması və ona bu maddə ilə cəza təyin olunmasını qanunsuz, əsassız və ədalətsiz hesab etmişdir. Yalnız xəsarətlərin sayına görə cinayət törətmiş şəxsin əməlinin xüsusi amansızlıqa adam öldürmə kimi qiymətləndirilməsi doğru deyildir. Cinayət işinə əlavə edilmiş sübutlardan (kamera görüntüsündən) göründüyü kimi, hadisə saniyələr içərisində baş vermiş, xəsarətlər bir an içində yetirilmişdir. Hazırki cinayət işi üzrə obyektiv araşdırma aparılmamış, toplanılmış sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr qərar qəbul edərkən, qəsə dən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qəbul edilmiş Ali Məhkəmənin plenumunun tövsiyyələrini, eyni zamanda cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə almamışlar. Şəki Ağır Cinayətlər Məhkəməsi Məhkum əməlinə əsasız olaraq CM-nin 120.2.4-cü maddə ilə nəzərədə tutulmuş əməl kimi qiymət verərək, iş üzrə verilmiş ekspert rəyləri, xüsusi ilə psixatirik, psixoloji ekspertiza rəyləri tədqiq olunmamış hökm çıxarmışdır. Buna baxmayaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini pozaraq birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olmayan hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkum Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı hüququ pozulmuşdur. On görə ki, məhkəmələr yalnız verilən ittihamı təsdiq etməklə hökm çıxarmışdır. Məhkəmə qanunun tələbinə zidd olaraq məhkəmədə tədqiq etmədiyi sübutlara görə hökm çıxarmışdır. Hökm ittiham aktında gəlinən nəticənin təsdiqi funksiyasını daşımışdır. Cinayət işi üzrə toplanılmış sübutlara obyektiv hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz hökm çıxarılmış, Şəki Apellyasiya Məhkəməsi də həmin səhvləri təkrarlayaraq qərar qəbul etmişdir. Cinayət işi materiallarında mərhumun necə həyat tərzi keçirdiyi təsdiq olunmuşdur. Zaqatala rayon İcra Hakimiyyətinin Suvaqlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə hüquqularını müdafiə etdiyi şəxsin müsbət xatakterizə olunması barədə xasiyətnamə vermişdir. Yani bu qədər haqsızlıq, bu qədər ədalətsizlik olarmı? Düzgün rəy vermək, doğru dürüst fikir bildirmək bu qədərmi çətindir? Bu iş üzrə verilmiş ekpert rəylərinə də aiddir. Formal rəylər verməklə iş bitmiş hesab olunur. Heç bir ətraflı araşdırma aparılmadan, düzgün qiymətləndirmə aparılmadan yalnız ittihamın mahiyyətinə uyğun rəylər tərtib olunur. Cinayət işi üzrə toplanılmış sübutlar göstərir ki, faktiki olaraq hadisə zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində baş vermişdir. Bu barədə verilmiş ekspert rəyləri obyektiv olaraq tədqiq olunmamışdır. Hadisə uzun zaman sürməmiş, saniyələr içərsində də başa çatmışdır. Cinayət işi üzrə araşdırma aparılarkən Aqşinin psixoloji durumu ilə bağlı formal araşdırma aparılmış, ifadəsi təhrif olunaraq yazılmış və bunun əsasında da ekspert rəyi alınmışdır. Eyni zamanda azyaşlı uşaqlardan öz atalarının əleyhinə təhrif olunmuş ifadə alınmışdır. Məhkum əməli AR CM-nin 122.1. maddəsi ilə tövsüf olunmalı idi (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə). Odur ki, qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.05.2020-ci il tarixli qərarının ləğv edərək Məhkum əməlini CM-nin 122.1ci maddəsi ilə tövsif olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza hədd i daxilində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi-vəkil Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.05.2020-ci il tarixli qərarının ləğv edərək Məhkum əməlini CM-nin 122.1-ci maddəsi ilə tövsif olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddi daxilində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilmiş, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 20 may 2020ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasə n qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin CM-nin 120.2.4cü maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan, Məhkum hazırki qərarın “İşin halları” bölməsi ndə təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlinmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum qəsdən öldürmək məqsədilə üzərində olan cib bıçağını çıxarıb tiyəsini açaraq X1ya qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək 8 ədəd daxilə keçən, birlikdə və ayrı-ayrılıqda zərərçəkənin həyatı üçün təhlükəli olan ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, 13 ədəd daxilə keçməyən birlikdə və ayrıayrılıqda zərərçəkənin sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və dərəcəsinə görə zərərçəkənin sağlamlığına zərərvurmayan 1 ədəd sağ saidin qançırı xəsarəti, ümumilikdə 22 ədəd, yəni çox saylı xəsarətlər yetirib, zərərçəkmişə aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk etməklə, xüsusi amansızlıqla qəsdən öldürərək onu həyatdan məhrum etmişdir. İş materialları Məhkum qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın işin həqiqi (faktiki) hallarına uyğunluğuna dəlalət edir. Ona görə də məhkəmə kollegiyası ibtidai istintaq orqanı, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum əməlini Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin Azərbaycan Respublikası CM-nin-nin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinətövsif edilməsi iddia edilir. Azərbaycan Respublikası CM-nin, 122.1-ci maddəsinə əsasən Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürməni nəzərdə tutur. Cinayət işi materiallarından, işin faktiki hallarından görünür ki, kassasiya şikayətində qeyd etdiyi cinayətin törədilməsinə səbəb kimi göstərilən hallar – arvadı X1nin əxlaqsız hərəkətləri onun güclü ruhi həyəcan vəziyyətinə düşməsi üçün uzun sürən dözülməz psixi şərait, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 10.07.2019-cu il tarixli 365/150 nömrəli ekspert rəyindən görünür Məhkum cinayət əməlini törətməzdən əvvəl hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O hal-hazırda da, heç bir xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Məhkum 13.06.2019-cu il tarixdə cinayət əməlini törədən zaman öz hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtida rında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkum 13 iyun 2019-cu il tarixə cinayət əməlini törədərkən həyəcanlı, psixi emosional halda olmuşdur. Məhkum 13 iyun 2019-cu il tarixə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərketmə qabiliyyətinə malik olmuşdur. Məhkum 13 iyun 2019-cu il tarixə cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri həyat yoldaşının ona xəyanət etməsi düşüncəsi ola bilər. Məhkum 13 iyun 2019-cu il tarixə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (k eçirməmişdir). Məhkum fərdi xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində izah edilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəx si onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Məhkum törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Mə hkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 2011-ci il təvəllüdlü Qədir adlı bir azyaşlı uşağın olmasını, cinayətini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin Məhkum tərəfindən tö rədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını ilə bağlı gəldiyi nəticəyə gəlməklə haqlı olmuşdur. Ona görə də Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona həmin maddə ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və başqa doğmalarının mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən ed ilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar