Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1626/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il arixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina olunması haqqında həmin məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında eyni apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 17 ( on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 24 dekabr 2018-ci il tarixdə saat 12:25 radələrində Yevlax rayonunda yaşadığı ünvan 2 ünvanında yerləşən binanın qarşısında olarkən oradan keçən qiyabi olaraq tanıdığı Şahid1 və əvvəllər tanımad ığı X17 onun yanından keçərkən bunun üçün heç bir əsaslı səbəb olmadan sonuncunun ona tərs-tərs baxmasını zənn edib iradını bildirdikdə X17nin ona cavab olaraq tərs baxmamalarını deməsindən sonra məsələni aydınlaşdırmaq məqsədilə yolun kənarında onlarla bir neçə dəqiqə söhbət etmiş, söhbəti bitirəndən sonra X22 və Şahid1 yollarına davam edərkən qışqıraraq onları geriyə çağırıb yaxşı qurtardıqlarını, yoxsa onları vurub öldürəcəyini deyərək hədələməsinə X17nin ona qələt etməsi, onu öldürə bilməməsi barədə cavabını özünə təhqir hesab edib bunu bəhanə etməklə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini X17nin şəxsiyyətinin fövqündə qoymaql a, ümumi birgəyaşayış qaydalarına zidd olaraq üzərində gəzdirdiyi ümumi uzunluğu 255 mm, tiyəsinin uzunluğu 115 mm, orta hissədə eni 21 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağı ilə qəflətən X17nin üstünə hücum çəkərək ona qəsdən 7 dəfə zərbə endirib ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən qarınüstü nahiyyənin sol tış hissəsinin 2 ədəd və belin sol iç hissəsinin 1 ədəd- cəmi 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən sol qalça çuxurunda daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin sağ yuxarı iç hissəsində 1 ədəd daxilə nüfuz edən, döş qəfəsinin sağ yuxarı tış hissəsində sağ ağ ciyərin zədələnməsi ilə müşayə t olunan 1 ədəd daxilə nüfuz edən, döş qəfəsinin sol aşağı iç hissəsində ürəyin sol qulaqcığının zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd daxilə nüfuz edən cəmi 4 ədəd kəskin qanitirmə ilə ağırlaşan deşilmişkəsilmiş yaraları, ümumilikdə 7 ədəd yastı tiyə tipli ülgücü və küpü olan deçici-kəsici alətin(əşyanın) təsirindən əmələ gəlmiş xəsarətlər yetirməklə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi X18 və Məhkum müdafiəçisi Həsənova Elmira Xandəmir qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanveredi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 27 dekabr 2019-cu il tari xli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. 15 iyul 2021-ci il tarixdə Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş, lakin həmin kassasiya şikayəti məhkum tərəfindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Şəki Apell yasiya Məhkəməsinə geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmiş, onun Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından isə imtina edilmişdir. 05 may 2022-ci il tarixdə Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 24 may 2022-ci il tarixli qərarı ilə kаssаsiyа şikayəti hərəkətsiz saxlanılmış və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq məqsədilə ona iyirmi gün müddət təyin edilmişdir. Bundan sonra 07 iyun 2022-ci il tarixdə Məhkum tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə həmin vəsatət təmin edilməmiş, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum yenidən kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, səhhətində olan problemlərlə bağlı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş bir ay müddətində kassasiya şikayəti verə bilməmiş və bu səbəbdən həmin müddəti buraxmışdır. Kassasiya şikayətinin müəllifi göstərdiyi səbəbin üzrlü hesab edilərək o nun 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxsin hüquqi varisi X18 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X18 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhk əmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqd a Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunver iciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası işin hallarına və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum onun barəsindəki həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından kassasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) il 6 (altı) ay müddəti buraxmaqla verdiyinə görə onun bü müddətin bərpa edlməsi haqqında vəsatəti həmin məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. CPM-nin 411.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. CPM-in 410.1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarındanonların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həbsdə saxlanılan şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. CPM-in 410.1-1-ci maddəsinə görə, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hök mün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarın surətləri həmin tarixdə məlumat üçün və Məhkum təqdim edilməsi üçün Şəki Penitensiar Müəssisəsinə göndərilmiş, Məhkum isə 10 dekabr 2021-ci il tarixdə qəbzə imza edərək rəsmi qaydada qərarın surətini götürmüşdür. Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarının surətinin onun aldığı vaxtdan 04 aydan çox müddət keçəndən sonra – 28 aprel 2022-ci il tarixdə həmin qərardan kassasiya şikayəti vermiş və eyni zamanda kassasiya şikayətinin verlməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, məhkəmənin 2 1 iyun 2022-ci il tarixli qərarı ilə onun bu vəsatəti də təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu onun vəsatəinə istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, CPM-nin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə özünün müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməs i üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından görünür ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətinə baxılarkən şəxsən məhkəmə iclasında iştirak etmiş, həmin iclasın nəticələrin ə dair 30 noyabr 2021-ci il tarixli qərarın surəti, yuxarıda göstərildiyi kimi, 10 dekabr 2021-ci il tarixdə ona rəsmi olaraq verilmiş və bundan sonra keçən dörd aydan artıq müddət ərzində onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 30 noyabr 2021-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 21 iyun 2022-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və müdafiəçisi N.Ə.Göyüşovun, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1626/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1626/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver