Məhkəmə qərarları › İş №1(102)-1630/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1630/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1630/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 8 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 12 may 2022-ci il tarixli, 1(101)-1008/2022 nömrəli hökmü ilə, xx xxx 1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixd ən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 13 dekabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səxavət” adlı şəxsdən satış məqsədi ilə təmiz çəkisi 3,921 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 15:45 radələrində onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirl əri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın arasında 1 ədəd bükümdə təmiz çəkisi 3,921 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Qədim Babayev) 28 mart 2022-ci il tarixli, 1(103)-823/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(101)-1008/2022 nömrəli hökmü dəyişdirilmi ş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuşdur. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübut lar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Qeyd edilməlidir ki, cinayət işi üzrə sübut kimi qiymətləndirilməli olan təqsirləndirilən şəxs Məhkum ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədq iq olunan raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda təqsirləndirilən şəxs Məhkum satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmada şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum barəsində satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının olması, həmin məlumatın yoxlanılması ilə əlaqədar sonuncunun tutularaq polis orqanına gətirilməsi və üzərində psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin aşkarlanması həmin əməliyyat məlumatının dəqiqliyini, eləcə də mötəbərliyinin göstəricisidir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı həyata keçirilmiş tədbirin müsbət nəticə verdiyi halda məhkəmə tərəfindən əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş həmin məlumata hansı səbəbdən tənqidi formada yanaşılması anlaşılmaz olmaqla sual doğurur və məhkəmənin işin faktiki hallarına uyğun olmadan qərar qəbul edilməsi kimi nəticəyə gəlməyə əsas yaradır. Bundan əlavə, məhkəmə qərarında qeyd edilmişdir ki, “....baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir”. Məhkəmələr tərəfindən nəzərə alınmalı olan hal ondan ibarət olmalı idi ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitə və psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilir. Cinayətin başa çatması üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışının həyata keçirilməsi tələb edilmir. Bundan başqa, məhkəmələr Məhkum əməlinin tövsifində həmin şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə almamışdır. Belə ki, narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitə və psixotrop maddə nin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə təqsirləndirilən şəxs Məhkum əldə etdiyi psixotrop maddə metamfetaminin çəkisi gündəlik ehtiyacın yuxarı həddindən çox olmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci İt tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki. təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı nəzərə alınmalıdır. Məhkum eyni vaxtda həm narkotik vasitə, həm də psixotrop maddə əldə etməsi, şəxsi istehlak miqdarından və külli miqdardan də fələrlə artıq miqdarda narkotik vasitə və psixotrop maddə cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxıb üzərində gəzdirməsi onun satış məqsədi olmasını şərtsiz təsdiq etsə də, məhkəmə belə mühüm xüsusatların üzərindən keçməklə, yanlış nəticəyə gəlmişlər. Göründüyü kimi, məhkəmənin Məhkum əməlinə verdiyi qeyd edilən psixotrop maddə metamfetaminin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxanda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Eyni zamanda, məhkəmə qərarında həmin işlər üzrə məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövq edən fərqli qənaətə gəlməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan qərarında psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməməsinə dair, yəni ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Odur ki, qeyd edilənlər əldə edilmiş psixotrop maddə metamfetaminin məhz satış niyyəti ilə əldə edilməsini təcəssüm etdirməklə. Məhkum barəsində olan əməliyyat məlumatı ilə birlikdə təhlil edilməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya prote sti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 3,921 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə etmiş, üzərində saxlamış və gəzdirmişdir. Hadisənin məhz qe yd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum məhkəmə istintaqında etiraf etməsə də, onun bu əməli özünün ibtidai istintaq zamanı verdiyi ifadələr ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi Məhkum aşkar olunmuş 3,921 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olu naraq götürülmüş psixotrop maddənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən gö rünür ki, Məhkum aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı da (3,921 qram) həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsi barədə birmənalı nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum psixotrop maddənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keç irilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metafetaminin əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM- in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut o lunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onları n mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apellyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlm işlər. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun psixotrop maddənin qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Kassator Məhkum onda aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi onun tərəfindən eyni vaxtda həm narkotik vasitə, həm də psixotrop maddənin əldə edilməsini göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin bu dəlili iş materialları ilə uzlaşmır. Bel ə ki, Məhkum qarşı irəli sürülmüş ittihamda onun yalnız psixotrop maddəni əldə etməsi və saxlaması göstərilmiş, onun tərəfindən narkotik vasitənin əldə edilməsi və saxlanması faktı müəyyən edilməmiş və bununla əlaqədar ona qarşı ittiham irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar