Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1631/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(105)-259/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 21 fevral 2024-cü il tarixli 1(124)104/2024 nömrəli hökmü ilə xx xxxxxx 1980-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu, Saatlı şəhəri, M.F.Axundov küçəsi, ev 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 133, mənzil 18-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmə yolu ilə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 25 oktyabr 2022-ci il tarixdə, saat 06:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni, alkoqol sərxoşluğu vəziyyətində BC kateqoriyalı, AE 526002 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Bogdan 211040-87” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 76 km/saat sürətlə Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobillə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə hərəkət et məklə və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Bogdan 211040-87” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə Sumqayıt şəhəri Sülh küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yolun hərəkət hissəsinə daxil olaraq həmin ərazidə yerləşən piyada keçidinin üzəri ilə yolun sağ kənarından əks tərəfi istiqamətdə hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan başın küt travması, sol alın-təpə-gicgah sümüyünün kəllə əsasına keçən açıq çox qəlpə li xətti sınığı, baş beyinə qansızma, sol alın-gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının loskut şəkilli ayrılmış yarası, sağ əlin arxa səthinin iki ədəd, sol diz oynağının ön səthinin 5 ədəd sıyrıqları kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq, yəni hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 23 aprel 2024-cü il tarixli 1(10 5)-259/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(124)-104/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(105)-259/2024 nömrəli qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi işin mahiyyətini araşdırmadan ona ağır cəza təyin etmişlər. Belə ki, məhkum evli olması, himayəsində 3 azyaşlı övladının olması, uşaqlarından birinin yataq xəstəsi olması və onun qəyyumu olan anasının və fat etməsi, bu hadisənin övladının psixi sağlamlığına mənfi təsir etməsi, yoldaşının heç bir yerdə işləməməsi səbəbindən ailənin maddi və sosial vəziyyətinin olduqca pis olması, həmçinin hadisənin sadəcə avtomobil qəzası olmasını nəzərə alaraq, ona təyin olunan cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası öz ağırlığına görə işin hallarına və onun ailə vəziyyətinə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkr et halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən haqlı olaraq Məhkum hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü ma ddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum himayəsində azyaşlı övladının olması və himayəsində “uşaq serabral iflici spastik tetraparez” diaqnozlu yetkinlik yaşına çatmayan övladının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat va sitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi üzrə 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan ə sas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmə yolu ilə Məhkum qəti olaraq 4 il 6 müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, iş üzrə müəyyən edilmiş işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən işin halları araşdırılmadan məhkuma cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, birinci inst ansiya məhkəməsinin hökmündən görünür ki, işin halları və məhkumun elan edilmiş ittiham üzrə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş, sübutlar məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 143-144-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırılmış, sübutların mötəbərliyinə və mümkünlüyünə qiymət verilmişdir. Apellyasiya məhkəməsi məhkumun apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin hökmünün cəza təyini hissəsinə baxaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının və məhkumun təqsirinin müəyyən edilməsini əsaslı və qanuna uyğun hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhk əməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış və məhkuma işin hallarına və Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun gələn ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilm əsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri i lə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(105)-259/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1631/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1631/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver