Məhkəmə qərarları › İş №1(102)-1634/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1634/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1634/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 aprel tarixli, 1(106)-344/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, 1(057)-4/2025 nömrəli hökmü ilə (X3), xx xxxxxxx 1994-cü il tarixdə Neftçala rayonu, Abasallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, A.Həsənov küçəsi, ev 63, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında qaldığı 5 mart 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək olan 10 ay 10 gün müddətin bir həbs günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 15 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən), X7 və X8 ibarət tərkibdə, 2025-ci il 2 aprel tarixli, 1(106)-344/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birincin instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 5 mart 2024-cü il tarixdə saat 17 radələrində aralarında on beş il yaş fərqi olduğunu bilə-bilə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmamış, xx xxxxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi ev 63, mənzil 8-ə aparıb orada Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN Çİ XİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya və birinci instansiya məhkəmələri təqsirləndirilən şəxs barəsində yüngülləşdirici hallarla bağlı heç bir halı nəzərə almamışlar. Elə bil bu iş üzrə heç bir yüngülləşdirici hal yoxdur və zərərçəkmiş şəxsdə şikayətçidir kimi məhkuma yanaşma olmuşdur. məhkumun 10 ay ev dustaqlığında qalmasını qəbul etmək istəməyən məhkəmələr məhkuma qarşı sərt cəza verməklə 10 ay ev dustaqlığında qalmasını bir növ cəzalandırmışlar. Bundan başqa, Məhkum əməlində ağırlaşdırıcı hal müəyyən edilməmiş, evin yeganə gəlir gətirən hesab edildiyi və CM-in 152.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsi, tutduğu əməldən səmimi peşmançılıq keçirməsi və 16 yaşına çatmayan şəxs olduğunu bilərəkdən olan hissəsi müəyyən edilmədən (istintaq isə bu hissədə aydınlaşdırılmasının maraqlı olmaması), məhkumluluğun olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Hər iki instansiya məhkəməsi demək olar ki maksimum cəza həddini seçmiş və yuxarı həddə cəza təyin etmişlər. Bu maddənin görünüş xatirinə olmasını hər iki məhkəmə sübuta yetirmiş və verilmiş apellyasiya şikayətini formal hesab etmişdir. Müdafiəçi daha sonra qeyd etmişdir ki, Məhkum zərərçəkmişin 16 yaşdan aşağı olmasını bilməsini sübuta yetirən heç bir hal yoxdur. Cinayətin subyektiv cəhətdən təqsirin birbaşa qəsd forması ilə xarakterizə olunamasına dair heç bir sübut və əsas yoxdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-344/2025 saylı xx.xx.2025-ci il tarixli qəra rının ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələbl ərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçi kassasiya şikayətində həm məhkumun təqsirliliyini, həm də ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məq səd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində v ə cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin mate riallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da gö rünür ki, məhkum barəsində olan cinayət işinə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində, sanksiyanın orta həddinə yaxın ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci madd əsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2.4.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, 1(057)-4/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 2 aprel tarixli, 1(106)-344/2025 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar