Məhkəmə qərarları › İş №1(102)-1633/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1633/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1633/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə, yəni Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədli Ənnağı Əbdül oğlu) X8, 1 sentyabr 1997-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 228.1-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə, yəni CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz hesab olunmuş, CPM-in 356.5-ci maddəsinin tələbinə uyğun olaraq isə ona CM- in 228.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X8 qarşı CM-in 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qanunsuz olaraq döyüş sursatı əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. İstintaq orqanının gəl diyi nəticəyə görə, X8 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olan, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan 2 ədəd patronu əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı ünvan 8 ünvanında yerləşən evində qanunsuz olaraq saxlamış, 2024-cü il iyulun 24-də saat 15 radələrində qohumu Neftçala rayonu, Aşağı Xıllı kənd sakini Şahid tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə onun evindən oğurluq edərkən sandıqda saxlanılan anasına məxsus cəmi 2500 manat dəyərində qızıl-zinət əşyalarını, paltar dolabında saxlanılan 340 manat ekvivalentində 200 ABŞ dolları və 150 manat n ağd pul vəsaitini, həmin otaqdakı güzgülü dolabın süyürtməli gözündə saxlanılan cəmi 13 manat 50 qəpik qiymətinə 3 ədəd Kent-4 markalı siqaret qutusunu və həmin 2 ədəd döyüş sursatı hesab edilən avtomat patronunu gizli olaraq talayıb ünvan 2 ünvanında yerləşən “Kür” otelinin anası ilə müvəqqəti yaşadığı otağına gətirib özünə aid geyim əşyalarının arasında gizlətmiş, iyulun 27-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid Salyan şəhəri ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş və həmin tarixdə “Kür” otelinin otağında keçirilmiş baxış zamanı içərisində özünə aid geyim əşyaları olan selofan paketdə gizlətdiyi qızıl-zinət əşyaları, 200 ABŞ dolları, 11 manat və döyüş sursatı hesab edilən həmin 2 ədəd patron aşkar edilərək götürülm üşdür. Birinci instansiya məhkəməsi məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara və CM-in 14.2-ci maddəsinin tələbinə əsaslanaraq X8 əməllərində CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin formal cəhətdən mövcud olmasını nəzərə alıb, lakin bu əməllərin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməllər kimi qiymətləndirməklə onun barəsində yuxarıda göstərilən 19 noyabr 2024-cü il tarixli bəraət hökmü çıxarmışdır. Salyan Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədov Tural Şahin oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının (hakimlər Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) 21 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in 14.2-ci maddəsinə və CPM-in bir sıra maddələrinə, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair i şlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən X8a qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət qanununun mənasına görə, X8 tərəfindən törədilmiş cinayətin bilavasitə obyekti silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir, bu cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermədə, satmada, saxlamada, daşımada və ya gəzdirmədə ifadə olunur, cinayətin predmeti isə göstərilən əşyalardır. Şərh olunan cinayət formal tərkibli olduğu üçün CM-in 228.1-ci maddəsində sadalanan hərəkətlər törədildiyi andan başa çatmış hesab olunur, həmin cinayət əməlləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Buna görə də, CM-in 228.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün hər hansı kriminal nəticələrin baş verməsi tələb edilmir. Lakin, məhkəmələr X8un yuxarıda sadalananların əvəzinə düşmənin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulan 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlarda istifadə olunan patronları əldə etməsini, gəzdirməsini və saxlamasını nəzərə almamış, onun həmin patronları aidiyyəti üzrə təhvil vermək əvəzinə yaşadığı evdə uzun müddət gizlətməklə saxlamasını az əhəmiyyətli əməllər kimi qiymətləndirməkdə haqlı olmamışlar. Məhkəmələrin hazırkı iş üzrə X8un törətdiyi əməllərə münasibətdə CM-in 14.2-ci maddəsinə isitinad etməklə yekun nəticəyə gəlmələri bu qəbildən olan çoxsaylı ittiham hökmlərini də şübhə altına almış olur. Kassasiya protesti müəllifinin fikrincə, bu baxımdan belə əməllər heç bir halda az əhəmiyyətli, ictimai təhlükəliliyi olmayan əməllər kimi qiymətləndirilə bilməz. Əks təqdirdə düzgün olmayan bu haqda təcrübənin formalaşdırılması gələcəkdə də ciddi neqativ nəticələrə səbəb ola bilər və, məhkəmələrin mövqeyinə görə, bundan sonrakı vaxtlarda yalnız odlu silah əldə edib üzərində saxlayan şəxs həmin silah üçün döyüş sursatı əldə edə bilmədikdə də məsuliyyətə cəlb edilə bilməz. Halbuki, qanunverici orqan döyüş sursatını sayından asılı olmayaraq CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlərin mövcudluğunda törədilmiş əməli cinayət kimi təsbit edərkən cinayət tərkibinin yaranması üçün döyüş sursatının minimum hansı sayda olmasını müəyyən etməmiş, məhkəmələr isə X8a qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi barədə nəticəyə gələrkən toplanmış sübutlara düzgün qiymət verməyərək qanunun imperativ tələblərini pozmuş və hətta bir patronun insan həyatı üçün təhlükəli olmasını nəzərə almamış, iş üzrə yekun məhkəmə aktları qəbul edərkən isə araşdırılmış sübutlara deyil, yalnız öz subyektiv mülahizələrinə əsaslanmış və bu aktların əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protesti nə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs X8 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış X8un iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qayd ada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov məhkəmələrin X8a onun əməllərində CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının k assasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işi nin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxl anılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiy yətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqla rının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan, yaxud da əməlində cinayət tərkibinin zəruri əlamətləri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra v ə məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmə k üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, tə qsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ict imai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyə ti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara g örə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci mad dəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada mə hdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsin də əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 33.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair material lara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkün lüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hök mü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəx sin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması ( təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarını n qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanını n məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (C PM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düş ür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X8 əməllərində CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri formal cəhətdən mövcud olsa da, həmin əməlləri az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməllər kimi dəyərləndirmiş, bu əsasla da ona bəraət verilməli olması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları X8 törətdiyi əməllərin ictimai təhlükəli sayılmasına əsas verə bilən əlavə və mötəbər sübutları məhkəmələrə təqdim etməmiş, belə sübutlara kassasiya protestində də istinad olunmamış, bunun əksinə olan həmin protestin dəlilləri isə yalnız e htimallar üzərində qurulmuşdur. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası X8 barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı R.P.Almazov məhkəmələr tərəfindən yekun məhkəmə aktl arı qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin və şahidin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrin, habelə digər süb utları CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarında istinad olunmuş sübutl arın bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi, habelə cinayət qanunu normalarına aşağıdakı şəkildə şərh verməyi zəruri sayır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında X8 özünü ona qarşı CM-in 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2017-ci ildə hərbi xidmətini başa vurub yaşadığı Salyan şəhərinə qayıtdıqdan iki gün sonra bundan əvvəl vəfat etmiş atası X Salyan şəhər qəbiristanlığındakı məzarını ziyarət etmək məqsədilə həmin qəbiristanlığa getmiş və orada olarkən təsadüfən yerdən iki ədəd patron taparaq onları götürüb sonradan özü üçün suvenir düzəltmək məqsədilə yaşadığı evə gətirmiş, lakin sonradan bu patronlardan hər hansı şəkildə istifadə etməmiş və istifadə etmək niyyətində də olmayara q onların mövcudluğu ümumiyyətlə yadından çıxmış, hətta patronları saxladığı yer barədə də unutmuşdur. 24 iyul 2024-cü il tarixdə Neftçala rayonunun Aşağı Xıllı kəndində yaşayan və Salyan şəhərində yerləşən “Terassa” kafesində xidmətçi işləyən dayısı oğlu Şahid onun yaşadığı evə gəlmiş və sonuncu iki gün ərzində onunla birlikdə həmin evdə qalmışdır. 26 iyul 2024-cü il tarixdə o, anası ilə birlikdə evdən sonuncuya məxsus qızıl-ziynət əşyalarının və pulların, habelə ehtiyat üçün saxladığı “Kent” markalı siqaretlərin oğurlandığını aşkar edərək oğurluğun Şahid tərəfindən törədilməsindən şübhələnərək onun işlədiyi yerə gedib onu özü ilə evlərinə aparmış və öz şübhəsi barədə ona bildirərək ondan oğurladığı əşyaları və pulları qaytarmasını təklif etmişdir. Lakin, Şahid bu oğurluğu etməsini qəti şəkildə inkar etdiyindən o, 27 iyul 2024-cü il tarixdə törədilmiş oğurluq cinayəti barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həm ərizəsində, həm də ilkin izahatında oğurluğun Şahid tərəfindən törədilməsi barədə şübhəsinin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində oğurluğun həqiqətən Şahid tərəfindən törədilməsi müəyyən edilərək oğurlanmış əşyalar və pullar sonuncunun anası ilə birlikdə qaldığı “Kür” otelində aşkar edilib götürülmüş və o, yəni X8 yalnız həmin vaxt bilmişdir ki, Şahid qızıl-ziynət əşyaları, pullar və üç qutu “Kent” markalı siqaretlərlə yanaşı, həmçinin evdəki dolabda saxladığı 2 ədəd patronları da oğurlamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq X8 qeyd etmişdir ki, oğurluq barədə Salyan Rayon Pol is Şöbəsinə müraciət edərkən, o, ərizəsində təxminən yeddi il əvvəl tapdığı patronların da oğurlanması barədə məlumat verməmişdir ona görə ki, onların evdə saxlamasını ümumiyyətlə unutmuşdur. İbtidai araşdırmanın ilkin mərhələsində o, patronları evində saxladığına görə hərbi qulluqçulara qarşı güzəştli münasibətin göstəriləcəyini zənn edərək həmin patronları hərbi xidmətdə olarkən taparaq yaşadığı Salyan şəhərinə gətirməsini göstərsə də, əsl həqiqətdə bu patronları qəbiristanlığın ərazisində tapmış, onlardan istifadə etməklə kiməsə hər hansı zərər yetirmək niyyətində olmamış, bunun üçün də heç bir hərəkət etməmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə şahid qismində dindirilmiş, sonradan isə 24 iyul 2024-cü il tarixdə X8 evindən özgə əmlakını oğurlamasına və döyüş sursatın ı talamasına görə CM-in 177.2.3 və 232.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən yetkinik yaşına çatmamış Şahid qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında dindirilərkən X8 qarşı irəli sürülmüş ittihamda özünün törətdiyi oğurluğun xüsusatlarına dair qeyd olunanlara, eləcə də sonuncunun ifadələrinə uyğun ifadələr vermiş və göstərilən yaşayış sahəsindən qızıl-ziynət əşyaları, pul və siqaretlərlə yanaşı, həmçinin 2 ədəd avtomat patronlarını da oğurladığını etiraf edərək göstərmişdir ki, oğurladığı əşyaları və pulları o, anası ilə birlikdə qaldığı “Kür” otelində gizlətmiş, siqaretləri isə istifadə etmişdir. 27 iyul 2024-cü il tarixdə o, polis əməkdaşları tərəfindən ifşa olunduğundan oğurlanmış əşyaları, pulları və patronları anasının iştirakı ilə sonunculara t əqdim etmişdir. Adı çəkilən şahid həmçinin qeyd etmişdir, X8 yaşadığı evdə patron saxlaması barədə onun əvvəlcədən heç bir məlumatı olmamış və həmin patronları evdəki dolabda təsadüfən aşkar edərək oğurlayıb özü ilə aparmış, lakin özü də həmin patronlardan istifadə etməklə kiməsə hər hansı şəkildə zərər yetirmək məqsədi izləməmişdir. İş materiallarının təhlili göstərir ki, X8 naməlum vaxtda və naməlum mənbədən iki döyüş sursatı hesab edilən iki ədəd 7,62 mm kalibrli patronları qanunsuz olaraq əldə etməsi, gəzdirməsi və 24 iyul 2024-cü il tarixədək yaşadı evdə saxlaması, yəni CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv cəhətlərini təşkil edən hərəkətlər etməsi, sonradan isə həmin patronların Şahid tərəfindən talanması bəraət almış şəxs X8 və Şahid ifadələri ilə yanaşı, h əmçinin iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış digər sübutlarla da götürmə və baxış aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokolla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 29 iyul 2024-cü il tarixli 24/1293 saylı ekspert rəyi ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə də tam təsdiq olunur. Bunu işə baxan məhkəmələr də inkar etməmiş, lakin X8 törətdiyi əməllərin ictimai təhlükəli olmasını, yəni onun döyüş sursatını əldə edib gəzdirməklə və uzun müddət yaşadığı evdə saxlamaqla onlardan istifadə edərək hər hansı şəxsə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmək məqsədi izləməsini, belə məqsədə nail olmaq üçün hər hansı hərəkət etməsini, habelə onun törətdiyi əməllərin təhlükə yaratmasını, yaxud da bu əməllərin törədilməsi nəticəsində hansısa ictimai təhlükəli nəticənin baş verməsini təsdiq edən sübutlar istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən əldə olunmamış və araşdırılmamış, nəticə etibarı ilə isə X8un qeyd olunan əməllərinin ictimai təhlükəli olması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Halbuki, CM-in 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 14.2-ci maddəsinin tələblərinə görə isə, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət qanununun bu və CM-in Ümumi hissəsinin digər normalarının tələblərindən və mənasından belə nəticə hasil olur ki, şəxsin törətdiyi qanunsuz əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi və sonradan cəzalandırılması üçün toplanmış və araşdırılmış sübutlarla aşağıdakıların müəyyən edilməsi tələb olunur: 1) əməl qanuna zidd olaraq törədilməlidir; 2) CM-in Xüsusi hissəsinin tələblərinə əsasən əməl cinayət hesab edilməli və belə əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır; 3) əməldə cinayətin bütün tərkib əlamətləri (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) mövcud olmalıdır; 4) ən əsası isə - əməl ictimai təhlükəli olmalı, yaxud da onun törədilməsi nəticəsində ictimai təhlükəli nəticələr baş verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı qanuna zidd olaraq törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, belə əməlin qanunla mühafizə edilən ictimai münasibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır. İctimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır. İctimai təhlükəliliyin dərəcəsi yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, b əzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən olunur və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. CM-in 14.2-ci maddəsində ictimai təhlükəlilik əlaməti mövcud olmadığına görə cinayət sayılmayan az əhəmiyyətli əməli xarakterizə edən 2 meyar müəyyən edilmişdir: birincisi - CM-in Xüsusi hissəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olması; ikincisi - ictimai təhlükəlilik əlaməti mövcud olmadığı üçün belə əməlin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirə bilməməsi və ya zərər yetirmək təhlükəsi yarada bilməməsi. Əməlin az əhəmiyyətli sayılmasını isə onun törədilməsini əks etdirən əlamətlər şərtləndirə bilər (cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və s.). T örədilmiş əməldə az əhəmiyyətlilik əlaməti aşkar edildikdə, cinayət işi başlanmır, başlanmış cinayət işinə isə əməldə cinayət tərkibinin olmaması əsası ilə ya xitam verilir, ya da işə məhkəmə baxışı nəticəsində bəraət hökmü çıxarılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, əməlin ictimai təhlükəli olması onun qanunla qorunan sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərə zərər vurmaq və ya real zərər vurmaq təhlükəsi yarada bilməsi xüsusiyyəti ilə ifadə olunur. Şəxsin şüur və iradəsinin nəzarəti altında törədilən əməl o vaxt ictimai təhlükəli əməl hesab edilir ki, həmin əməl əhalinin əksər hissəsi, bütövlükdə cəmiyyət və ya müəyyən kateqoriyadan olan vətəndaşlar üçün əhəmiyyətli dərəcədə təhlükə törətmiş olsun. Başqa sözlə, şəxsin törətdiyi əməlin ictimai təhlükəli əməllər sırasına aid edilməsi üçün əsas kimi çıxış edən göstərici - həmin əməldə sosial əhəmiyyətli dəyərlərə, maraq və sərvətlərə real zərər vurma imkanının mövcudluğudur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəliliyi bir sıra başqa hallardan da, məsələn, onun törədildiyi şəraitdən, təqsirin formasından, əməlin motivi və məqsədindən asılı olur. İctimai təhlükəliliyin müəyyən edilməsində əsas yeri qəsdin obyekti və meydana çıxan zərərli nəticələr tutsa da, bununla belə bir qrup əməllər zərərli nəticənin baş verməsindən asılı olmayaraq hərəkət və ya hərəkətsizlik törədildiyi andan ictimai təhlükəli olur. Məhkəmə kollegiyası hazırkı işin faktiki hallarını qanunvericiliyin yuxarıda göstərilən tələbləri və mənası ilə və öz hüquqi mövqeyinə əsasən verdiyi şərhlə müqayisəli şəkildə birgə təhlil e dərək belə qənaətə gəlir ki, X8 ona qarşı irəli sürülmüş ittihamda göstərilən hərəkətləri etsə də və onun bu hərəkətlərində CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə o, şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və zərər yetirmək təhlükəsi yaratmadığından onun əməlləri CM-in 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan az əhəmiyyətli əməllər kimi qiymətləndirilməli və bu baxımdan cinayət hesab edilməməlidir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin X8 döyüş sursatının qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törədərkən onun məqsədini və motivini (faktiki olaraq əldə etdiyi patronlardan istifadə etməklə hər hansı zərərli nəticələrin baş verməsini arzulamamasını), əldə etdiy i və istifadəyə yararlı patronların miqdarını, onların təsadüfən əldə edilməsi yerini və uzun müddət ərzində istifadəsiz saxlanılmasını və işin digər faktiki hallarını nəzərə alır Odur ki, məhkəmə kollegiyası cinayət işinin müəyyən edilmiş faktiki hallarından çıxış edərək kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilən və ictimai-faydalı əməklə məşğul olan, təsadüfən tapdığı 2 ədəd patronu əldə edib gəzdirərək və yaşadığı evində uzun müddət ərzində saxlayan, bununla bağlı cinayətkar məqsədi müəyyən edilməyən, öz əməlləri ilə şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan X8ıun təsvir edilən əməllərinin cinayət hesab olu nmasının və onun məhkum edilməsinin cinayət qanunun normalarına və prinsiplərinə zidd olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə tam razılaşır və hesab edir ki, Salyan Rayon Məhkəməsi X8a əməlində cinayət tərkibinin olmaması əsası ilə, yəni CPM-in 42.1.2-ci maddəsinə əsasən qanuni və əsaslı bəraət hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etmişdir (hər iki yekun məhkəmə aktı məhkəmələr tərəfindən araşdırılmış sübutlara və qanunun tələblərinə istinad edilməklə kifayət qədər əsslandırılmışdır). Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv ed ilməsi üçün heç bir əsas görmür və eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə kassasiya kollegiyasının da razılaşdığı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə işin halları və qanunvericiliyin tələbləri ilə yanaşı, həmçinin analoji işlər üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə də tam uyğundur. Bununla bağlı məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi tövsiyə edilmişd ir. Bu tövsiyə ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilmiş, o cümlədən Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1708-VQD nömrəli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adı altında aşağıdakı redaksiyada 79-1-ci maddə əlavə edilmişdir: “Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təc rübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Monitorinqin nəticələri haki mlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.” Məhz ölkə başçısının tövsiyələrinə və qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq son dövrlərdə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş yeni Qərarlarla hüququn tətbiqi ilə bağlı bir çox məsələlərə yeni izahlar və tövsiyələr verilmiş, habelə konkret işlər üzrə qanunun eyni cür tətbiqinə, yəni vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş qərarlar qəbul olunmuşdur. Bu təcrübənin öyrənilməsi və təhlili nəticəsində müəyyən edilmişdir ki, X8 barəsindəki cinayət işinin hallarına uyğun olan eyni hallar üzrə də birinci və apellyasiya instansiyası məhkəmələri CM-in 14.2-ci maddəsinin tələblərinə əsaslanaraq döyüş sursatı hesab edilən bir və ya iki ədəd avtomat patronlarını əldə edərək gəzdirmiş və saxlamış şəxslərin haqqında sonuncuların əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət hökmləri çıxarmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarları ilə belə hökmlərdən (hökmlərin qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarlarından) verilmiş kassasiya protestləri təmin edilməmiş və həmin hökmlər və qərarlar dəyişdirilmədən saxlanılmışdır (məsələn, 2 ədəd 5,45 mm kalibrli paronları əldə edib saxlamış X7 və 1 ədəd 7,62 mm kalibrli patronu əldə edərək saxlamış X3, hər birisinə CM-in 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq olaraq 21 iyun 2023-cü il tarixli 1-1(102)-25/2023 nömrəli və 27 fevral 2024-cü il tar ixli, 1(102)-482/2024 nömrəli qərarları). X8 barəsində cinayət işinə kassasiya qaydasında baxan və kassasiya instansiyası məhkəməsinin əvvəllər baxılmış işlər üzrə hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası bu iş üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşmaqla yanaşı, eyni xarakterli işlər üzrə artıq formalaşdırılmış vahid məhkəmə təcrübəsinin hər hansı şəkildə dəyişdirilməsi üçün əsaslar görmür və mübahisələndirilən 21 yanvar 2025-ci il tarixli qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsasla ra görə kassasiya protesti təmin edilməməli və X8 əməllərində CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 2.1.2-ci maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar