Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1633/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum, müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-c u tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından məhkumun Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və X.H.Səmədovdan ibarət tərkibdə ) 10 iyul 2019-cu tarixli hökmü ilə xx.xx.1993-cü ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, İl-qrup əlil, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Şadılı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış Məhkum Azərbayc an Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 30 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, ağırlaşdırılaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 30 avqust 2019-cu il tarixdən hesablanm ış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarından məhkumun Müdafiəçi1 kassasiya şikayəti verərək, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum 05.07.2018-ci il tarixdə saat 15:30 radələrində « Yol hərəkəti haqqında » Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 29-cu maddəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan təxminən 100 km/saat sürətlə idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “VAZ-21011” markalı avtomobillə Yevlax rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Goranboy rayonunun ərazisindən keçən 342-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Suzuki Wagon R+ markalı Gürcüstan Respublikasına məxsus VRV 172 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub qeyd olunan avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Suzuki Wagon R+ markalı avtomobilin salonunda olan sərnişin X6ma döş qəfəsinin və ü z nahiyyəsinin küt travması, sağ İ- V qabırğanın sınıqları; sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğunda qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsində geniş qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, “VAZ-21011” markalı avtomobilin salonunda olan sərnişin X3 alm nahiyyəsinin çapılmış yarası, sağ körpücük və sağ baldır sümüklərinin sınıqlarının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az Ağır, Suzuki Wagon + markalı avtomobilin salonunda olan digər sərnişin Zərərçəkmiş şəxs3 başın, sifətin çoxsaylı çapılmış kəsilmiş yaralarının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 isə sifətin sol yarıs ının və sol dirsək nahiyyəsinin sıyrılmış yaralarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər, habelə Suzuki Wagon R+ markalı VRV 172 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, təyin edilmiş cəza cinayət əməlinin baş vermə şəraitinə, xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun deyil və həddən artıq sərt cəzadır. Məhkum valideyinlərinin onun himayəsində olmasını, ailənin tək qazanc yeri olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsi, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsə vurulan ziyanı aradan qaldırmasına cəhd göstərərək zərərin bir hissəsini, yəni mərhum X2 Hacıqabul rayonunda yas mərasimində iştirak edən valideynləri istintaq orqanı tərəfindən tanınmış zərərçəkmiş şəxsin hüquqi varisinə 1000 manat nağd pul ödəyərək barışıq əldə edilməsinə səy göstərilməsini nəzərə alaraq, Məhkum cəzasının yüngülləşdirilməsini, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiə tərəfi kassasiya şikayətində məhkuma istinad edilmiş ittihamı mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəl i Qərarınında qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməmə si, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə a lınmalıdır. Kollegiya qeyd edir ki, Apellyasiiya Məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin təyin etdiyi cəza işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1633/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1633/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver