Məhkəmə qərarları › İş №1(102)-1633/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1633/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1633/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mürsəlov Rufan Kamil oğlu) Məhkum, xx xxxxxxx 1986-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində dörd azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 4 mart 2020-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3- cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşamış CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 mart 2020-ci il tar ixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddət təşkil edən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, Məhkum qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən isə həmin cəzanı çəkməsi himayəsində olan 1 yanvar 2021-ci il tarixdə doğulmuş azyaşlı uşağının 14 (on dörd) yaşına çatanadək təxirə salınması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin ha lları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, əri X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8 qızı Şahid2 «tibb kollecinə» daxil olmasına köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə X8nın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində sonuncunun 3000 manat pulunu, həmin ərəfələrdə X8 oğlu X21 mühafizə polisinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə X8in yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində X8nın 3000 manat pulunu, Şahid2 «tibb kollecinə» daxil olması məsələsinin həlli ilə bağlı xx.xx.2018-ci il tarixdə yaşadığ ı ünvan 3 ünvanında Şahid2 vasitəsilə X8nın 350 manat pulunu, xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında eyni işə görə X21in vasitəsilə X8nın 350 manat pulunu, Şahid2 qiyabi təhsilə keçirtməsi və işə düzəldəcəyi adı ilə xx.xx.2018-ci il tarixdə X8nın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində X8nın 1500 manat pulunu, xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında eyni işə görə Şahid2 vasitəsilə X8in 300 manat pulunu, X21in mühafizə polisinə işə düzəlməsi ilə bağlı əlavə olaraq xx.xx.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Mərkəzi Poçt”un qarşısında Şahid2 vasitəsilə X8nın 1500 manat pulunu alıb zərərçəkmiş şəxs X8 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə o lunan dələduzluq etmişdir. Bundan başqa o, əri X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri X12 Cəzaçəkmə müəssisəsindən azad etdirəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində X9un yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evində qrupun üzvü olan əri X21 X9nın 2100 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə X9un 1400 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə X9nın 1000 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə X9un 1000 manat pulunu alıb zərərçəkmiş şəxs X9 ümumilikdə 55 00 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Kristal-Abşeron” yaşayış kompleksində ipoteka yolu ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal - Abşeron 1” yaşayış kompleksində yerləşən 8 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan restoranda Zərərçəkmiş şəxs1 5000 manat pulunu, xx.xx.2019-cu il tarixdə həmin ünvanda eyni işə görə Zərərçəkmiş şəxs1 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 7000 manat xeyli miqdarda pulunu etibardan sui-i stifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron 1” yaşayış kompleksində ilkin ödəniş etmədən mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal - Abşeron 1” yaşayış kompleksində yerləşən 8 nömrəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron 1” yaşayış komp leksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq 2 mart 2019-cu il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2nin 4000 manat pulunu, 5 mart 2019-cu il tarixdə eyni ünvanda eyni işə görə Zərərçəkmiş şəxs2 2000 manat pulunu sonuncunun oğlu Şahid4 vasitəsilə qrupun üzvü olan əri X21 alaraq ümumilikdə Zərərçəkmiş şəxs2 6000 manat xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, X16 sonuncunun X5 borc verdiyi 6000 manat pulu X3 hüquqi yardım göstərməklə məhkəmə yolu ilə geri almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə X13ün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-ünvan 5 ünvanında X13 1400 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron 1” yaşayış kompleksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 satıcı işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək TM-nin Elit Zonası, 5-ci sıra, 15 nömrəli mağazasında Zərərçəkmiş şəxs4 1000 manat pulunu, bundan sonra 10 gün ərzində xx.xx.2019-cu il tarixə kimi olan müddət ərzində eyni işə görə hissə-hissə olaraq eyni ünvanda Zərərçəkmiş şəxs4 4000 manat pulunu, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” adlanan parkda eyni işə görə qrupun üzvü olan əri X21 Zərərçəkmiş şəxs4 1000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs4 6000 manat xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı Osmanov Mövlud Ömər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 7 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü isə dəyişdirilmiş, Məhkum 19 mart 2022-ci il tarixdən 7 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılıb onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 27 oktyabr 2022ci il tarixli qərarı ilə kassasiya protesti tə min edilmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı isə ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı M.Ö.Osmanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 29 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin hökmü dəyişdirilmiş, hökmdən Məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, ona hökmlə təyin edi lmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddət təşkil edən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq məhkum olunmuş şəxsə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət ona təyin edilmiş həmin cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəlinin 2 oktyabr 2023cü il tarixdən hesablanması, apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, həmçinin ünvan 7 ünvanında himayəsiz vəziyyətdə yaşayan uşaqlarının - 17 aprel 2007-ci il təvəllüdlü X18, 15 yanvar 2009-cu il təvəllüdlü X20, 31 may 2012-ci il təvəllüdlü X2 və 25 may 2014-cü il təvəllüdlü X4 qanunvericiliyin tələbinə uyğun olaraq qəyyumluğa götürülmələri istiqamətində Gəncə şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən müvafiq tədbirlərin görülməsi qət edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək, ona təyin edilmiş cəzanın alternativ cəza ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından narazı olmasını bildirərək, həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən onun himayəsində dördü azyaşlı olmaqla altı uşağının olmalarını, onların ana qayğısına ehtiyaclarının olmasını, törətdiyi əməllərdən səmimi peşman olmasını bildirməsini, bir ana kimi çox əziyyət çək məsini nəzərə almamış və nəticədə ona ədalətsiz və qeyri-obyektiv cəza təyin olunmuşdur. Odur ki, şikayət müəllifi qeyd olunanları nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, zərər çəkmiş şəxslər X8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rə yini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə zərərçəkmiş şəxslər X8nın, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, X13ün, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cin ayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi ki mi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə ba xır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbi t edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya ha kimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkar lığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin müraciətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun törətdiyinə görə təqsirli bilindiyi əməllərinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Buna görə də, məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair s übutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhk əmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasınd an və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə yat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət t əqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə aktlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə gör ə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədal ətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin tətbiq edilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə y eni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəz anın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına görə, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndi nin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11 -346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və törədilmiş əməlin sübuta yetirilməsi və bu əməlin hüquqi tövsifi hissələrində həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) araşdırılmış sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiy ası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməlləri CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləş dirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı qanuni və obyektiv olaraq təqsirkarın şəxsiyyətini, azyaşlı uşaqların analarından xəbərsiz olmalarını, onların nəzarətsiz qoyulmasını, məhkum edilmiş şəxsin hər iki apellyasiya icraatı zamanı məhkəmədən yayınmasını və buna görə də apellyaaiya instansiyası məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbirinin seçilməsini zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmədiyinə görə sonuncuların ondan şikayətçi olmalarını və məhkum olunmuş şəxsin başqa dələduzluq cinayətlərini törətməsini (hətta işə kassasiya protestinə və təkrarən apellyasiya protestinə baxılması dövründə) və işin digər faktiki hallarını nəzərə alaraq tamamilə qanuni və əsaslı olaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmündən CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi barədə müddəaları xaric etmiş və bu hallara görə onun qəti olaraq təyin olunmuş cəzanı real çəkməli olmasını m əqsədə uyğun hesab etmişdir. Yuxarıda təsbit edilmiş qanunvericiliyinin normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən, habelə dələduzluq cinayətlərinə görə cəza təyin etmə sahəsində formalaşmış məhkəmə təcrübəsindən çıxış edən məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın qanunsuz və ədalətsiz hesab edilməsi üçün əsaslar görmür və belə qənaətə gəlir ki, bu məsələni həll edən apellyasiya instansiyası məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, digər tərəfdən isə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəza nın təyin edilməsinə təsir edən bütün halları (yuxarıda göstərilən) kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o, halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə həmin məsələnin həlli zamanı müvafiq sübutlarla təsdiq olunmuş hər hansı cəzanı yüngülləşdirən halı və ya halları nəzərə almasın, yaxud da əsassız, CM-in 61.2-ci maddəsinin tələblərinə zidd olaraq CM-in 61.1-ci madəsində göstərilməmiş hər hansı halı cəzanı ağırlaşdıran hal kimi nəzər almış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından həmin məhkəmənin belə hallara yol verməsi müəyyən edilmir və kassasiya müraciətinin müəllifi də iş üz rə toplanmış sübutlarla təsdiq olunan, lakin məhkəmənin nəzərə almadığı cəzanı yüngülləşdirən hər hansı hala istinad etməmişdir. Halbuki, prosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət prosesi iştirakçısının, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü tələblərin arxasında onun özünün məhkəməyə təqdim etdiyi sübutlar durmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntunu müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli və onun CM-i n 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar