Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1634/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 iştirakları ilə, B akı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum və X4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: M.A.Məmmədov) Məhkum - xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Bizim Əkinçi” İctimai Publistik Məqalələr qəzetinin təsisçisi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmü ilə aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarına məhkum edilmiş, lakin ödənilməmiş, ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum hazırki hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tari xli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 15 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. X7 - 14 fevral 1988-ci il tarixdə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 31 yanvar 2020-ci il tarixdən hesablanması hök m edilmişdir. İşin halları: Məhkum və X7 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 4000 manat müqabilində oğlu Şahid3 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 22 may 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Nargilə N -1” çay evinin qarşısında Zərərçəkmiş şəxs10 2500 manat, 23 may 2019-cu il tarixdə Şahid3 qolunda olan çapıqla bağlı həkim komissiyasından keçməsi adı ilə aldadaraq ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin 52 saylı poçt şöbəsinə qarşısında Şahid3 1500 manat alaraq, ümumilikdə 4000 manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs10 aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onun oğlu Şahid4 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövl ət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 24 may 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən “Park Kafe” restoranında Zərərçəkmiş şəxs10 vasitəsi ilə 8000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs3 aldadaraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 23 may 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Bakı metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə 3000 manat, 26 may 2019- cu il tarixdə Nizami rayonu, H.Əliyev prospekti 182 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında Zərərçəkmiş şəxs5 5000 manat olmaqla ümumilikdə sonuncunun 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir q rup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə 10000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 26 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesində Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 10000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmi ş şəxs1 etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 28 may 2019-cu il tarixdə ünvan 6 ünvanının qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 6000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə 8000 manat müqabilində onun oğlu X2 A zərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 29 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən “Məhsul” kafesinin qarşısında Zərərçəkmiş şəxs10 vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 8000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etməklə 9000 manat müqabilində onu Azərbaycan Respublik ası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 29 may 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" MMC-nin 3 saylı filialının 2 nömrəli poçt şöbəsində 3000 manat, 03 iyun 2019-cu il tarixdə ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin 1 saylı “Mərkəzi poçt” şöbəsinində Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7 vasitəsi ilə 5000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 8000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçi rmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 30 may 2019-cu il tarixdə ünvan 11 ünvanında yerləşən FHN-nin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının inzibati binasının qarşısında 4500 manatı və həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şosesi 3-cü km ünvanında yerləşən ünvan 13pleksinin inzibati binasının qarşısında 1500 manatı Zərərçəkmiş şəxs10 vasitəsi ilə, 11 iyun 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən “Şah” hamamının qarşısında 600 ma nat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə 5000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 03 iyun 2019-cu il tarixdə ünvan 15 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında 2500 manat, 06 iyun 2019-cu il tarixdə ünvan10 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında 2500 manat, 14 iyun 2019-cu il taridə ünvan 18 ünvanında yerləşən Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında 700 manat olmaqla Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 5700 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhərində yerləşən xəstəxanaların birində həkim-nevropatoloq işinə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs9 şəxsi əlaqələrinin geniş olması və bundan istifadə edərək onu 16000 manat müqabilind ə qeyd edilən işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb 06 sentyabr 2019-cu il tarixdə ünvan 19 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Klinik Tibbi Mərkəzinin inzibati binasının qarşısında 16000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkumlar və Zərərçəkmiş şəxs10 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 12 mart 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs10 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməmiş, məhkumların apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 6 (altı) aya endirilərək Məhkum hazırkı hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri və 4500 (dörd min beş yüz) manat cərimə cəzalarının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən, 04 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qismən birləşdirməklə, 4500 (dörd min beş yüz) manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 4500 (dörd min beş yüz) manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqd an məhrum etmə cəzasının müddətinin 03 (üç) il 03 (üç) aya endirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs10 tərəfindən kassasiya şikayəti və Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini onunla əsaslandırmışdır ki, yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxslərə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxslərin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelliyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Buna baxmayaraq hökmdən göründüyü kimi məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən yuxarıda qeyd olunan hallan nəzərə almamış və Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi ilə müəyyən edilən ədalət prinsipini pozmuşdur. Məhkəmə kollegiyasının Məhkum və X7a CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə aşağı həddə azadlıqdan məhrum etm ə cəzası təyin etməsi CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun olmayaraq sosial ədalətin bərpası, məhkumların islah edilməsi və onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etmir. Bununla yanaşı, apellyasiya məhkəmə kollegiyası Məhkum və X7a aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. İş üzrə təqsirləndirilən şəxslər Məhkum və X7un törətdikləri cinayətlər onların şəxsiyyətlərinin cəmiyyət üçün təhlükəli olduğunu açıq surətdə göstərir. Lakin, apellyasiya məhkəməsi Məhkum və X7a həmin cəzaları təyin edərkən göstərilən halları, həmçinin CM-nin 58.3-cü maddəsində göstərilən halları, yəni onların şəxsiyyətini, əməllərinin ictimai təhlükəliliyinin xarakterini, cinayətlərin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan onlara aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına formal yanaşmış və qərarın təsviri-əsaslandırıcı hissəsində belə cəzaların hansı səbəbdən təyin edilməsini kifayət qədər əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, Məhkum 10 epizod üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 72.300 manat maddi ziyan vurmuş, X7 isə 9 erizod üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 64.300 manat maddi ziyan vurmaqla dələduzluq cinayətləri törətdikləri, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə vurduqları ziyanları ödəmədikləri, onlarla barışıq əldə etmədikləri halda məhkəmə kollegiyası onlara təyin edilmiş cəzanı azalt mışdır. Yəni, məhkəmə kollegiyası Məhkum və X7a aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, törədilmiş cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanların ödənilməməsi xüsusatına əhəmiyyət verməmişdir. Bundan başqa, cinayət işinin 1-ci cild 196-200-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 172-179-cu vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 4-cü cild 95-102-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzalarına məhkum edilmişdir. Cinayət işinin 4-cü cild 124-cü vərəqəsində olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 24 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum hazırki müddətə kimi islah işləri cəzasından çəkməmiş və 4500 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməmişdir. Cinayət işinin 2-ci cild 272-274-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 senytabr 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X7 Ağstafa Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 fevral 2010-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin 03 fevral 2010-cü il tarixli qərarı ilə çəkilməmiş qalan cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 04 avqust 2011-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2011-ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 31 may 2011-ci il tarixli Qanuna əsasən cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 4-cü cild 120-123-cü vərəqələrində olan Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən X7un əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Yuxarıda sadalanan hökmlərin surətlərindən göründüyü kimi, Məhkum əvvəllər üç dəfə dələduzluq cinayəti törətdiyinə görə məhkum edilmiş, cinayət qanunvericiliyinə əsasən məhkumluğu yaranmasa da, ona təyin edilmiş yüngül cəzalardan heç bir nəticə çı xarmayaraq dələduzluğu özünə peşə seçmiş, dördüncü dəfə də dələduzluq cinayəti törətmişdir. X4 əməlində isə cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal olmasına baxmayaraq məhkəmə kollegiyası ona təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını əsassız olaraq 3 il 3 aya endirmişdir. Yuxarıdakı hökümlərin surətlərindən göründüyü kimi Məhkum və X7un şəxsiyyətləri cəmiyyət üçün təhlükəli olmaqla onların əməllərinin ictimai təhlükəliliyini bir daha təsdiq edir. Məhkəmə kollegiyasının isə bu cür cəmiyyət üçün təhlükəli olan şəxslərin cəzasını azaltması tam əsassız olmaqla qanunun qeyd olunan norma və prinsiplərinə ziddir. Məhkəmə kollegiyası hazırki iş üzrə dələduzluq cinayətlərinə görə yüngül cəza təyin edərkən, işin hallarını nəzərə almamış, təqsirləndirilən şəx slərin törətdikləri cinayət əməllərinin obyektini insanların toxunulmaz konstitusion hüquqlarının ən vacib elemenlərindən olan mülkiyyət hüququ təşkil etməsinə əhəmiyyət verməmişdir. İşin hallarından görünür ki, Məhkum və X7 törətdikləri dələduzluq cinayətləri nəticəsində vurduqları ziyanı zərərçəkmiş şəxslərə ödəməmişlər, onlarla barışıq əldə etməmişlər, həmçinin vurduqları zərəri başqa yolla aradan qaldırmamışlar. Həmçinin, apelyasiya məhkəmə kollegiyası CM-nin 58.3-cü maddəsinin tələblərini pozaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini nəzərə almayaraq təyin etdiyi cəza yüngüllüyünə görə ədalətsiz olduğundan cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkum və X7 zərərçəkmiş şəxslərə ümumil ikdə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri üçün onlara Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəza təyin edilməli idi. Lakin məhkəmə kollegiyası həmin maddənin tələblərini nəzərə almadan işin faktiki halları və təqsirləndirilən şəxslərin şəxsiyyətləri ilə uyğun olmayan yüngül cəza təyin etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum və X4 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmi ş şəxs10 kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə cəza təyin edərkən sosial ədalətlilik prinsipini pozmuşdur. Çünki, təqsirləndirilən şəxslərə təyin edilmiş cəza onların islah olunması üçün kifayət qədər deyildir. Onların hərəkətləri nəticəsində nə qədər ailə maddi imkandan məhrum olunmuş, onsuz da çətinliklə dolanan bu ailələr maddi itki nəticəsində daha dərin böhrana düşmüşlər. Bununla da cəza təyin edərkən məhkəmə sosial ədalət prinsipini pozmuşdur. Cinayət işinin materiallarından məlum olduğu kimi, təqsirləndirilən Məhkum əvvəllər də dələduzluq cinayətləri törətmiş və bu əməllərə görə məhkum olunmuşdur. Cinayət əməli törətmiş şəxslərin bundan əvvəlki məhkumluqları zamanı məhkəmələr humanizm prinsipindən yanaşaraq qanunun onlara imkan verdiyi həddə təqsirləndirilənlərə xüsusə n də Məhkum yüngül cəza təyin etmişlər. Bundan nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə də yeni cinayət əməlləri törətmişdir. Göründüyü kimi, Məhkum ona təyin edilmiş cəzadan nəticə çıxarmamış, əksinə qanunun "yumşaq üzü”ndən bəhrələnmişdir. Bu xüsusat onun göstəricisidir ki, Məhkum nə əvvəl, nə də indi islah olunma yolunu seçməmişdir. Onun niyyəti özünə yeni qurbanlar seçməklə onlara maddi zərər vurmaqla qanunsuz əməllərindən faydalanmaq olmuşdur. Belə şəxslərə qanunun sərt üzünü göstərərək daha ciddi cəza təyin edilməlidir ki, o bundan ciddi nəticə çıxara bilsin və islah olunsun. Qeyd edilənlərdən məlum olduğu kimi, yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməz. Bütün məhkəmə iclaslarında xüsusən təqsirləndirilən Məhkum hakimlər qarşısında zərərçəkmiş şəxslərə yalan vədlər verərək növ bəti iclasa kimi zərərin bir qismini ödəyəcəyinə söz vermiş, lakin həmişə olduğu kimi vədlərinə əməl etməmişdir. Lakin, məhkəmə kollegiyası bunlara baxmayaraq heç bir qanuni əsas olmadan təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı yüngülləşdirmişdir (cinayətlərin residivi olduğu halda). Himayəsində azyaşlı uşaqlarının olması və müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmaqla təqsirləndirilənə aşağı həddə cəza təyin edilməsi ədalətli olmazdı. Ona görə ki, təqsirləndirilən şəxslərin əməlləri nəticəsində zərər çəkmiş şəxslər var. Cinayət əməlləri nəticəsində onların zərəri tək özlərinə deyil ailələrinə və ailə şəraitinə də təsir edir. Qanun da məhz bu baxımdan yanaşaraq cəzanın məqsədlərindən biri kimi sosial ədalətin bərpasını nəzərdə tutmuşdur. Hazırda sözü gedən cinayət işində təqsirləndirilən şəxslərə təyin edilmiş cəza sosial ədalətin bərpasına xidmət etmir. Hazırda çoxsaylı zərərçəkmişlər təqsirləndirilənlərin əməllərinin onlara və ailə büdcələrəinə vurulmuş zərərin əziyyətini çəkirlər. Belə ədalətsizlik olmaz. Buna başqa ad qoymaq olmaz. Həmçinin, təyin edilmiş cəza törədilmiş cinayətləri ictimai təhliikəliliyinə və xarakterinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə də uyğun gəlmir. Beləliklə, hesab edirəm ki, apellyasiya instansiya məhkəməsinin qərarı cəzanın yüngüllüyünə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkum verdiyi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında barəsində olan cinayət işinə baxılarkən törətdiyi əməli tam etiraf e tməsini, ailənin yeganə qazanc gətirənin olmasını, uzun müddət Daxili İşlər orqanlarında işlədiyini, jurnalist kimi fəaliyyət göstərdiyini, “Bizim Əkinci” qəaetinin təsisçisi olmasını, ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, 5 uşaq atası olmasını, 2 uşağa görə aliment ödədiyini nəzərə alaraq barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini və ya barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayəti təmin edilsə də bu qədər yüngülləşdirici halların olmasına baxmayaraq nəinki CM-nin 62-ci maddəsi tətbiq edilmiş, hətta təqsirli bilindiyi CM-178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı cəza belə təyin edilməmişdir. Həmçini n iş üzrə onun zəzərçəkmişlərə dəymiş ziyanın 1 il ərzində ödənilməsinə dair öhdəlik götürməsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021- ci il tarixli qərarını ləğv edərək CM-nin 178.2-ci maddəsi ilə minimum həddə cəza verilməsini və ya alternativ cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərininin dəlillərini müzakirə edib, Məhkum kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, təmin olunmaması barədə isə zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxslərin, təmin olunmaması barədə dövlət ittihamçısı və Məhkum, kassasiya protestinin təmin olunm ası barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin, təmin olunmaması barədə isə məhkumun çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instan siyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, törətdiyi əməli tam etiraf etməsini, ailənin yeganə qazanc gətirənin olmasını, uzun müddət Daxili İşlər orqanlarında işlədiyini, jurnalist kimi fəaliyyət göstərdiyini, “Bizim Əkinci” qəzetinin təsisçisi olmasını, ağır şəkərli diab et xəstəliyindən əziyyət çəkdiyini, 5 uşaq atası olmasını, 2 uşağa görə aliment ödədiyini nəzərə alaraq barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini və ya barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayəti təmin edilsə də bu qədər yüngülləşdirici halların olmasına baxmayaraq nəinki CM-nin 62-ci maddəsi tətbiq edilmiş, hətta təqsirli bilindiyi CM-178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı cəza belə təyin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində göstərdiyi hallardan heç biri onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini azaldan hallar deyil və həmin halların nəyə görə cəzanı y üngülləşdirən hallar kimi qəbul edilməli olması kassasiya şikayətində əsaslandırılmamışdır. Eləcə də məhkumun zəzərçəkmişlərə dəymiş ziyanın 1 il ərzində ödənilməsinə dair öhdəlik götürməsi də zərərçəkmiş şəxslərlə razılaşdırılmış hal deyil və onun bu öhdəliyi icra edəcəyinə əsas verən heç bir konkret sübuta istinad edilməmişdir. Məhkumun əvvəllər də dəfələrlə eyni xarakterli cinayətlərə görə məhkum edilməsi, bu cinayətlərə görə təyin edilmiş cərimə cəzasını icra etməməsi, 10 epizod üzrə törədilmiş dələduzluq cinayətlərinə görə zərərçəkmiş şəxslərə vurulmuş zərərin hər hansı məbləğdə ödənilməməsi onun həmin öhdəlikləri yerinə yetirməyəcəyinə dəlalət edən hallardır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət işinin materiallarından Məhkum cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Ona görə də məhkumun ba rəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilməsi, eləcə də təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilib təmin edilməməlidir. Kassasiya protestində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxslərə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxslərin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelliyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum himayəsində 5 azyaşlı uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə X4 törətmiş olduğu əməli qismən etiraf etməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni yüngülləşdirən hal kimi qiymətləndirmiş və məhkumun əməlində cinayətlərin residivinin olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən narazı qalmasının əsas səbəbi hazırkı işdə zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs10 məsuliyyətə cəlb edilməməsi olmuşdur. İttiham aktından da göründüyü kimi epizodların əksəriyyətində dələduzluq nət icəsində əldə edilmiş pul vəsaitləri Zərərçəkmiş şəxs10 vasitəsi ilə ələ keçirilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin əksəriyyətinin ifadələrindən də görünür ki, həmin şəxslər Məhkum məhz Zərərçəkmiş şəxs10 vasitəsi ilə tanımışlar. İş materiallarından da görünür ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində üç epizod üzrə zərərçəkmiş şəxslərin “işinin həll edilməsi” ilə əlaqədar olaraq 1000, 1000 və 500 manat olmaqla Məhkum pul aldığını, lakin həmin pulların şirinlik kimi verilməsini bildirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi qüvvədə olan 24.02.2020-ci il tarixli qərar ilə Zərərçəkmiş şəxs10, Şahid1 və Şahid9 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kolleg iyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli və məhkumlara təyin edilmiş cəzalar yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 65.5-ci maddəsinə əsasən məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Apellyasiya instansiyası məhkəməsi öz qərarında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs10 hərəkətlərində Məhkum ilə dələduzluq cinayəti törədilməsində iştirak etməsi əlamətlərinin olmasını qeyd etmiş və onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair müstəntiqin qərarını n olduğunu göstərmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası həmin halla bağlı xüsusi qərar qəbul etməmiş və bu halı Məhkum hökmdən narazılığı kimi qiymətləndirərək, onun narazılığını aradan qaldırmaq üçün cəzasını yüngülləşdirməyi qərara almışdır. Beləliklə məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qanunla müəyyən edilmiş qaydalara əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki cəzanın təyin edilməsinin ümumi əsasları Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində, cəzanın məqsədləri isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir. Cəzanın təyin edilməsi, onun yüngülləşdirilməsi və ya ağırlaşdırılması bu qanunlar əsasında təmin edilməlidir. Apellyasiya məhkəmə kollegiyası öz qərarında həmin qan unlara istinad etsə də onların göstərişlərinə əməl etməmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirməyə əsas verən konkret mötəbər sübutlara istinad etmədən, məhkumlara təyin edilmiş cəzaların cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmaması nəticəsinə gəlmişdir. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində təcbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndində izah edilmişd ir ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Ümimyyətlə qanunun mənasına görə cəzanı yüngülləşdirən hallar cinayətin və cinayət törətməkdə təqsirli bilinən şəxsin ictimai təhlükəliliyinə müsbət təsir edən, onu azaldan hallar olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum dair göstərilən hal isə qanunda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallara aid olmamaqla yanaşı, təyin edilmiş cəzanı yüngülləşdirməyə əsas verən başqa hallara da aid olması hər hansı sübutla əsaslandırılmamışdır. Bundan b aşqa X4 əməlində cəzasını ağırlaşdıran hal, residivin olması, eləcə də Məhkum əməlində residiv olmasa da əvvəllər eyni xarakterli cinayət əməllərinə görə dəfələrlə məhkum olması cəzanı yüngülləşdirərkən nəzərə alınmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qəbul edilmiş qərar əsaslı hesab edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən Məhkum kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilərək, qərar ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilsin. Məhkum və X4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1634/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1634/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver