Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1635/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli, 1(103)419/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Ş.Bədəlbəyli küçəsi ev 57 mənzil 3-də qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu İkinci Mədən 74-cü korpusda yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 32.4,312.2-ci maddələri ilə 19 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş X3 məsuliyyətdən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsində köməklik göstərilməsi üçün həmin tarixdə ona müraciət etmiş sonuncunun arvadı X4 və əmisi Şahid3 ilə 20 avqust 2021-ci ildə saat 14 radələrində, həmin Baş idarənin ünvan 1 ünvanında olan inzibati binasının yaxınlığında görüşüb sonunculara özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək, Emil Hacıyevin əməlinin yüngülləşdirilməsi ilə bağlı köməklik edə biləcəyini yalandan bildirib yaranmış inam və etibardan sui-istifadə edərək cinayətkar niyyətini realizə edib cinayət işinin istintaqını aparan Baş İdarənin İstintaq idarəsinin müstəntiqi ilə qeyd edilən kömək istiqamətində danışıb razılaşdığı, vəzifəli şəxs o lan müstəntiqə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Emil Hacıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun əməlində təsdiqini tapan Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin ittihamdan əsassız olaraq xaric edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 manatı rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib Billur Hacıyeva və Şahid3la razılaşmaqla sövdələşmiş və həmin niyyətlə 20 avqust 2021-ci ildə saat 18 radələrində, Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində Billur Hacıyevaya məxsus 1.000 manatı şəxsən Şahid3 almaqla, özünün şəxsi ehtiyaclarına sərf edib pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xid məti vəzifəsinin (səlahiyyətləri) icrası ilə əlaqədar Emil Hacıyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Billur Hacıyeva və Şahid3 təhrik etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(101)-1764/2021 nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.1-ci maddəsi ilə 1(dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasın təyin edilmiş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən Məhkum tərəfindən ap ellyasiya şikayəti verərək, hökmü dəyişdirməklə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə xitam verilməsini və barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli, 1(103)419/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(101)-1764/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli, 1(103)-419/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
7. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslə barışdığını, himayəsində 2 azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, birinci Qarabağ döyüşlərinin iştirakçısı olmasını nəzərə almaqla, cinayət məsuliyyətindən azad edilməsi və işin icrasına xitam verilməsini xahiş edir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Məhkum təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin müddəalarını nəzərə almaqla, həmin Məcəllənin 178.1 və 32.4, 312.2-ci maddələri ilə məhkum edi lməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
11. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli, 1(103)419/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda çıxarılır.
13. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, barəsində Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsinə dair apellyasiya şikayətinə apellyasiya instansiya məhkəməsində baxılarkən, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasına dair hər hansı sənəd məhkəmələrə təqdim edilməmiş, bu isə o deməkdir ki, həmin dövrdə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsinə əsas verən hallardan heç biri mövcud olmamışdır.
14. Azərbaycan Respublikası CPM-nin 419.11-ci maddəsinin tələbinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetir ilmiş hesab edə bilməz.
15. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən tələbindən göründüyü kimi, qanunverici kassasiya məhkəməsinə yeni faktlar araşdırma səlahiyyətini verməmiş, bu instansiyada məhkəmə baxışının həddi məhduddur. Kassasiya instansiyası məhkəməsi yalnız aşağı instansiya məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Bu o deməkdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini təsdiqləyən ərizə məhkum tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim edilmədən və bununla məhkəmələrə həmin fakta münasibət bildirməyə imkan yaratmadan verildikdən, kassasiya instansiya məhkəməsi həmin ərizə üzrə hər hansı formada hərəkət edə və yaxud bu hala qiymət ver ə bilməz.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki kassasiya şikayətində qaldırılan iddia nəzərə alınmadıqda, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi bütün digər məsələlərə münasibətdə ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
17. Kassasiya məhkəmə kollegiyası qe yd edir ki, CM-in 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir.
19. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyəyönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesa b olunur.
20. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.
21. Psevd ovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş zi yanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.
22. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci və 32.4,312.2-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxsə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, AR CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətmə kdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.
24. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərç əkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.
25. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvətverməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.
26. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdaadı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.
27. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir.
28. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəflivə obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, oğlunun törətdiy i əməldə CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır.
30. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-in 32.5, 312.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsinə aid müddəalar ittihamdan və hökmdən, 66.3-cü maddəsinə aid müddəalar hökmdən xaric edilməlidir.
31. Məhkum 13 sentyabr 2021-ci il tarixdən həbsdə olduğundan cəzasını şəkmiş hesab edilməlidir.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.1 0.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 03 fevral 2022-ci il tarixli, 1(103)-419/2022 nömrəli qərarı Azərbaycan Respublikası CM-in 32.5, 312.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsinə aid müddəalar ittihamdan və hökmdən, 66.3-cü maddəsinə aid müddəalar hökmdən xaric edilsin. Onun üzərində qəti olaraq AR CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və cəzasını şəkmiş hesab edilsin. Məhkum dərhal məhkəmə zalından azad edilsin. Məhkum kassasiya şikayəti qismən təmin edilsin.