Məhkəmə qərarları › İş №1(102)-1636/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1636/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1636/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1968-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1ndə qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əhmədov Telman Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakim Toğrul Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin aprel ayının ortalarında, yaşadığı ünvan 1ndəki evinin həyətində qanunsuz olaraq əkilib- becərilməsi qadağan olunmuş xeyli miqdarda 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, 20 iyun 2020-ci il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, çətənə bitkilərindən əldə etdiyi şə xsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 11,94 qram olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq həyətində şüşə bankaya yığaraq saxlamış, həmin hündürlükləri 40 sm-dən 170 sm-dək ümumi təmiz çəkisi-4 kiloqram 960 qram olan 11 (on bir) ədəd çətənə (kannabis) bitkiləri və 11,94 qram olan qurudulmuş marixuana 21 iyun 2020-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saat 09:15-dən 10:10-dək olan müddətdə aqronom iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisə doğurmasa da, məhkəmənin Məhkum CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-nin 237.1-ci maddəsi ilə əhatə olunması əsası ilə ümumi ittihamdan çıxarılmasına dair gəlinən nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə məhkuma təyin olunmuş cəzanın məhkumun şəxsiyyətinə və törətdiyi cinayətin ağırlığına uyğun olmadığından əsassızdır. Dövlət ittihamçısı hesab edir ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) əlamətlərlə CM-nin 237.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) əlamətlə arasında uyğunluq yoxdur. Belə olan halda CM-nin 237.1-ci maddəsinin CM-nin 234.1-ci maddəsini əhatə etməsi mümkün deyildir. Ona görə də Məhkum xeyli miqdarda, yəni 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək yetişdirməsi cinayəti və onun həmin bitkilərdən kustar üsulla hazırlayıb əldə etdiyi və saxladığı 11,94 qram çəkidə qurudulmuş marixuanaya görə törətdiyi cinayət ayrı-ayrı əməllərdir və müstəq il hüquqi qiymətini almalıdır. Dövlət ittihamçısı həmçinin hesab edir ki, Məhkum təyin edilən cəza onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və ağırlığına uyğun deyil və yüngüldür. Ona görə də apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-nin 237.1-ci maddəsi ilə əhatə olunması əsası ilə ümumi ittihamdan çıxarılmasına dair gəlinən nəticənin işin faktiki hallarına uyğun gəlməməsi, habelə məhkuma təyin olunmuş cəzanın yüngüllüyü mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublik ası CM-nin 237.1-ci maddəsində “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə istinad etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda k onkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldil miş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. İş materiallarından görünür ki, birinci və apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum 2020-ci ilin aprel ayının ortalarında, yaşadığı ünvan 1ndəki evinin həyətində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, 20 iyun 2020-cı il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, çətənə bitkilərin dən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 11,94 qram olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq həyətində şüşə bankaya yığaraq saxlamışdır ki, bununla da o bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi əlamətlər nəzərdə tutulmuş, CM-in 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama kimi əlamətlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cu il tarixli qərarında göstərilən “CM-in 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir” fikri CM-in 234-cü maddəsində nəzərdə tutulan “əldə etmə”, “daşıma” və ya “saxlama” anlayışını istisna etmir. Həmin qərar CM-in 237.1-ci maddəsinin müstəqil elementi olan “toplama" sözünü istehsal v ə ya təsərrüfat prosesi kimi deyil, hüquqi mənada izah etmişdir. Yəni, həmin Qərarda əkib-yetişdirilmədə iştirak etməyən şəxsin çətənə kollarını və ya onun hissələrini toplaması belə həmin şəxsin CM-in 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması müəyyən edilmişdir. Bundan başqa cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin kultivasıya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)da əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə Məhkum törətdiyi cinayət əməli qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik tərkibli maddə olan çətə nə toxumunu özü əkib- yetişdirdiyi andan başa çatmış, bundan başqa, o, həmçinin, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş yəni, çətənə bitkilərindən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla təmiz çəkisi 11,94 qram olan qurudulmuş marixuananı qanunsuz olaraq qəsdən hazırlamış və satış məqsədi olmadan həyətində şüşə bankaya yığaraq saxlamışdır. Aşağı instansiya məhkəmələri həmçinin nəzərə almamışlar ki, CM-in 237-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə cinayətin predmeti tərkibində narkotik maddələr olan bitkilər və ya həmin bitkilərin hissələridir, CM-in 234-cü maddəsində nəzərdə tutulan cinayət əməli üzrə cinayətin predmeti isə narkotik vasitələr və ya psixotrop m addələrdir. Hazırki iş üzrə məhkəmə-bioloji ekspertizasının 21 iyun 2020-cı ıl tarixli rəyindən də göründüyü kimi, iki fərqli cinayətin predmetləri də fərqlidir. CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin hazırki iş üzrə predmeti ekspert rəyinə əsasən 11 ədəd, ümumi təmiz çəkisi - 4 kiloqram 960 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. CM-in 234-cü maddəsində nəzərdə tutulan cinayətin hazırki iş üzrə predmeti isə ekspert rəyinə əsasən, təmiz çəkisi 11,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert rəyindən də görünür ki, narkotik tərkibli bitki və narkotik vasitə hər biri ayrı-ayrı anlayışlardır. Beləliklə, məhkəmələrin gəldiyi nəticəyə görə hazırki iş üzrə narkotik vasitə olan təmiz çəkisi 11,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana CM-in 234-cü maddəsində nəzərdə tutulan əməl üzrə cinayətin predmeti olduğu halda, CM-nın 237-ci maddəsində nəzərdə tutulan əməl üzrə cinayətin predmeti olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-nin 237.1-ci maddəsi ilə əhatə olunduğu qənaətinə gələrək, CM-nin 234.1-ci maddəsinin təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan çıxarılması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamış, törədilmiş əməlin qiymətləndirilməsi zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmi şdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1. 2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan əlavə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə edilən qərarının ləğv edilməsi məqsədəmüvafiq hesab edildiyindən və iş ləğv edilib yeni apellyasiya baxışına qaytarıldığından məhkəmə k ollegiyası kassasiya protestini cəzaya aid hissədə müzakirə edilməsini ehtiyac bilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araş dırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar