Məhkəmə qərarları › İş №1(102)-1627/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1627/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1627/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 1(091)-245/2023 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1991-ci ildə xxx rayonunun xxx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, x ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2 və 186.2.2-ci m addələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.2-ci maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaların qismən toplanılması, onun qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxs Məhkum həbsə alındığı 14 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalında həbs olunması və barəsində seçilmiş həbs qətimkan t ədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökm ilə həmçinin iş üzrə maddi sübutların və ekspertiza xərcinin taleyi müəyyən olunmuşdur. Həmin qərardan təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Nuriyev Emil Xanlar oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli 1(107)-155/2024 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlu (sədrliyi və məruzəsi ilə), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanının mövqeyinə görə Məhkum özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Belə ki, X17 qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ona laqeyd münasibət bəslədiyinə görə, ondan qisas almaq üçün pul və qızıl-zinət əşyalarını gizli talamaqla, daha sonra isə həmin cinayətin izini gizlətmək məqsədilə daşınmaz əmlakını içindəki əşyalarla birlikdə məhv etməklə qəsdən cinayət törətmək qərarına gələrək, 21 aprel 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus xxx mənzili n yataq otağında yerləşən paltar şkafının üstündə saxladığı sellofanın torbanın içərisindən həmin tarixə məzənnəsi 159.885 (yüz əlli doqquz min səkkiz yüz səksən beş) manat olan 94.050 ABŞ dollarını və qırmızı rəngli qadın əl bağlamasının içərisindən isə ümumi dəyəri 49.440 manat olan 290 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 3,65 qram çəkidə 1 ədəd qızıl üzüyü, 252 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,16 qram çəkidə 1 ədəd qızıl üzüyü, 188 manat dəyərində üzərində gözmuncuğu elementi olan 583/585 əyarlı 2,35 qram çəkidə 1 ədəd qızıl klonlu boyunbağını, 457 manat dəyərində 583/585 əyarlı 5,72 qram çəkidə 1 ədəd qızıl üzüyü, 271 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 5 83/585 əyarlı 3,39 qram çəkidə 1 ədəd qızıl üzüyü, 229 manat dəyərində 583/585 əyarlı 2,87 qram çəkidə 1 cüt qızıl sırğanı, 684 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 8,56 qram çəkidə 1 cüt qızıl sırğanı, 184 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı 583/585 əyarlı 2,31 qram çəkidə 1 ədəd qızıl üzüyü, 380 manat dəyərində üzərində 5 ədəd, hər biri təxminən 0,014 ct. brilyant qaşlar olan, halqa formalı 583/585 əyarlı 4,25 qram çəkidə 1 ədəd qızıl üzüyü, 310 manat dəyərində üzərində ümumilikdə 2 ədəd qırmızı rəngli qaş olan 583/585 əyarlı 3,63 qram çəkidə 1 cüt qızıl sırğanı, 303 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,79 qram çəkidə 1 ədəd qızıl üzüyü, 2250 manat dəyərində üzərində ümumilikdə 35 ədəd, hər biri təxminən 0,010 ct. brilyant qaşlar olan 583/585 əyarlı 25,71 qram çəkidə sırğa cütü, üzük və kulonlu boyunbağı-qolbaqdan ibarət 1 ədəd qızıl dəstini, 297 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı 583/585 əyarlı 3,72 qram çəkidə 1 ədəd qızıl üzüyü, 220 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı 583/585 əyarlı 2,75 qram çəkidə 1 ədəd qızıl üzüyü, 450 manat dəyərində üzərində ümumilikdə 22 ədəd, 1 ədəd təxminən 0,054 ct, 21 ədəd hər biri təxminən 0,010 ct brilyant qaşlar olan 583/585 əyarlı 3,40 qram çəkidə 1 ədəd qızıl üzüyü, 313 manat dəyərində üzərində 1 ədəd yaşıl və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,92 qram çəkidə 1 ədəd qızıl üzüyü, 768 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 9,60 qram çəkidə sırğa cütü, üzük-qolbaqdan ibarət 1 ədəd qızıl dəstini, 60 manat dəyərində siferblatının iç tərəfində 2 ədəd rəngsiz, şəffaf qaş və “MİNİ FOCUS QUARTZ” yazıları, arxasında “STAİNLESS STEEL BACK 3 ATM WATER RESİSTANT MADE İN P.R.C No. MF 0291L” yazıları və qırmızımtıl sarı rəngli metal qolbağı olan qol saatını, 110 manat dəyərində 583/585 əyarlı 1,56 qram çəkidə 1 ədəd qızıl üzüyü, 527 manat dəyərində üzərində “Kamilə” yazısı olan, 583/585 əyarlı 6,59 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 170 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan halqa formalı 583/585 əyarlı 2,23 qram çəkidə 1 ədəd qızıl qızıl üzüyü, 368 manat dəyərində üzərində ümumilikdə 2 ədəd göy rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 4,61 qram çəkidə 1 cüt qızıl sırğanı, 296 manat dəyərində üzərində 1 ədəd ağ rəngli daşı olan 585/585 əyarlı, 3,71 qram çəkidə 1 ədəd qızıl üzüyü, 389 manat dəyərində üzərində ümumilikdə 3 ədəd rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 4,87 qram çəkidə sırğa cütü, üzükdən ibarət 1 ədəd qızıl dəstini, 369 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 4,62 qram çəkidə 1 ədəd qızıl üzüyü, 547 manat dəyərində 583/585 əyarlı 6,84 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 234 manat dəyərində 583/585 əyarlı 2,93 qram çəkidə 1 ədəd qızıl qolbağı, 136 manat dəyərində 583/585 əyarlı 1,70 qram çəkidə 1 ədəd qızıl qolbağı, 167 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,09 qram çəkidə 1 cüt qızıl sırğanı, 191 manat dəyərində üzərində ərəb və ya fars dilində yazı 583/585 əyarlı 2,39 qram çəkidə 1 ədəd qızıl kulonlu boyunbağını, 3 56 manat dəyərində 583/585 əyarlı 4,45 qram çəkidə 1 ədəd qızıl üzüyü, 341 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli və 6 ədəd, hər biri təxminən 0,015 ct. brilyant qaşlar olar 583/585 əyarlı 3,51 qram çəkidə 1 ədəd qızıl üzüyü, 465 manat dəyəridə 583/585 əyarlı 5,82 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 385 manat dəyərində 583/585 əyarlı 4,82 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 84 manat dəyərində 583/585 əyarlı 1,05 qram çəkidə 1 ədəd qızıl kulonu, 15 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, 7,64 qram çəkidə 1 dəst sırğa cütü üzüyü, 1000 manat dəyərində üzərində 53 ədəd, 1 ədədi təxminən 0,290 ct, 2 ədədi hər biri təxminən 0,030 ct, 50 ədədi hər biri təxminən 0,005 ct brilyant qaşlar olan, 750 əyarlı 4,41 qram çəkidə 1 ədəd qızıl üzüyü, 236 manat dəyərində üzərində rəngs iz, şəffaf və çəhrayı rəngli qaşlar olan 583/585 əyarlı 2,96 qram çəkidə 1 cüt qızıl sırğanı, 398 manat dəyərində 583/585 əyarlı 4,98 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 347 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, 583/585 əyarlı 4,34 qram çəkidə 1 ədəd qızıl üzüyü, 260 manat dəyərində üzərində 1 ədəd göy rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,59 qram çəkidə 1 ədəd qızıl üzüyü, 390 manat dəyərində 583/585 əyarlı 4,89 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 662 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 8,28 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 1864 manat dəyərində 583/585 əyarlı 23,30 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 1460 manat dəyərində üzərində 43 ədəd, hər biri təxminən 0,016 ct brilyant qaşlar olan, 583/585 əyarlı 13,46 qram çəkidə sırğa cütü kulonlu boyunbağı-qolbaqdan ibarət 1 ədəd qızıl dəstini, 363 manat dəyərində 583/585 əyarlı 4,54 qram çəkidə 1 cüt qızıl sırğanı, 990 manat dəyərində üzərində ümumilikdə 3 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 12,38 qram çəkidə sırğa cütü-üzükdən ibarət 1 ədəd qızıl dəstini, 157 manat dəyərində dairə formalı 583/585 əyarlı 1,97 qram çəkidə 1 ədəd qızıl kulonu, 530 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 6,73 qram çəkidə 1 cüt qızıl sırğanı, 196 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,46 qram çəkidə 1 ədəd qızıl üzüyü, 562 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 7,03 qram çəkidə sırğa cütüüzükdən ibarət 1 ədəd qızıl dəstini, 292 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,65 qram çəkidə 1 ədəd qızıl üzüyü, 290 manat dəyərində 583/585 əyarlı 3,63 qram çəkidə 1 ədəd qızıl qolbağı, 110 manat dəyərində üzərində ümumilikdə 2 ədəd qırmızı rəngli qaş olan 583/585 əyarlı 1,12 qram çəkidə 1 cüt qızıl sırğanı, 6102 manat dəyərində 583/585 əyarlı 76,28 qram çəkidə 1 ədəd qızıl qolbağı, 2489 manat dəyərində 750 əyarlı 23,71 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 261 manat dəyərində halqa formalı 583/585 əyarlı 3,27 qram çəkidə 1 ədəd qızıl üzüyü, 636 manat dəyərində halqa formalı 583/585 əyarlı 7,96 qram çəkidə 1 ədəd qızıl üzüyü, 170 manat dəyərində 583/585 əyarlı 2,13 qram çəkidə 1 ədəd qızıl qolbağı, 90 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan, əl formalı kulonu olan 583/585 əyarlı 1,32 qram çəkidə 1 ədəd qızıl boy unbağını, 755 manat dəyərində üzərində ümumilikdə 38 ədəd, 1 ədədi təxminən 0,105 ct, 37 ədədi hər biri təxminən 0,008 ct brilyant qaşları olan 750 əyarlı 4,42 qram çəkidə 1 ədəd qızıl üzüyü, 372 manat dəyərində üzərində ümumilikdə rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 4,65 qram çəkidə 1 ədəd qızıl üzüyü, 240 manat dəyərində üzərində ümumilikdə 2 ədəd qırmızı rəngli qaş olan 583/585 əyarlı 2,78 qram çəkidə 1 cüt qızıl sırğanı, 483 manat dəyərində üzərində 1 ədəd qırmızı rəngli qaş olan 583/585 əyarlı 5,79 qram çəkidə 1 ədəd qızıl üzüyü, 187 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı 583/585 əyarlı 2,34 qram çəkidə 1 cüt qızıl üzüyü, 66 manat dəyərində 375 əyarlı 1,32 qram çəkidə 1 ədəd qızıl qolbağı, 370 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583 /585 əyarlı 4,63 qram çəkidə sırğa cütü-üzükdən ibarət 1 ədəd qızıl dəstini, 196 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,45 qram çəkidə 1 ədəd qızıl üzüyü, 118 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 1,48 qram çəkidə 1 ədəd qızıl üzüyü, 172 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,15 qram çəkidə 1 ədəd qızıl üzüyü, 198 manat dəyərində üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,48 qram çəkidə 1 cüt qızıl sırğanı, 248 manat dəyərində 583/585 əyarlı 3,10 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 1492 manat dəyərində üzərində 13 ədəd, hər biri təxminən 0,022 ct brilyant qaşlar olan 750 əyarlı 12,70 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 211 manat dəyərində üzərində rəngsiz, şəffaf qaş lar olan 583/585 əyarlı 2,64 qram çəkidə 1 ədəd qızıl üzüyü, 311 manat dəyərində halqa formalı, 375 əyarlı 6,22 qram çəkidə 2 ədəd qızıl üzüyü, 170 manat dəyərində 583/585 əyarlı 2,15 qram çəkidə 1 ədəd qızıl üzüyü, 240 manat dəyərində 583/585 əyarlı 3,16 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 190 manat dəyərində üzərində ümumilikdə 2 ədəd qırmızı rəngli qaşı olan 583/585 əyarlı 2,59 qram çəkidə 1 cüt qızıl sırğanı, 940 manat dəyərində üzərində ümumilikdə 11 ədəd, 4 ədədin hər biri təxminən 0,050 ct brilyant, 6 ədədin hər biri təxminən 0,010 ct brilyant, 1 ədəd isə qiymətsiz qaşları olan, 750 əyarlı 7,46 qram çəkidə 1 ədəd qızıl üzüyü, 1145 manat dəyərində üzərində ümumilikdə 39 ədəd, 1 ədəd təxminən 0,104 ct, 7 ədəd hər biri təxminən 0,032 ct, 31 ədəd hər biri təxminən 0,008 ct brilyant qaşları olan 750 əyarlı 7,01 qram çəkidə 1 ədəd qızıl üzüyü, 62 manat dəyərində üzərində göy rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 1,16 qram çəkidə 1 cüt qızıl sırğanı, 36 manat dəyərində 583/585 əyarlı 0,65 qram çəkidə 1 ədəd qızıl sırğanı, 51 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan 583/585 əyarlı 0,92 qram çəkidə 1 ədəd qızıl məmulat hissəsini, 431 manat dəyərində üzərində 1 ədəd bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 5,39 qram çəkidə 1 ədəd qızıl üzüyü, 418 manat dəyərində üzərində ümumilikdə 9 ədəd, hər biri təxminən 0,010 ct brilyant qaşları olan 583/585 əyarlı 4,47 qram çəkidə 1 ədəd qızıl üzüyü, 228 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 2,86 qram çəkidə 1 ədəd qızıl üzüyü, 565 manat dəyərində üzəri ndə rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 7,07 qram çəkidə 1 cüt qızıl sırğanı, 81 manat dəyərində 583/585 əyarlı 1,02 qram çəkidə 1 ədəd qızıl qolbağı, 246 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,08 qram çəkidə 1 ədəd qızıl üzüyü, 316 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan 750 əyarlı 3,01 qram çəkidə 1 ədəd qızıl üzüyü, 213 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşları olan 583/585 əyarlı 2,67 qram çəkidə 1 ədəd qızıl üzüyü, 410 manat dəyərində üzərində 1 ədəd bənövşəyi rəngli daş olan, 583/585 əyarlı 4,88 qram çəkidə 1 ədəd qızıl üzüyü, 223 manat dəyərində 583/585 əyarlı 2,79 qram çəkidə 1 ədəd qızıl üzüyü, 310 manat dəyərində üzərində ağ rəngli daş olan 583/585 əyarlı 3,88 qram çəkidə 1 cüt qızıl sırğanı, 742 manat dəyərində üzərin də rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 9,28 qram çəkidə sırğa cütüüzükdən ibarət 1 ədəd qızıl dəstini, 290 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,63 qram çəkidə 1 ədəd qızıl üzüyü, 341 manat dəyərində 583/585 əyarlı 4,27 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 314 manat dəyərində 583/585 əyarlı 3,93 qram çəkidə 1 cüt qızıl sırğanı, 325 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 4,07 qram çəkidə 1 ədəd qızıl üzüyü, 224 manat dəyərində 583/585 əyarlı 2,81 qram çəkidə 1 ədəd qızıl qolbağı, 312 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 3,91 qram çəkidə 1 ədəd qızıl üzüyü, 439 manat dəyərində üzərində ümumilikdə 16 ədəd, 1 ədədi təxminən 0,016 ct, 15 ədədin hər biri təxminən 0,006 ct brilyant qaşları olan 583 /585 əyarlı 4,61 qram çəkidə 1 ədəd qızıl üzüyü, 784 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 9,80 qram çəkidə sırğa cütü-üzükdən ibarət 1 ədəd qızıl dəstini, 594 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 7,43 qram çəkidə 1 ədəd qızıl boyunbağını və 470 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 583/585 əyarlı 5,88 qram çəkidə 1 ədəd qızıl üzüyü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 209.325 (iki yüz doqquz min üç yüz iyirmi beş) manat dəyərində yəni, külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan dərhal sonra törətdiyi oğurluq cinayətinin izini gizlətmək üçün Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx. 2006cı ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ üzrə mərhum X2, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə Zərərçəkmiş şəxs məxsus olan ünvanında yerləşən ümumi sahəsi 66,8 kv/m, yaşayış sahəsi 40 kv/m, yardımçı sahəsi 26,8 kv/m, 3 otaqlı mənzili yandırmaqla məhv etmək məqsədilə həmin mənzilin dəhlizinə girişdən sol tərəfdə sayca birinci otağı neft məhsulundan odlama vasitəsi kimi istifadə edərək qəsdən yandırıb mənzilin 4518 manat dəyərində hissəsini və otaqda olan 2700 manat dəyərində mebel dəstini, 900 manat dəyərində 1 ədəd televizoru, 180 manat dəyərində ütü ilə birlikdə ütü altı şkafı, 290 manat dəyərində 2 ədəd xalçanı məhv edərək Zərərçəkmiş şəxs ümumilikdə 8588 manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkə mə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü və apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü səmimi aparmış və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə vurduğu 8588 manat maddi ziyanı məhkəmə iclasında ödəməyə hazır olduğunu bildirmişdir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraa tı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs Məhkum birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Aşağı instansiya məhkəmələri isə işdə olan yüngülləşdirici halları nəzərə almamışlar. Belə ki, təqsirləndirilən şəxs Məhkum əməlindən səmimi peşmançılıq hissləri keçirir, apellyasiya instansiya məhkəməsində işə baxılan müddətdə zərərçəkmiş şəxsə ödənilməmiş 8588 manat maddi ziyanı ödəməyə hazır olduğunu bildirərək, zərərçəkmiş şəxdən razılıq əldə etm ək istəmişdir. Bu hallarla yanaşı onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, yaşayış yerindən müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmayıb, üç azyaşlı uşağı var. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum təyin olunmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, zərərçəkmiş şəxsin məhkumla barışmasını nəzərə alaraq, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azın dan həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisinin kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, lakin məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdirir. Odur ki, məhkəmə kollegiyası məhku mun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının müdafiəçinin kassasiya şikayətinin qismən təmin edilməsi barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, m əhkəmələrin hökm və qərarından görünür ki, Məhkum külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə və özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 177.3.2 və 186.2.2- ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitin ə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına y ol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə bi rbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, tə qsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Ka ssasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsində ona dəymiş ziyanın Məhkum atası tərəfindən qismən ödənildiyi, Məhkum ilə barışdığı və ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.......59.1.4 - cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.14 - cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi; Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına kömək etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş hərəkət edərək, oğurladığı 94050 ABŞ dolları və ümumi dəyəri 49.440 manat olan qızıl-zinət əşyalarının harada olması barədə məlumat verməsini Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən hallarını, belə ki, himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şikayət və tələbənin olmamsını CM-nin 59.1.12-ci, ziyanın qismən ödənilməsini isə CM-in 59.1.14-cü maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətləndirib çıxış edərək məhkum olunmuş şəxsin cinayət törətməyə meyilli şəxs olmamas ı və onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi barədə qənaət gəlir. Belə ki, cinayət işinin materiallarında olan İsmayıllı RİH-nin başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli 541 nömrəli arayış və məhkəməyə təqdim edilmiş 27 sentyabr 2012-ci il tarixli 940797 nömrəli, 11 noyabr 2016-cı il tarixli 857107 nömrəli və 1 mart 2019-cu il tarixli 248026 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Məhkum ailə tərkibi qızı X19 və oğlanları X10 və X7 ibarətdir və xxx kəndində yaşayırlar. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrinə əsaslanaraq Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-in 177.3.2 və 186.2.2-ci maddələri ilə təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan mə hrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-nin 177.3.2 və 186.2.2-ci maddələri üzrə təyin olunmuş qəti cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 2 (iki) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını, beləl iklə də müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rə hbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.2.2 və 66.3cü maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edi lməklə şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar