Məhkəmə qərarları › İş №1(102)-1626/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1626/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1626/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum1 və Zərərçəkmiş şəxs12 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2024-cü il tarixli qərarından z ərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 5 may 2022-ci il tarixli hökmü ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs X4 apelyasiya şikayəti verib cəzadan narazı olduğunu, hökm çıxararkən yüngülləşdirici halların nəzərə alınmadığını, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənildiyini, himayəsində 2 azyaşlı uşağının, xəstə və yaşlı anasının olduğunu qeyd edərək ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib hökmün tamamilə qanunsuz və əsassız olduğunu, onun özünü verilmiş ittihamda təqsirli bilmədiyini, zərərçəkmiş şəxslərin həqiqətə uyğun olmayan ifadələr verdiyini, iş üzrə tam və obyektiv araşdırma aparılmadığını, sübutların düzgün tədqiq edilmədiyini və həmin cinayət əməllərini törətmədiyini qeyd edərək hökmün ləğv edilməsini və X4 barəsində bəraət hökmü çıx arılmasını xahiş etmişdir. Həmçinin hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri verib hökmdən narazı olduqlarını, cinayət işinin obyektiv araşdırılmadığını, cinayətkarlara verilmiş cəzanın yüngül olduğunu qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün qismən dəyişdirilərək məhkum edilmiş şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş sanksiyanın ən yuxarı həddində cəza təyin edilməsini və tərəflərindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 1(103)-1269/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs12 apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum edilmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs X3 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, X3 Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilmiş, AR CM-in 69.3-cü mad dəsinə əsasən X2 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, X2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gə zdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, X2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata kecirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, X4 dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(103)-1269/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2023cü il tarixli 1(102)-1096/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli 1(103)- 1269/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1 mart 2024-cü il tarixli 1(103)-139/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum2 CM-in 178.2.1 və 178.2.4- cü maddələri və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mə hkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs X3 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, X3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı qərar ilə əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)-595/2020 saylı hökmü ilə Məhkum2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 5000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 7(003)587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının amnistiya tətbiq edilən tarixə qədər olan 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)595/2020 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-587/2020 saylı qərarı ilə əvəz edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün hissəsi, həmçinin hazırki qərarla əvəz edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın m əhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsi və X2 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət, ümumilikdə 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün X3 təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmış və o, cəzasını çəkmiş hesab edilmiş, əvvəlki apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs12 mülki iddia üzrə ödənilmiş 10000 manat məbləğ hökmün icrası zamanı nəzərə alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum2 özgənin xeyli m iqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə arvadı Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında əldə olunmuş razılığa görə Məhkum1 tanışı Zərərçəkmiş şəxs12 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki univerisitetlərlə bağlı iş şöbəsinin məsul əməkdaşı kimi təqdim edərək onu Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra onunla vahid niyyətlə hərəkət edən qrup üzvü X7 Həmidovdan 2018-ci i lin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında 32320 (otuz iki min üç yüz iyirmi) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs12 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, cinayət işinin obyektiv araşdırılmadığını, cinayətkara veril miş cəzanın yüngül olduğunu qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Belə ki apelyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkum2 öz ifadəsində tam könüllü surətdə və bir mənalı olaraq göstərmişdir ki, onun Zərərçəkmiş şəxs12 22.300 (iyirmi iki min üç yüz) manat məbləğində borcu qalmışdır. Bu borc tam həcmdə ödənilməmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında 1 il yarım vaxt keçməsinə baxmayaraq ziyanın tam ödənilmədiyini bildirdi, buna görə də məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 məhkəmə iclasında bildirdi ki, cinayət işi başlanandan məhkəmə tərəfindən müəyyən olunmuş ziyan yən i 32320 manat (otuz iki min üç yüz iyirmi manat) olmuşdur. 15000 manat (on beş min) əvəzinə maşin və qızıl qiymətləndirilib ödənilmişdir. 10000 manat (on min manat) nağd şəkildə zərərçəkmiş şəxsə verilmişdir. Ödənilməmiş qalan 7320 manata görə əmək haqqından hər ay zərərçəkmiş şəxsə ödəniş olunur. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və məhkumun çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs işin düzgün araşdırılmadığını mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.21ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə ə laqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etmə klə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tət biqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qər arın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 20 05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş ci nayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmi ş şəxs kassasiya şikayətində ona vurulmuş zərərin tam ödənilmədiyini və məhkum F. Ağayevə yüngül cəza təyin edildiyini göstərdi. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir. Verilmiş ittihama görə zərərçəkmiş şəxsə 32320 manat miqdarında maddi zərər vurulmuşdur. Cinayət işinin materiallarından görünür ki, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxsə 15000 manat ödəniş olmuşdur. Bundan sonra işə Bakı Apellyaisya Məhkəməsində baxılarkən yenidən zərərçəkmiş şəxsə 10000 manat da ödəniş olunmuşdur. Belə olduğu təqdirdə zərərçəkmiş şəxsə vurulmuş ziyandan cəmi 25000 manat ödənilmişdir. Kassasiya instansiya məhkəməsinin iclasında da Məhkum1 da göstərdi ki, zərərçəkmiş şəxsə ödənilməmiş qalan məbləğdən də hər ay ödənişlər edirlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb təhlil edərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır və təmin olunmamlıdır. Belə ki, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində vurulmuş maddi ziyandan böyük hissəsi artıq ödənilmiş, ödənilməmiş hissəsinin ödənişi isə davam etdirilir. Məhkum Firudin Ağayevə təyin edilmiş cəza da qanuni və əsaslıdır, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyaisya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı məhkum Firudin Ağayevə aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxla nılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 1 mart 2024-cü il tarixli 1(103)-139/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə məhkum Firudin Ağayevə aid hissədə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar