Məhkəmə qərarları › İş №1(102)-1631/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1631/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1631/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X10 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azər baycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)795/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum xx xxxx 1975-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum ittiham elan olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma niyyəti ilə 05 aprel 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncudan qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 7,169 qram psixotrop maddə olan külli miqdarda metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 05 aprel 2023-cü il tarixdə saat 19:15-də Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşla rı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Müşviq postunun yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 40cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 7,169 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X11 və X2 qızından ibarət məhkəmə tərkibində) 14 fevral 2024-cü il tarixli, 1(101)-531/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının 05 aprel 2023cü il tarixdən hesablanması, ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin 14 fevral 202 4-cü il tarixli, 1(101)-531/2024 nömrəli hökmünün ləğv edilərək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Hökmdən həmçinin, Müdafiəçi2 apellyasiya şikayəti verərək, Məhkum CM-in 234.1-1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(101)-531/2024 nömrəli hökmünün ləğv edilərək, onun barəsində ittiham olunduğu maddələr üzrə bəraət hökmünün çıxarılmasını, əməliyyat-axtarış tədbirini güya həyata keçirən polis əməkdaşları Şahid1 və Şahid2 qanunsuz davranışının nəzərə alınaraq barələrində xüsusi qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət məhkəmə tərkibində) 19 mart 2024-cü il tarixli, 1(103)795/2024 nömrəli qərarı ilə birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(101)-531/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)-795/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən isə kassasiya şika yəti vermişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr əsassız olaraq Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkəmələrin gəldiyi bu nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkumun üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dəlalət edir. Bundan əlavə məhkəmələr heç bir hüquqi əsas olmadan məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir.

9. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)-795/2024 nömrəli qərarı nın ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Qərardan eyni zamanda Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək, kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan bir sıra sübutlara və çoxsaylı qanunvericilik normalarına istinadlar edərək, məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməklə təqsirli bilinməsi üçün cinayət işi materiallarında heç bir sübutun mövcud olmamasına istinad edərək, qeyd etdiklərinin Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.9-cu maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmasına istinad edərək, həmin əsasla Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)795/2024 nömrəli qərarının ləğv edilməsini və məhkuma təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yən i cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsa slardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi ümumi şəkildə Azərbayca n Respublikası CPM-in 416.1-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Məhkum müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində çıxarılmış ittihamedici hökmün qanuni qüvvədə qalmasını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, onun barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.9-cu maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini v ə Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)795/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Məhkəmə kollegiyası ilkin olaraq dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə bildirir ki, cinayət işinin materiallarına əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma niyyəti ilə 05 aprel 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papa nin» adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncudan qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 7,169 qram psixotrop maddə olan külli miqdarda metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 05 aprel 2023-cü il tarixdə saat 19:15-də Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Müşviq postunun yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 7,169 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

22. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama münasibətdə birinci instansiya məhkəməsi məhkəmə istintaqı keçirməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edib müvafiq araşdırma apararaq müvafiq nəticəyə gəlmiş və apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmışdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. Yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmələr tərəfindən əsassız hesab edilərək, onun hər hansı şəxsə psixotrop maddə satmasının heç bir halla təsdiq edilməmə si qənaətinə gəlinmişdir.

23. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, cinayət işi üzrə mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi qənaətinə gəlinməsi, daha dəqiqi Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3cü maddələrinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.

24. Kollegiya, məhkəmələr tərəfindən AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə mü nasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən ed ilməsini tələb edir.

27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmə lə verilən cinayət hüquqi qiymətdir.

29. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

30. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

31. Qeyd edilən nəticəyə gələrk ən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

32. Kollegiya protestin dəlilləri qismində göstərilən “məhkum barəsində heç bir hüquqi əsas olmadan CM-in 62-ci maddəsini tətbiq edərək yüngül cəza təyin edilməsi” mülahizəsinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından müəyyən edilir ki, məhkəmələr tərəfindən məhkum barəsində cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının o lması və ağırlaşdıran halların müəyyən edilməməsi, həmçinin Məhkum şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir.

33. Qeyd edilən hallardan əlavə, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, məhkəmələr Məhkum beynində olan nadir rast gəlinən hormon çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, uzun müddət ərzində həmin xəstəlikdən Türkiyə və İran İslam Respublikasında müalicə almasını, həmin xəstəlikdən fasiləsiz müalicəyə ehtiyacı olmasını, onun məhkəmədə təqsirli bilindiyi əməl nəticəsində ağır nəticələrin baş verməməsini, özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, daimi iş yerinin olmasını ona təyin ediləcək cəzaya təsir edən hallar kimi nəzərə almışdır.

34. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən d ə az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

35. Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

36. Kollegiya hesab edir ki, məhkəmələr əsaslı və qanuni olaraq məhkum edilmiş şəxsin xəstəliyini, şəxsiyyətini xaraterizə edən və digər halları müstəsna hal kimi nəzərə alaraq, cəza təyini zamanı CM-in 62-ci maddəsini tətbiq edib.

37. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona cəza təyininə dair nəticələri ilə razılaşır və hesab edir k i, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş məhkumun CM-in 234.1-1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamı CM-in 234.1-1-ci maddəsinə tövsif etmiş, həmin nəticədən narazı qalan ittiham və müdafiə tərəfindən verilmiş apellyasiya müraciətləri əsasında işə baxan apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan sübutları əlaqəli şəkildə tədqiq edib sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqinə dair məsələləri hərtərəfli, tam və obyektiv araşdıraraq, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CMin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

39. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, məhkəmələr tərəfindən sübutların araşdırılma sında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, həmçinin birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı verdiyi ifadələri, həmçinin şahid ifadələri, «şəxsi axtarış aparılması və götürmə» haqqında pro tokol, müvafiq ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

40. Adı çəkilən və digər sübutlar apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmənin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

41. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsi, məhkumun əməlinin daha ağır maddə ilə tövsif edilməsi və ya məhkumun cinayət işinə bəraət verilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

43. Odur ki, məhkəmə kollegiyası proses iştirakşılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)795/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəh bər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli, 1(103)-795/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar