Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1627/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.4 -cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)-148/2025 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1987-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü tanışı Zərərçəkmiş şəxs alğı-satqı münasibətlər inin etibarlı tərəfdaşı kimi göstərib, sonuncunun direktoru olduğu "xxxx" MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırmış, bu minvalla 2019-cu ilin noyabr ayında yenidən «Vormitin 100 ml» qida sumpenziya əlavəsi və «Mammoqel» gigiyenik vasitə sifariş verib bir ay müddətində pulunu ödəyəcəyinə dair yalan vəd verərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ümumi dəyəri 39.847 manat olan qida əlavələrini və gigiyenik vasitəni Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən 2 nömrəli binanın 1-ci anbarından ələ keçirib sataraq pulunu ələ keçirmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin (sədrli k edən hakim: X5) 4 dekabr 2024-cü il tarixli, 1(012)-129/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzadan 04 gün çıxılması və Məhkum üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 1 ünvanını saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələrinin qoyulması, Məhkum cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Sumqayıt icra Probasiya İdarəsinə tapşırılması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
4. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruz əçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 13 fevral 2025-ci il tarixli, 1(105)148/2025 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 1(012)-129/2024 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)-148/2025 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasia müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə, müraciət edən tərəfindən cinayət işinin faktiki hallarına, məhkəmələr tərəfindən gəlinən nəticəyə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, ona irəli sürülən ittihamda tarixlər düzgün qeyd olunmamış və xeyli miqdardan ziyan vurması göstərilsə də, həmin məbləğin nə qədər təşkil etməsi öz əksini tapmamışdır. Apellyasiya instansiyası istintaq orqanının və İ instansiya məhkəməsinin səhvlərinə göz yumaraq, onun hazırkı cinayət əməlini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində törətdiyini, lakin texniki səhv olaraq həmin müddət ittiham aktında və işdə olan bəzi sənədlərdə düzgün olmayaraq xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək kimi qeyd edildiyini göstərmişdir. Həmçinin qeyd edir ki, ibtidai ist intaq zamanı müstəntiq saxtakarlıq edərək onun təqsirli olmasını qeyd etmişdir. 1-ci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təqdim edilmiş, işin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişlər. Bunun nəticəsində onun barəsində cinayət tərkibinin əlamətləri mövcud olmadan ittiham hökmü çıxarılmışdır. Bununla da, məhkəmənin qərarının ləğv edilməsi üçün əsaslar yaranmışdır.
8. Bununla da, Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)- 148/2025 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenid ən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi no rmaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun təqsir sizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün göndərilməsi haqqında qərar qəbul edilməsini iddia etsə də, tələblərini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.
17. Bununla yanaşı, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)-148/2025 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkə məsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya şikayəti nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
21. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyind ən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Kassasiya kollegiyası qeyd edir ki, Məhkum 39.847 manat məbləğində dələduzluq etməsinə münasibətdə cinayət işi materiallarında heç bir mümkün və mötəbər sübutun olmamasına istinad etsə də, onun Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclalarında tədqiq edilmiş obyektiv sübutların məcmusu – iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Kassasiya kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir.
24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmad an apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)-148/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıd ır.
27. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(105)-148/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.