Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1629/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Bilal Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Xaliq Məmmədov) 23 iyun 2023-cü il tarixli, 1(091)168/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1973-cü ildə Ağdaş şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdaş şəhəri Heydər Əliyev prospekti nömrəsiz evdə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ta lamaq məqsədi və tamah niyyəti ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində səhər saatlarında Ağdaş şəhəri, H.Əliyev prospekti dalan 7, 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə vahid niyyətlə ümumilikdə 2 dəfə müxtəlif vaxtlarda hasardan qanunsuz daxil olub, oradan da evin zirzəmisinə daxil olaraq zirzəmidə olan 01 (bir) ədəd 100 (yüz) manat dəyərində Rusiya istehsalı olan göy rəngli, üzərində “VP-523,5” yazıları olan mühərrikli otbiçən aparatı, 01 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində Çin istehsalı olan göy rəngli markası oxunmayan hava vuran kompressor aparatını, evin həyətindən 01 (bir) ədəd 500 (beş yüz) manat dəyərində “Mercedes Benz CDİ” markalı avtomobilin mühərrikinin ehtiyat hissəsi olan qalofkanı (başlığını), 01 (bir) ədəd 100 (bir yüz ) manat dəyərində 75 amperlik qara rəngli akkumulyatoru və həyətdə olan masanın üzərindəki 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində qara rəngli “Mercedes Benz CDİ” markalı avtomobilin üzərində olan markası məlum olmayan maqnitofonunu gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə vahid niyyətlə ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq nəm vəziyyətdə təmiz çəkisi 1125,00 qram, quru vəziyyətdə təmiz çəkisi 1001,25 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 404,186 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxl ayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 1750 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşən “Maşad” qəbiristanlığının yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 1825-dən saat 1842-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin içərisindən 01 ədəd sellofan bükümdə nəm vəziyyətdə təmiz çəkisi 1125,00 qram, quru vəziyyətdə təmiz çəkisi 1001,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 404,186 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar ed ilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və Elçin Hüseynov) 13 sentyabr 2023-cü il tarixli 1(107)-332/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 1(091)-168/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli 1(107)-332/2023 nömrəli qərarının ləğv edilməsi, barəsindəki olan cinayət işinə düzgün və hüquqi qiymət verilməklə obyektiv və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona verilmiş hökm ilə razı deyildir. Həmin hökmdən apellyasiya şikayəti verməsinə baxmayaraq, onun şikayəti Şəki apellyasiya məhkəməsinin qərarı ilə təmin edilməmişdir. Barəsində olan cinayət işi üzrə ona elan edilmiş ittiham aktı ilə razı deyil. Onun əməlində CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Həmin maddə ilə özünü təqsirli bilmir. Ailə vəziyyətini, himayəsində 4 uşağının olmasını, bütün ailənin yükünün onun üzərinə düşməsini nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl ed ilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, A zərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azər baycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid4 və Şahid5 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları v ə işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməs ində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum tərəfindən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq nəm vəziyyətdə təmiz çəkisi 1125,00 qram, quru vəziyyətdə təmiz çəkisi 1001,25 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəki si 404,186 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşıması və zərərçəkmiş şəxsin yaşayış evinin həyətinə vahid niyyətlə ümumilikdə 2 dəfə müxtəlif vaxtlarda hasardan qanunsuz daxil olub ona vahid niyyətlə ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olması nı, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olma sını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış süb utlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikas ı CM-in 177.2.3 və 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1629/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1629/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver