Məhkəmə qərarları › İş №1(102)-163/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-163/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-163/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb oğlu, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Atakişiyev Gürsel Firəddin oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəm əsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Hacıyev, hakimlər E.Əliyev və M.Abdullayevdən ibarət tərkibdə) xx xxxxx 1980-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Sabirabad şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Resp ublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 05 il 08 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, müəyyən olunmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 131.642 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq Sabirabad şəhəri, ünvan1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirib orada həmin n arkotik vasitəni ayrı-ayrı, ümumilikdə 26 hisssəyə bölüb qablaşdıraraq saxlamış, həmçinin məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə etmiş və 16 may 2018-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə bağlı onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman onun evinin ikinci mərtəbəsindəki yataq otağında olan şkafın içərisində qeyd edilən narkotik vasitədən 0.036 qramı bir ədəd kibrit qutusunun içərisində bir ədəd kağız bükümdə, evin ikinci mərtəbəsinin arxa tərəfə açılan pəncərəsinin bərabərində həyətyanı sahədə yerdə 1 ədəd polietilen torbada 3 ədəd polietilen kəsiyi bükümlərə qablaşdırılmı ş vəziyyətdə olmaqla hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 9,824 qram, 34,762 qram, 84,163 qram olmaqla, cəmi 128.749 qramı və 2 ədəd siqaret qutularında 23 ədəd gümüşü kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,126 qram, 0,142 qram, 0,121 qram, 0,146 qram, 0,131qram, 0,116 qram, 0,138 qram, 0,117 qram, 0,141 qram, 0,123 qram, 0,142 qram, 0,097 qram, 0,129 qram, 0,120 qram, 0,107 qram, 0,113 qram, 0,128 qram, 0,153 qram, 0,109 qram, 0,123 qram, 0,113 qram, 0,120 qram, 0,102 qram olmaqla ümumilikdə 131,642 qram çəkidə külli miqdarda heroin narkotik vasitəsi, həmçinin yaşayış evin ikinci mərtəbəsində olan yataq otağında yerləşən çarpayının üstündəki yerdə 2 ədəd işlək vəziyyətdə olan elektron tərəzi və bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götür ülmüşdür. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 31 yanvar 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını b ildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar