Məhkəmə qərarları › İş №1(102)-1627/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1627/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1627/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Seyidli Səadət Mərhəmət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) Məhkum – xx xxxx 1981-ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Şiştəpə kəndində qeydi yyatda olan və yaşamış Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi S.M.Seyidli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 08 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Seyidli Səadət Mərhəmət qızı kassasiya şikayəti verərək, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2021-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə göndərərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protes tini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsin ə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar