Məhkəmə qərarları › İş №1(102)-1629/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1629/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1629/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum, Məhkumun müdafiəçisi – Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fev ral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 322.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-10/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli (Hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbəsində doğulmuş, Azərbaycan Res publikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Sədərək qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş CM-nin 69-cu maddəsinə əsasən onun 09 noyabr 2017-ci il tarixdən 11 noyabr 2017-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla bir gün azadlıqdan məhrumetmə cəzasının üç gün islah işləri cəzasına bərabər tutulmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılmış və üzərində qəti olaraq hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 21 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əzimov Ədalət Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 21 may 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı F.M.Musayev tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə əsasən işə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 04 fevral 2022-ci il tarixli hökmü ilə ape llyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, məhkəmə Məhkum elan olunmuş ittiham üzrə quldurluq cinayətini törətməsi barədə nəticəyə gələrək onu yeni hökmlə CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təyin olunmuş islah işləri cəzasının çəkilmiş 01 (bir) il 02 (iki) ay müddəti CM-nin 69.3-cü maddəsinə əsasən (əvvəlki redaksiyada verilmiş) 3 gün islah işləri cəzasının müddətinə azadlıqdan məhrum etmə cəzasının bir günü hesablanmaqla 4 (dörd) ay 20 (iyirmi) gün və onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün, cəmi 4 ( dörd) ay 22 (iyirmi iki) gün müddət yeni hökmlə ona təyin edilmiş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 07 (yeddi) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz və kassasiya protesti verilməmişdir. Məhkum ərizə ilə Ali Məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum, qohumu Şahid8 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verib xalası oğlu Abbasov Sənan İsfəndiyar oğlunun xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların sonuncunun icazəsi olmadan Zərərçəkmiş şəxs tərəfindən götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən «Sınıq Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs Şahid8 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək Zərərçəkmiş şəxs ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra Şahid8 idarə etdiyi «VAZ- 2107» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən «İnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs Sənan Abbasova məxsus əşyaları yaxşı edib götürdüyünü və onlara heç nə qaytarmayacağını bildirdikdən sonra həmin gün təxminən gecə saat 02 radələrində o, avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsi nə vurub küt ağrılar yetirmiş, Şahid8 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra Şahid8 Zərərçəkmiş şəxs tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Mə zənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu Zərərçəkmiş şəxs tərəfindən götürülmüş Sənan Abbasova məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq qanunazidd şəkildə götürüb Zərərçəkmiş şəxs mühüm ziyan vurub özbaşınalıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, birinci instansiya məhkəməsinin özbaşınalıq kimi ixtisaslaşdırdığı cinayət əməlini əlavə sübut əldə etmədən, iş üzrə toplanmış sübutları isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən quldurluq cinayəti kimi qiymətləndirmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutlara deyil, apellyasiya protestinin formal dəlillərinə əsaslanmışdır. Lakin apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, CM-nin 181-ci maddəsində nəzərdə tutulmuş quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücüma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Müdafiəçi bildirir ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı qəfl ətən hücüm etməmiş, Zərərçəkmiş şəxs gizli olaraq götürdüyü Abbasov Sənan İsfəndiyar oğluna məxsus əmlakı Məhkum tələbi üzrə ona qaytarmaması səbəbindən mübahisə yaranmış, mübahisə zəminində Məhkum və onun qohumu Şahid8 tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirilmiş, həmin xəsarətlər sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmamış və əmlak hazırki iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs deyil, Sənan Abbasova məxsus olmuş, həmin əmlaklar Zərərçəkmiş şəxs sahibliyinə qanunsuz keçmiş, o, həmin əmlak üzərində heç bir hüquqa malik olmamışdır. Odur ki, cinayət qanununun istinad edilən normasının tələbləri baxımından Məhkum xalası oğlu S.İ.Abbasova məxsus əmlakı Zərərçəkmiş şəxs qanunsuz sahibliyindən tələb etməyə subyektiv hüququ olmuşdur. Bu səbəbdən Məhkum törətdiyi əməl nəinki quldurluq cinayətinin tərkibi ilə eynilik təşkil etmir, hətta onun əməlində hər-hansı başqa cinayətin tərkibi müəyyən olunmur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti ilə müracət edərək bildirir ki, mən Məhkum Azərbaycan Respublikası Cinayət məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayət məhkəməsinin hökmündən narazı olmadığıma görə apellyasiya şikayəti verməmişdim. Lakin Gəngə apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 il cəza təyin etdiyinə görə həmin hömü tam qanunsuz sayıram və hökmü ləğv etməyinizi xahiş edirəm. Çünki hökmdə göstərilənlər tam yalandır. Bu yalanları isə Qazax rayon polis şöbəsinin müstəntiqi Vüsal Sadiqov yazıb. Mən Gəncə Ağır cinayətlər məhkəməsinə bu barədə ərizə verib bildirmişdim ki, əslində mənim pulumu alan və 5 gün məni qanunsuz olaraq polis şöbəsində saxlayan və məndən 100 manat pul aldıqdan sonra məni buraxan müstəntiq Vüsal Sadiqov olmuşdur. Mənim izahatımı o, yazıb və istədiyi sözləri yazıb və məni imza etməyə məcbur edib. Mən ona deməmişəm ki, Raman məni döyüb, pulumu və şəxsi əşyalarımı cibimdən çıxarıbdır. Mən ümumiyyətlə polisə şikayət verməmişəm. Maşından düşüb Dəryahla mübahisə edərkən polisləri görüb maşına minərək Bakı şəh ərinə yola düşmüşük. Bu zaman polislər dalımızca gəlib bizi zorla maşına mindirib polisə aparıblar. Həmin vaxtı mənim pulum və əşyalarım üstümdə olub. Mənə dedilər ki, üstündə nə varsa stolun üstünə tök. Mən də cibimdəki pul və əşyaları stolun üstünə tökdüm. Mən bilmirdim ki, mənim pul və əşyalarımı Ramanın üstünə yazıblar. Çünki mənim adımdan müstəntiqin yazdığı heç bir sənədi oxumamışam və oxumağa da imkan yaradılmadan mənə imza etdirilmişdir. Həmin vaxtı polisə ərizə yazmağa məni polislərin özü məcbur edib və mən ərizədə onların dediyini yazmışam. Məhkəməyə onu da bildirmək istəyirəm ki, həqiqətən də üstümdəki pul və kompüter Ramanın xalasının oğlu Sənanın olub. Sənanla mübahisəmiz olduğuna görə mən onun kompüterini və pullarını ona demədən götürüb Türkiyədən Azərbaycana gəlirdim. Mənim mübahisəm Dəryahla olub və məni Dəryah yumruqla vurub. Əlavə olaraq Dəryah polis şöbəsində üstümə dartındığına və müstəntiqlə mübahisə etdiyindən müstəntiq işi bu həddə çatdırıbdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətkərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbi qinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəm ə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olun maması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmus u ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində kassatorlar Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması və əm əlinin Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif edilməsini mübahisələndirirlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsində, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum, qohumu Şahid8 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verib xalası oğlu Abbasov Sənan İsfəndiyar oğlunun xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların sonuncunun icazəsi olmadan Zərərçək miş şəxs tərəfindən götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən «Sınıq Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs Şahid8 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək Zərərçəkmiş şəxs ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra Şahid8 idarə etdiyi «VAZ- 2107» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerl əşən «İnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs Sənan Abbasova məxsus əşyaları yaxşı edib götürdüyünü və onlara heç nə qaytarmayacağını bildirdikdən sonra həmin gün təxminən gecə saat 02 radələrində o, avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirmiş, Şahid8 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetir dikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra Şahid8 Zərərçəkmiş şəxs tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Məzənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu Zərərçək miş şəxs tərəfindən götürülmüş Sənan Abbasova məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq qanunazidd şəkildə götürüb Zərərçəkmiş şəxs mühüm ziyan vurub özbaşınalıq etmişdir. Məhkum əməli quldurluğa münasibətdə qəsddən ibarətdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, CM-in göstərilən maddəsində özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına mühüm ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törə tdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli özbaşnalıq kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya i nstansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin hökmlə istinad edilən CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əld ə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya tə qsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bu nunla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə ə sasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm so sial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətlərinin məhkumun əməlinin CMin 322.2-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğunda n təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar