Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1628/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Mehdiyev Polad Nadir oğlunun iştirakları ilə xx xxxxxx 1952-ci il tarixdə Zərdab rayonu Sarıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ü nvan 1 ünvanda yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1 və 120.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Yunusov Kamil Məhərrəm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əhmədov Telman Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: B.M.Məmmədov (sədrlik edən), N.N. Mirzəyev və R.İ.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1 və 124.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 26 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum və onun müdafiəçis i tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilməklə yeni hökm çıxarılmışdır. Məhkum əməli CM-in 29, 120.2.7-ci maddəsindən Həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 29, 120.1 və 120.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 29, 120.1-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 120.2.3-cü maddəsi ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum ittiham elan edilmişdir ona görə ki, o, 25.06.2019-cu il tarixdə saat 19 radələrində tanışları-X6, Şahid3, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2də yerləşən özünə məxsus bağ evinin həyətində yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu tanışı Şahid1 mobil telefon nömrəsini istəməsi səbəbindən aralarında baş vermiş mübahisənin ged işində Zərərçəkmiş şəxs döyərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirdiyindən Zərərçəkmiş şəxs qisas almaq və onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə qaçaraq həyətdən bir qədər kənarda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə daxil olub qanuni əsaslarla özünə məxsus 16 mm kalibrli, “TOZ-B” modelli, “X-5620” nömrəli, yivsiz odlu ov silahı olan qoşalüləli tüfəngini yataq otağında saxladığı yerdən götürüb tüfəngin patron yuvasına 02 (iki) ədəd patronu yerləşdirib çaxmağını çəkərək onu atəş üçün tam hazır vəziyyətə gətirməklə evin aynabəndinə çıxmış, həmin vaxt zərərçəkmiş şəxs, ardınca isə Zərərçəkmiş şəxs onun Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ibarət cinayətkar niyyətinin qarşısını almaq məqsədilə atəş açmasına mane olmaq üçün ona yaxınlaşıb silahın lülə və qundağ hissəs indən tutmaqla silahı əlindən almağa cəhd etmiş, o isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə sağ əlinin şəhadət barmağı tətikdə olmaqla sağ əli ilə silahın qundağının alt hissəsindən, sol əli ilə də silahın lüləsinin alt hissəsindən möhkəm tutmaqla silahı verməmək və Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün onlara qarşı aktiv müqavimət göstərmiş, lakin Zərərçəkmiş şəxsla yanaşı zərərçəkmiş şəxsun da silahdan tutaraq onun atəş açmaq istəməsinə imkan verməmələri və mane olmaları səbəbindən Zərərçəkmiş şəxs öldürməkdən, yəni onu qəsdən həyatdan məhrum etməkdən ibarət cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş və onun hərəkətlərinin qarşısını alan və zərərçəkmiş şəxs 2u öldürməkdə ona mane olan zərərçəkmiş şəxsu ictimai borcunu yerinə yetirməs i ilə əlaqədar qəsdən öldürmək niyyətilə silahın tətiyini çəkərək 0,5 metrədək olan yaxın məsafədən bir dəfə atəş açıb sonuncuya sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin ön səthində sağ körpücük sümüyünün orta 1/3-i proyeksiyasında sağ 2-ci qabırğanı və ağ ciyəri zədələyən bir ədəd 02 (iki) sm diametrində toxuma deffekti olan deşilmiş yara xəsarətini yetirməklə sağ ağ ciyərin zədələnməsi ilə inkişaf edən kəskin daxili qanaxma nəticəsində ölümünə səbəb olan xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum etmiş və Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə yönəldilmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kas sasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə işin faktiki hallarını, yəni təqsirləndirilən şəxs Məhkum bir nəfər şəxsin qəsdən öldürülməsinə cəhd etməsi, ikinci şəxsi isə qəsdən öldürməsini inkar etməsə də, onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum hadisə zamanı vahid ni yyətlə ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxsu öldürməkdən başqa, həm də zərərçəkmiş şəxs 2u öldürməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilmədiyindən onun əməli CM-nin 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə tövsif olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə hər hansı əsaslandırma aparmayaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etmiş, yəni qəsdən adam öldürməyə cəhd epizodu üzrə Məhkum əməlini CM-nin 29, 120.2.7-ci maddəsi ilə deyil, həmin Məcəllənin 29, 120.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsind ə bəraət hökmünün çıxarılması xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum verilmiş ittiham cinayət işinin materialları ilə sübuta yetirilməmiş, cinayətin onun tərəfindən ittiham hökmündə göstərilən qaydada törədilməsi heç bir əsaslı, təkzibedilməz dəlillərlə təsdiq olunmamışdır. Belə ki, zərərçəkmiş şəxs 2la aralarında olan mübahisədən sonra Məhkum evdən götürdüyü atəşə hazır vəziyyətə gətirdiyi tüfənglə Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sadəcə onu qorxutmaq istəmişdir. Məhkum belə bir niyyəti olsa idi, aralarında cəmi 9 metr məsafə olmuş və təcrübəli ovçu olan Məhkum Zərərçəkmiş şəxs atəş açması üçün heç bir maneə olmamışdır. İş materiallarından obyektiv olaraq məlum olur ki, Məhkum zərərçəkmiş şəxs X6 arasında heç bir mübahisə olmamışdır və Məhkum zərərçəkmiş şəxsi də öldürmək niyyəti olmamışdır. Müdafiəçi həmçinin qeyd edir ki, silahdan bir dəfə atəş açılıb zərərçəkmiş şəxsun xəsarət alıb yerə yıxılmasından sonra da Məhkum əlində silah ayaq üstə durmuş, zərərçəkmiş şəxs 2 isə əyilərək zərərçəkmiş şəxsa baxmışdır. Məhkum zərərçəkmiş şəxs 2u öldürmək fikri olsaydı, ona heç kim mane olmurdu. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının rəyindən və baxış protokolundan da görünür ki, tüfəngdə atılmamış bir ədəd patron qalmışdır. Müdafiəçinin fikrincə, iş materialları ilə atəşin Məhkum tətiyi çəkməsi nəticəsində baş verməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Atəş tüfəngin dartılması zamanı təsadüfən açılmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hök münün ləğv edilməsi və əməlinin CM-nin 124.1-ci maddəsi ilə tövsif edilməsi, digər maddələr üzrə isə bəraət verilməsi xahiş olunur. Məhkum qeyd edir ki, X5 öldürmək niyyətində olmamış, yalnız onu qorxutmaq istəmişdir. Məhkəmə tibb ekspertinin rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədənində heç bir xəsarət aşkar edilməmişdir. Məhkum hesab edir ki, Zərərçəkmiş şəxs qaçıb gizlənmədiyindən, onun Zərərçəkmiş şəxs öldürməyə real imkanı olmuşdur. Lakin onun Zərərçəkmiş şəxs nəinki öldürmək, ona qarşı zorakılıq etmək fikri olmamışdır. Ona görə də onun CM-nin 29, 120.1 və zərərçəkmiş şəxsu qəsdən öldürməyə görə CM-nin 120.2.3-cü maddəsi ilə olan ittihamı əsassızdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xi dmətinin Şəki Penitensiar Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi və özü tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum ərizəsini və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi P.Mehdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum müdafiəçisi və özü tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasi ya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum müdafiəçisi və özü tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinin geri götürülməsi barədə məhkumun ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmündən verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmü müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hökmə yalnız kassasiya protestinə münasibətdə hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsində “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə”yə, CM-nin 120.2.7-ci maddəsində isə “iki və ya daha çox şəxsi öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haq qında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüqu q normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər b ir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM- in 29, 120.2.7-ci maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, protestin bu dəlili əsassızdır. Belə ki, qanunun mənasına görə şəxsin CM-nin 120.2.7-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun iki və ya daha çox şəxsi öldürməyə yönələn hərəkətlərinin vahid qəsdlə əhatə olunması zəruri şərtdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Ali Məhkəmə Plenumunun həmin Qərarının 11-ci bəndinə əsasən təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsd lə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan edilmiş ittihamın işin hallarında verilmiş məzmunundan görünür ki, ittiham orqanının qərarında Məhkum qəsdinin ilkin olaraq iki nəfərə deyil, yalnız zərərçəkmiş şəxs 2a qarşı yönəldiyi göstərilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində iki və ya daha çox şəxsi öldürməyə cəhd etməni nəzərdə tutan CM-in 29,120.2.7-ci maddəsinin tərkib əlamətləri də mövcud olmasına dair kassasiya protestinin dəlilləri əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstə rilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414 və 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi, Mingəçev ir şəhər Vəkil Bürosunun vəkili Yunusov Kamil Məhərrəm oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 120.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2021-ci il tarixli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1628/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1628/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver