Məhkəmə qərarları › İş №1(102)-1630/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1630/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1630/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM-in) 234.1 və 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli 1(104)-90/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(100)-125/2023 nömrəli hökmü ilə (hakimlər: D.H.İmanov (sədrlik edən), E.İ.Rüstəmov və R.N.Ələkbərli) Məhkum – Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli 1(104)90/2024 nömrəli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(100)-125/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların ın qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 0,716 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 28 may 2022-ci il tarixdə saat 18:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibind ən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbini qanunsuz əldə edərək, yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə saxlamış, 6 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış zamanı oradan Məhkum məxsus 2 ədəd iç-içə, 2 ədəd iç-içə, 3 ədəd iç-içə, 4 ədəd tək sellofan bükümlərdə, ayrı-ayrılı qda təmiz çəkiləri müvafiq olaraq 4,930 qram, 15,352 qram, 1,819 qram, 0,763 qram, 0,787 qram, 0,780 qram, 0,265 qram, ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 5 ədəd iç-içə, 4 ədəd iç-içə, 4 ədəd iç-içə, 10 ədəd tək sellofan bükümlərdə müvafiq olaraq təmiz çəkiləri 0,374 qram, 0,907 qram, 44,696 qram, 0,238 qram, 0,601 qram, 0,193 qram, 0,195 qram, 0,224 qram, 0,181 qram, 0,137 qram, 0,161 qram, 0,154 qram, 0,196 qram ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd gümüşü kağız bükümlərdə, 2 ədəd iç-içə sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,11 qram, 9,74 qram, ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çət ənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbi və kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum ifadəsində bildirmişdir ki, birinci dəfə tutulan zaman üzərində narkotik vasitə olmuş, lakin sonradan polis işçiləri tərəfindən evinə baxış zamanı aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmamış, polis işçiləri tərəfindən onun evinə qoyulmuşdur. Ona görə də müdafiəçi hesab edir ki, məhkəmələr kifayət qədər araşdırma aparmadan ibtidai istintaqın gəldiyi nəticələrə əsaslanaraq Məhkum CM-in 234.4.3-cü maddəsilə məhkum edilməsi nəticəsinə gəlmişlər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum bildirir ki, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğu l olmasını təsdiq edən heç bir sübut cinayət işinin materiallarında yoxdur. Həm də onun həyətində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona heç bir aidiyyəti yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan s übutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə təqsirləndirilən şəxsin özünün cinayət işinin ibtidai araşdırması dövründə verdiyi qismən etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayətdə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaland ırılır.” Kassasiya şikayətində və əlavədə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası həmin hissədə şərh verməyə zəruri hesab etmir. Kassasiya şikayətində və əlavədə məhkumun əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə x üsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsa slana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərə flərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçiri lməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, məhkəmə istintaqı zamanı keçirilmiş dindirmələr, baxış və götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə e dilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndir ərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qə rəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, qeyd edir ki, Məhkum özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməsə də, özünün verdiyi qismən etirafedici ifadələri, şahidlər Şahid4, Şahid2 Hafis oğlu və X3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/621 nömrəli, xx.xx.2022-ci il tar ixli 16/786 nömrəli və xx.xx.2022-ci il tarixli 6/5224 nömrəli rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1546 nömrəli rəyi, “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollar, “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, habelə iş üzrə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi mar aq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında gö stərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq aşağı instansiya məhkəməsi tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbi t edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin tələbləri təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiy mətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar