Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1632/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əsədov Sənan Qulu oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Qəribov, hakimlər Telman Hüseynov və Əli Məmmədovdan ibarət tərkibdə) 06 iyun 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi tikilidə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə, CM-nin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 181.3.2 və 181.3.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin, X11, X4, X2 və X3 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən mə hkum X3 və onun müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, məhkum X4 və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Z.A.Şirinov, hakimlər İ.A.İbrahimli və Z.B.Babayevdən ibarət tərkibdə) 25 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, yaş ayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə oğurlamış və məhv etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 aprel 2019-cu il tarixdə saat 14 radələrində Şahid25 məxsus və sonuncunun tanışı Zərə rçəkmiş şəxs5 müvəqqəti yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, dəniz kənarında yerləşən yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla daxil olub həyətdən götürdüyü metal linglə müdaxilə edərək evin sağ yan tərəfində olan pəncərəsinə vurulmuş dəmir barmaqlığı qoparmaqla yaşayış sahəsi hesab edilən mənzilə daxil olmaqla qonaq otağında qutuda sökülmüş vəziyyətdə saxlanılan sonuncunun tanışı Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 1360 manat dəyərində, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, «15/D09522» nömrəli, «Ata Arms» modelli, daxili çaxmaqlı, atəş üçün yararlı, hamar (yivsiz) təklüləli ov tüfəngini, rəsmi sənədlər olan Zərərçəkmiş şəxs6 məxsus 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsəd ilə gizli yolla talayıb aparmış və hadisə yerindən uzaqlaşdıqdan sonra silahı sənədlər ilə birlikdə satacağı halda tutulacağını hesab etdiyinə görə 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tullayaraq şəxsi niyyətlə məhv etmiş, bu hərəkətləri ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs6 məxsus 1360 manat dəyərində yivsiz lüləli ov tüfəngini və rəsmi sənədlər olan 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsədilə oğurlamış, habelə rəsmi sənədləri şəxsi niyyətlə məhv etmişdir. Bundan başqa o, «Leyla» adı ilə tanıdığı X3nın 1946-cı il təvəllüdlü, sələmə pul verməklə məşğul olan Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyalarından ibarət külli miqda rda əmlakını mənzilə daxil olub qoca olduğuna görə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb quldurluq yolu ilə ələ keçirmək, daha sonra yandırmaqla mənzildəki cinayətin izlərini itirmək və ələ keçirilmiş pul, qiymətli əşyaları aralarında bərabər bölmək barədə təklifini qəbul edib razılaşaraq bu məqsədlə X3 və əvvəllər tanıdığı X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, X5 İbrahimovanın mənzili əyani şəkildə göstərməklə sonuncunun şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq hadisə yerində iz qoymamaq üçün Ziya Da daşov ilə birlikdə rezin aptek əlcəyi əldə edib geyinməklə 17 aprel 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 3 ünvanına gələrək Ziya Dadaşovun həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməsinə köməklik edib plana əsasən eyvanın yaxınlığında işarə gözləməyə başlamış, təxminən qırx dəqiqə ərzində Ziya Dadaşov yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıx mış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat vermədiyinə görə Həmidə Nəsibovanın tapşırığı əsasında onunla birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığ a ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvandan ona qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxdıqdan sonra o, Ziya Dadaşov ilə birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər və hadisə yerində cinayətin izini itirmək üçün Həmidə Nəsibovanın tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlayaraq, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir ol an bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda əmlakı əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə və sonuncunun sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın etməklə quldurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində gəncliyini, ilk məhkumluğunu, subay olmasını, hər iki valideyninin xəstə olmasını, aztəminatlı ailə olaraq hədsiz acınacaqlı şəraitdə yaşamalarını, atas ının 3-cü qrup əlil olmasını, əmisinin 1-ci Qarabağ Müharibəsi şəhidi olmasını, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi S.Q.Əsədov hüquqlarını müdafiə etdiyi məhkumun kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərin in əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya ş ikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2021ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 25 iyun 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmə, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə oğurlama və məhv etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmə və qabaqcadan əlbir olan bir qrup şəxs halın da quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu, törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilir və şikayətdə qeyd olunan yüngülləşdirici hallar nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci madd əsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tut an Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik d ərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, cəzasını ağırlaşdıran hallar (cinayətin tamah məqsədi ilə törədilməsi və cinayətin təqsirkar üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin q ərarı Məhkum aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1632/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1632/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver