Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1634/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7 Zərərçəkmiş şəxs – nümayəndə Müdafiəçi2 iştirakları ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-98/2023 saylı, 10 oktyabr 2023cü il tarixli (sədrlik edənhakim Xalidə Əlisoy) hökmü ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortA təhsilli, evli, 02 (iki) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsi ndə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)- 514/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələr ilə təqsirli bilinərək azadlıqdan məhumetmə cəzasəna məhkum olunmaqla həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanan, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müəssisəsində cəza çəkən Müalicə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 4 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 04 (dörd) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməsi, Məhkum cəzaçəkmə müddətinin başlanğıcığının xx.xx.2022-ci il tarixdən hesablanması, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması nəzərə alınması, iş üzrə mülki iddianın qismən təmin edilməsi, maddi ziyana görə 28.000 (iyirmi səkkiz min) manat məbləğin pulun tə qsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-214/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-98/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-214/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zə rərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz veriməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun övladı Şahid1 və qohumu Şahid2 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 14 may 2021-ci il tarixdə Milli Qvardiya alayı nın ünvan 1 ünvanında yerləşən hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan Milli Qvardiya alayında tağım komandirinin müavini vəzifəsində işləyən tanışı Şahid3 vasitəsilə 20000 (iyirmi min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun tanışı X5 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu su vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2021-ci ilin iyun ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə Kamandar Hüseynovun ünvan 2 ünvanında yerləşən Nərimanov filialındakı ödəmə terminalı vasitəsilə "xxxx" ASC-də onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu, eyni üsulla 2021-ci ilin iyun ayının sonlarında istintaqa konkret məlum olmayan tarixlərdə həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsilə köçürdüyü 3000 (üç min) manat və 1000 (bir min) manat pulu, 12 dekabr 2021-ci il tarixdə isə Kamandar Hüseynovun həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsilə onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu "xxxx" ASC-nin ünv an 4 ünvanında yerləşən Sumqayıt şəhər filialının inzibati binasındakı qeyd olunan banka məxsus bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 5243 7544 1045 1403 nömrəli bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndə şikayətində göstərir ki, həm birinci, həm də ikinci instansiya məhkəmələrində məhkəmə baxışı iclaslarında mən, yəni Zərərçəkmiş şəxs öz ifadələrim və vəsatətlərimdə dəfələrlə bildirmişəm ki, 1(005)-98/2023 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs: Məhkum cinayət əməlini tək yox, Şahid3 ilə birlikdə törətmişlər. Hansı səbələrdənsə birinci cinayət məsuliyyətinə cəlb olunsa da, sonuncu heç bir əsas olmadan, cinayət məsuliyyətindən tamamilə kənarda qalmışdır. Məndən işi düzəltmək adı altında pulu şəxsən Şahid3 almışdır. Mən-Zərərçəkmiş şəxs bu halın maddi sübutu kimi istintaqa qeyd olunan halları sübut edən müvafiq videoçəkilişi də müstəntiqə təqdim etmişdir. Lakin həmin disk istintaqda hansı səbəblərdənsə yoxa çıxmışdır. Sonradan həmin diskin əlavə nüsxəsini məhkəməyə eyni məzmunlu vəsatətimə əlavə edərək təqdim etmişəm və məhkəmə iclasında həmin diskə baxılaraq, Şahid3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunması üçün tam əsasların olması müəyyən olunmuşdur. Həmin diskə baxış zamanı açıq-aşkar eşidildi ki, Şahid3 şəxsən özü mənə deyir ki, “məsələni həll” edəcəkdir, mənə bildirir ki, narahat olma hər yaxşı olar. Bu şəbəbdən də, cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrindən əlavə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə də yeni ittiham verilməsi, Şahid3 isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunması zərurəti yarandığından, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(005)-98/2023 saylı cinayət işinə mənim zərərçəkmiş kimi vəsatətim əsasında məhkəmə tərəfindən irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa əlavə ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin i btidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılaraq, 1(005)-98/2023 saylı cinayət işinin Bakı şəhəri Nərimanov rayon Prokuroruna qaytarılması vacibdir. Lakin məhkəmə mənim zərərçəkmiş və mülki iddiaçı kimi pozulmuş hüquqlarımı bərpa edə biləcək vəsatətlərimi nəzərə almadı. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-214/2024 saylı 01 fevral 2024-cü i! tarixli qərarında mənim vəsatətimin təmin olunmamasının əsası kimi onu qeyd edir ki, “...məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi qənaətini əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası Şahid3 cinayət məsuliyyətinə cəlb edilməsi və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmasını kimi şikayətlərdə olan dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən göründüyü kimi Şahid3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş və onun təqsirləndirilən şəxs qismində statusuna xitam verilmişdir. Adı keçən qərar məhkum edilmiş şəxs tərəfindən müvafiq qaydada mübahisələndirilməmişdir. Halbuki, onun məhkəmə nəzarəti qaydasında şikayət etmək hüququ var idi." Deməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası özünün düzgün qərar qəbul etməməsinin səbəbini Şahid3 əməlində Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilərkən həmin qərarın məhkum edilmiş şəxs tərəfindən müvafiq qaydada mübahisələndirilməməsində görmüşdür. Ancaq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nəzərə almamışdır ki, Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Aksiomadır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 121.2ci maddəsinə əsasən, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-214/2024 saylı 01 fevral 2024-cü il tarixli qərarı ləğv edilməsini, cinayət işin in Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına yeni baxışa qaytarılmasını, Məhkum başqa daha ağır ittihamın irəli sürülməsini və X2 isə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon Prokuroruna qaytarılması barədə əsaslandırılmış yekun məhkəmə qərarının çıxarılması barədə öhdəliyin qoyulması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinc i və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq e dilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 şikayətdə Şahid3 əməlində cinayət tərkibi olduğunu iddia edərək onun cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə e tibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istis na edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərək ətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində: “178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə--- bu hallarda məsuliyyət nəzərdə tutulmuşdur. 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azə rbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və dü zgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Şahid3 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməməsi və məsuliyyətdən kənar qalması iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan və foto şəkilıərdən görünür ki, "xxxx" ASC-nin ünvan 4 ünvanənda yerləşən Sumqayıt şəhər filialına gəldik. Məhkum "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən filialını göstərib Zərərçəkmiş şəxs tanışı X5 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsiz lik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə işə düzəltməsi üçün 2021-ci ilin iyun ayının ortalarında Nərimanov rayonundan ödəmə terminalı vasitəsilə "xxxx" ASC-də onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu, eyni üsulla 2021-ci il iyun ayının sonlarında köçürdüyü 3000 (üç min) manat pulu, habelə 2021-ci ilin iyun ayının sonlarında növbəti dəfə bu məqsədlə onun adma olan həmin debet hesaba köçürdüyü 1000 (bir min) manat pulu, 12 dekabr 2021-ci il tarixdə isə X3 rayonundan ödəmə terminalı vasitəsilə sonuncu dəfə onun adma olan həmin debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu məhz həmin filialda yerləşən qeyd olunan banka məxsus bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 5243 7544 1045 1403 nömrəli bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla əldə etdiyini bildirdi. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli qərarın 5-ci hissəsindən aydın olur ki, Şahid3 əməlində cinayət tərkibinin olması müəyyən edilməsiyindən barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlak ı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzl uğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiym ətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi qənaətini əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası Şahid3 cinayət məsuliyyətinə cəlb edilməsi və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərlik etmiş prokurora qaytarılmasını kimi şikayətlərdə olan dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən göründüyü kimi Şahid3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tər kib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş və onun təqsirləndirilən şəxs qismində statusuna xitam verilmişdir. Adı keçən qərar məhkum edilmiş şəxs tərəfindən müvafiq qaydada mübahisələndirilməmişdir. Halbuki, onun məhkəmə nəzarəti qaydasında şikayət etmək hüququ var idi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “ B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). H ər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsas ən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cin ayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfi ndən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-214/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1634/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1634/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver