Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-163/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(106)-579/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Müşfiq Məmmədov) 24 aprel 2024-cü il tarixli 1(099)-59/2024 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 167-2.2.1, 234.4.1, 234.4.3, 281.2 və 283.2.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli, 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Həzi Aslanov küçəsi, ev 26da qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 08 mart 2023-cü ildə Lənkəran şəhərində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən, 14,523 qram tiry əkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz olaraq saxlayaraq daşımış, 08 mart 2023-cü ildə, saat 19:30da Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, H.Aslanov küçəsində saxlanılaraq regional şöbəyə aparılmış, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər Elşad Əliyev və Yaşar Həşimov) 13 avqust 2024-cü il tarixli 1(106)-579/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cin ayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(099)-59/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(106)-579/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində cinayət qanununun norması düzgün tətbiq edilməmiş, məhkəmələr işin faktiki halların araşdırılması üçün tədbir görməmiş, müdafiə tərəfinin vəsatətləri təmin edilməmişdir. Belə ki, şahidlər məhkəmə iclasında ziddiyyətli ifadələr vermişlər. İş materiallarından və şahid ifadələrindən görünür ki, Məhkum üzərində polis şöbəsinə gətirildikdən dərhal sonra axtarış aparılmamış, polis əməkdaşları bunun səbəbini izah edə bilməmişlər. İş üzrə maddi sübut olan 1 ədəd zərfdə bir bükümdə 14,473 qram narkotik vasitə heroin maddi sübut kimi Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılır. Lənkəran ŞRPŞ-ndə saxlanılan maddi sübut - narkotik vasitənin polis əməkdaşı tərəfindən Məhkum üzərinə qoyulub-qoyulmaması faktının aydınlaşdırılması üçün maddi sübutun məhkəməyə gətirilməsi və onun üzərində olan papilyar naxış izlərinin daktiloskopik ekspertizası təyin edilməsi və həmin bükümün üzərində olan barmaq izləri ilə izi qoyan şəxsin barmaq izlərinin eynilik təşkil e dib-etməməsinin müəyyən etmək üçün maddi sübutun məhkəməyə gətirilməsini təmin edilməsi barədə vəsatəti təmin edilməmişdir. DİN BNMİ-nin CRŞ-ya həmin polis quruma gətirilmiş şəxslərin qeydiyyat jurnalından 08 mart 2023-cü il tarixə olan çıxarışın göndərilməsi və şöbənin giriş hissəsində quraşdırılmış videokameralar vasitəsilə həmin tarixdə lentə alınmış videoyazının elektron daşıyıcıya köçürülərək göndərilməsini xahiş etsə də, sorğuya cavab olaraq Məhkum saat neçədə saxlanılması və şübhəli şəxs qismində tutulması barədə, videogörüntülərin verilməsinin mümkün olmadığı barədə cavab verilmiş, çıxarış və videogörüntü təqdim edilməmişdir. Halbuki həmin çıxarışın əldə edilməsi həqiqətən Məhkum saat neçədə şöbəyə gətirilməsini təsdiq edəcəkdir. Sözügedən vəsatətlə məhkəməyə müraciət etmiş və vəsa tət təmin olunmuşdur. CBRŞ-nın 15 nömrəli qeydiyyat kitabından çıxarış iki səhifədə məhkəməyə göndərilmişdir. Lakin Məhkum qeydiyyat jurnalındakı gətirilmiş şəxslərin hansı tarixdə və saatda gətirilməsi jurnalda öz əksini tapmamışdır. Halbuki, hamısı qeyd olunmalıdır və müdafiə tərəfi həmin vəsatəti məhz şəxsin saxlanılması və tutulması vaxtlarında olan ziddiyyətlərə görə vermişdir. Bundan əlavə Məhkum 08 mart 2023-cü il tarixdə tutulmuşdur. Sıra sayı jurnalda 76-dır. Belə nəticəyə gəlmək olar ki, təxminən 8 aya şöbəyə 80 şəxs gətirilmişdir, 1 aya 10 şəxs, hər 3 günə isə ortalama 1 şəxs.( xx.xx.2023-xx.xx.2023 8 ay). Şöbə regional olduğundan, bu rəqəmlər inandırıcı deyil. 8 ay ərzində şöbəyə 80 nəfər şəxsin gətirilməsi regional olduğundan çox az bir rəqəmdir. Müdafiə tərəfi üçün məhkəməy ə göndərilmiş çıxarış şübhə doğurur. Odur ki, qeydiyyat jurnalının özünün məhkəməyə gətirilməsini vəsatətlə təmin edilməsini xahiş etsə də, həmin vəsatət təmin edilməmişdir. Cinayət işi materiallarının 4-cü səhifəsində olan BNMİ-nin CBRŞ-nın baş əməliyyat müvəkkili, polis-baş leytenantı Mehti Safiyarov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərara əsasən Məhkum ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Sözügedən qərar "Əmaliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Həmin Qanunun 10-cu maddəsində əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin bu Qanunla müəyyən edilmiş qaydada hansı əməliyyat-axtarış tədbirləri həyata keçirə biləcəkləri sadalanır. Lakin hazırkı qərarda hansı əməliyyat-axtarış tədbirinin həyata keçiriləcəyi öz əksini tapmamışdır. Cinayət işi materiallarından da görünür ki, Məhkum həyat yoldaşı X1 şəxsin tutulması barədə məktubla məlumat verildiyi göstərilmiş, lakin həmin məlumatın alınmasını və ya verildiyini təsdiq edən xəbərnamə və ya qəbz iş materiallarına əlavə edilməmişdir. Qeyd etdiyi xüsusatı nəzərə alıb məhkəmədən Məhkum həyat yoldaşına onun tutulması barədə məlumatın verilməsini təsdiq edən sənədin məhkəməyə göndərilməsinin təmin olunmasini xahiş etsə də, vəsatət rədd edilmişdir. BNMİ-nin CBRŞ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədb irlərinin həyata keçirilməsi haqqında qərarın kobud pozuntulara yol verilməklə qəbul edildiyini nəzərə alaraq həmin qərarın məhkəmə baxışından sübut kimi yolverilməz olduğundan cinayət işi materialından xaric edilməsini məhkəmədən xahiş etsə də, vəsatət rədd edilmişdir. Şöbənin 4-cü mərtəbəsinə qalxan zaman Məhkum qarşı fiziki zorakılıq tətbiq etməklə döymüşlər. Müdafiə etdiyi şəxsin dediyinə görə xidməti otaqların birində şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdirmək üçün onu bir saata yaxın döymüşlər və müxtəlif işgəncələrə və fiziki zorakılığa məruz qalmışdır. Bununla belə yenə də, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Vəziyyətin bu yerdə olduğunu görən əməkdaşlar onu ailəsi ilə hədələyərək narkotik vasitənin ona məx sus olduğu barədə etirafedici ifadəsinin alınmasına nail olmuşlar. Onu döyən polis əməkdaşlarından biri Mehdi adında polis əməkdaşı olmuşdur. Digər əməkdaşları üzdən tanıyır. Məhkum bildirdiyinə görə barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı bu faktların hamısını məhkəmə iclasında hakim qarşısında bildirmişdir. Məhkum dediyinə görə o, 19:15 radələrində saxlanılmış və 1 saat döyüldükdən və fiziki zorakılığa məruz qaldıqdan sonra üzərində 20:30-da şəxsi axtarış keçirilmişdir. Reallıqda isə 19:15-da saxlanılan adam artıq 19:25-da tutulmalı idi. Həmin vaxt intervalı müdafiə etdiyi şəxsi fiziki zorakılığa məruz qoymaqla narkotik vasitənin özünə məxsus olmasının etiraf etdirməyə məcbur etmək üçün lazım idi. Yuxarıda qeyd olunan faktlardan da aydın olur ki, şəxsin saxla nılma və tutulma vaxtları, şəxsi axtarış və götürmə protokolunun tərtib edilmə vaxtı saxtalaşdırılmışdır və həqiqəti əks etdirmir. Odur ki, cinayət işi materiallarında sübut kimi qiymətləndirilə bilməzdi. Cinayət işi materiallarından görünür ki, müdafiə etdiyi şəxsin saxlanıldığı və tutulduğu vaxt saxtalaşdırılmışdır. Müdafiə etdiyim şəxs saxlanılan zaman onun üzərində ***-***-****5 və ***-***-**-** mobil nömrələri olan "Samsung A 23" markalı mobil telefon olmuşdur. Həmin telefon CBRŞ-nın inzibati binasına gətirildikdən sonra ondan alınmışdır. Müdafiə etdiyi şəxsin saxlanılma vaxtının müəyyən edilməsi, cinayət işi materialları ilə müəyyən edilən saxlanılma və tutulma vaxtları ilə müdafiə etdiyi şəxsin bildirdiyi saxlanılma və tutulma vaxtları arasında olan ziddiyyətlərin aradan qaldırılmas ı üçün Məhkum istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin xx.xx.2023-cü il tarixdə saat 18:30-20:30 vaxt aralığında hansı antenlərin əhatə dairəsində işləmələri barədə məlumatlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməli idi. Kassator hesab edir ki, cinayət işinin materiallarında istintaq orqanı tərəfindən əlavə edilmiş sənədlərlə və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Məhkum CM-in 234.1-1-cü maddəsi üzrə təqsirli olması müəyyən edilmir, onun tərəfindən cinayət törədilməsi öz təsdiqini tapmır. Onun üzərində aparılmış şəxsi axtarış və axtarış zamanı cibindən çıxarılmış narkotik vasitənin özünə məxsus olmasını bildirməsi onun təqsirliliyinə dəlalət etmir. Hətta şəxsi axtarış zamanı videogörüntüdə şəxsin davranışlarının və ifadəsinin təzyiq altında olub- olmadığını müəyyən etmək üçün məhkəmə psixoloji ekspertiza təyin etsə, onun psixoloji təzyiq altında olduğu müəyyən ediləcəkdir. Sadəcə olaraq, 15 yaxın vəsatətin rədd olunduğunu görüb hakimin "əlavə vəsatətiniz varmı" sualına mən "onsuz da mənasızdır" deyərək digər vəsatətləri verməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin hədə-qorxu və fiziki zorakılığa məruz qaldığı halda verdiyi ibtidai istintaqdakı ifadəsinə əsaslanmış və həmin ifadə də digər mötəbər sübutlarla təsdiqini tapmamışdır. Halbuki, Bakı İstintaq Təcridxanasından olan daxil olan sorğunun cavabı da bir daha Məhkum fiziki zorakılığa məruz qaldığını təsdiq edir. Yuxarıda sadaladığı hallar bir daha təsdiq edir ki, Məhkum barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı natamam aparılmış, müdafiə tərəfinin şahidlərinin böyük əksəriyyəti dindirilməmiş, heç bir əsas göstərilmədən həqiqət kimi qəbul olunmamışdır, müdafiə tərəfinin vəsatətləri araşdırılmamışdır. Kassator hesab edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarlarda bir çox qüsurlar vardır. Belə ki, cinayət işinin materialları ilə tanış olan zaman aydın olur ki, müdafiə tərəfinin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün təqdim etdiyi vəsatətlər məhkəmə tərəfindən təmin edilməmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və müba hisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində ittiham hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr məhkum edilmiş şəxsin təqsiri barədə nəticəyə gəlməsi üçün cinayət işinin halları tam və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Müdafiəçi hesab edir ki, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsir ləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Sübutlar Azərbaycan Respublikası CPM-in 143-144-cü maddələrinin tələblərinə uyğun məhkəmə iclasında tədqiq edilməli və həmin Məcəllənin 145-ci maddəsinə əsasən onların mötəbərliyinə və mümkümlüyünə qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə iclasında özünü yuxarıda qeyd edilən maddə ilə təqsirli hesab etməsə də, onun törətmiş olduğu cinayət əməli onun cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiə hüquqlarına tam riayət edilmişdir. Həmçinin iş materiallarından görünür ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmələr tərəfindən təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutların mümkünlüyü haqqında gəldiyi nəticələr əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarına əsasən təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübu tlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermə lərini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmələrin hökm və qərarının əsassız olması və məhkumun təqsirinin sübuta yetirilməməsi barədə dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəz anın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza tör ədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərk ən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda himayəsində heç bir yerdə işləməyən anasının və İİİ qrup əlil olan arvadının olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və əməlində cinayətlərin təhlükəli residivinin olması ağırlaşdıran hal qismində müəyyən etmişdir. İşin bu halları nəzərə alınaraq birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə cəzasını 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin hökmlə razılaşmışdır. Azərbaycan Respublikası 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzər ə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum təyin ediləcək cəza həddini müəyyən edərkən CM-in normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmiş, təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almamış, nəticədə ona şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun ailə vəziyyətini nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası həddində daha qısa müddətdə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Q eyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-163/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-163/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver