Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1636/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Yusifli Seymur Mübariz oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 9 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Yusifli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1979-cu il tarixdə Samux rayonunun Alıncalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaş lı, bir yetkinlik yaşına çatmyan uşaqları olan, ali təhsilli, əvvələr məhkum olunmamış, Samux rayonunun Kolayır kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 178.2.3, 29,178.2.3 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.3, 29,178.2.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən isə əsas cəzaları qismən toplamaq yolu ilə və əlavə cəza əsas cəzaya tam birləşdirilməklə qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məşkum edilmiş, CM-nin 70.1 və 70.3-cü maddələrinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, ona təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddətinin hökm qanuni qüvvəyə mindiyi andan hesablanması, Məhkum üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək və zifələrinin qoyulması, davranışı üzərində nəzarətin Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə bilə-bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, Gəncə Dövlət Universitetinin rektorunun 05 yanvar 2015-ci il tarixli 1/03 nömrəli əmri ilə Gəncə Dövlət Universi tetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsinə təyin edilməklə 05 yanvar 2015-ci il tarixdən 13 yanvar 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Şahid3 vasitəsi ilə tanıdığı Şahid1 qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi ilə bağlı 2019-cu ilin iyul ayında özünə müraciəti ilə əlaqədar, Şahid1ya Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini olmaqla Bakı şəhərində təhsil sahəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid1nı qeyd edil ən universitetin baytarliq fakültəsinə tələbə qismində qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1nın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, 2019-cu ilin iyul ayından həmin ilin oktyabr ayınadək olan müddətdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında sonuncu ilə istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə görüşüb universitetə tələb olunan şəxsiyyət vəsiqəsinin surəti, abituriyent ərizəsinin əslini, şəxsi kabinetin pin kodunu və şifrəsini almaqla, habelə Şah id1nın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən “whatsup” proqram vasitəsi ilə əlaqə saxlayaraq, “Çünki mən iki-üç iş görmüşəm təmiz olub, əgər hər şey yaxşı olsa bizə qalır ancaq əmrləşmək, perevod üçün Ukraynadadılar 6 günə burda olacaq, ama demək olarki hazırdı” məzmunlu sms-lər göndərib özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 22 iyul 2019-cu il tarixdə Gəncə şəhəri Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında həmin adla ondan 1.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etm ə və aldatma yolu ilə Şahid1 məxsus 1.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, sonuncu işinin düzəlmədiyini, uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 2000 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 3.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hö kmdən dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilə (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə) 19 yanvar 2022-ci il tarixli qərarı apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 02 iyun 2021-ci il tarixli qərarı ilə kas sasiya protesti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı M.R.Rəhimov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüsseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 01 aprel 2022ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum CM-nin 178.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Yusifli kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-nin 29, 178.2.3-cü maddələrinin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının isə şərti olaraq tətbiq edilməsi və ya ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi S.M.Yusifli kassasiya şikayətini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı əsassızdır, əməlin tövsifi və cəza hissəsində dəyişdirilməli, məhkumun müdafiə hüquqları pozulmaqla yekun qərar qəbul olunduğundan həmin qərar ləğv olunmalıdır. Belə ki, şikayət müəllifi bildirmişdir ki, ibtidai istintaq orqanı Məhkum əməlini CM-nin 178.2.3, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif etməmiş, ona elan olunmuş ittihamda onun öz qulluq mövqeyindən istifadə edərək 3000 manat pulu vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsini göstərmiş, eyni zamanda 1000 manat pulu ələ keçirməsini dələduzluq əməli kimi, 2000 m anat pulu isə öz iradəsindən asılı olmayan səbəblərə görə dələduzluq etməyə cəhd etmə kimi qiymətləndirmiş, lakin onun törətdyi əməlin həm CMnin 178.2.3, həm də CM-nin 29,178.2.3-cü maddələri ilə tövsif edilməsi cinayət qanunu normalarının tələblərinə uyğun deyil ona görə ki, bir əməlin cinayətlərin məcmusu qaydasında tövsif edilməsi yolverilməzdir. Həmçinin Apellyasiya Məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsinin xaric olunmasında əsaslandırdığı halları da düzgün qiymətləndirilməmiş və şərti məhkumetmənin ləğv olunmasına dair göstərdiyi əsaslar da mötəbər hesab edilə bilməz. Belə ki, Məhkum yalnız CM-nin 178.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə ittiham elan edilmiş və Məhkum da ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmişdir. Dövlət ittihamçısı Məhkum cinayətin üs tünün açılmasında heç bir köməklik göstərmədiyinə görə ona tətbiq olunmuş şərti cəzanın ləğv edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə də dövlət ittihamçısının həmin əsassız xahişini nəzərə almışdır.Bundan başqa Məhkum cəzasını yüngülləşdirən hallar cinayət işinin materiallarında müvafiq sənədlərlə CPM-nin 139.0.5-ci maddəsinə əsasən təsdiq edildiyindən, birinci instansiya məhkəməsi də həmin halları haqlı olaraq sübut olunan faktlar kimi qəbul etmiş və bu halları (himayəsində 2 azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını, evin yeganə qazanc gətirən şəxs olmasını, özünün keçirmiş olduğu kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, epileptik tutmalar ilə hipertoniya xəstəliyindən əz iyyət çəkməsini, arvadı Xəyalə İsmayılovanın fibramloması xəstəliyindən əziyyət çəkməsini, özünün yaşayış yerindən müsbət xarakterizə olunmasını) cəza təyin edərkən nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi isə hökmdən şərti məhkum etməni xaric edərkən əsaslandığı digər hallar, yəni cinayət əməlinin törədilməsi üsülu, məhkumun davranışı, məhkumun törətmiş olduğu cinayət əməlinə münasibəti, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməlini törətdikdən sonrakı davranışı kimi ifadələri sadalamış, həmin məsələlərin nəyə görə şərti məhkumetmənin xaric olunmasının əsasına qoymasını əsaslandırmamışdır. Məhkum şəxsiyyəti təhlükəli deyildir, o, ali təhsilli müəllimdir və əvvəllər məhkum olunmamışdır, ailə başçısıdır, yaşayış yeri üzrə məüsbət xarakterizə olunur, himayəsində yaşlı və xəstə valideynləri, 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan əlil uşağı və xəstə arvadı vardır, ailənin yegənə qazanc gətirənidir. Onun törətdiyi əməlin nəticələrinin ağır olması deyərkən, həmin halların nədə ifadə olunması müəyyən olunmamışdır. Müdafiəçinin qənaətinə görə, bu hallar nəzərə alınmaqla Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsi və ya ittiham olunduğu CM-nin müvafiq maddələrinin sanksiyalarında nəzərdə tutulmuş olan cərimə cəzasının təyin olunması qanuni, ədalətli və əsaslı olardı. Şərh olunanlara əsaslanaraq müdafiəçi S.M.Yusifli onun kasssiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısının və məhkumun müdafiəçisi S.M.Yusiflinin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatland ırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.M.Yusifli kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cinayət əməlinin düzgün tövsif edilməməsini və ona həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarının ləğv edilməli və yeni qərar qəbul edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qay dasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.M.Yusiflinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkumin məhkum olunmasına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunilyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsi nin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yen i apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsin də müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-e dilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçi Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunve riciliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş in san və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədi lməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi ci nayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəy yən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiy i nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta y etirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyab r 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət müha kiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə b ilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü Məhkum CM-nin müxtəlif maddələri ilə təqsirli bilinməsi ilə razılaşaraq hökmü bu hissədə dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onu n tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin pr edmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məh kəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələdu zluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, ma lların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəx slə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və y a üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul ed ildiyi vaxtdan başa çatmış hesab edilir. Məhkəmələrə həmçinin izah edilmşdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 36-cı bəndində isə məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilərək izah ed ilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tö vsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla, yəni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında cinayət mühakimə icraatının şərtlərinə və prinsiplərinə uyğun olaraq işə baxılması təmin edildiyindən, apellyasiya instansiyası məhkəməsində artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac olmamış və işə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmış, lakin bununla belə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin dəlillərinə cavab verilməsi üçün həmin məhkəmə də bu sübutlara əsaslanmaqla protestin dəlillərinə qanuna müvafiq qaydada cavab vermişdir. Məhkum elan olunmuş ittihamdan CM-nin 29,178.2.3-cü maddəsinin xaric edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən Məhkum öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmə, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əml akını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə əməlini həm CM-nin 178.2.3, həm də CM-nin 29, 178.2.3 -cü maddələri ilə tövsif edərkən cinayət qanunu normalarının tətbiqində səhvə yol vermişlər. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan və bu ittiham üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmdən görünür ki, Məhkum CM-nin 178.2.3cü maddəsi ilə yanaşı həm də CM-nin 29, 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, Gəncə Dövlət Universitetinin rektorunun xx.xx.2015-ci il tarixli 1/03 nömrəli əmri ilə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsinə təyin edilməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldat ma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Şahid3 vasitəsi ilə tanıdığı Şahid1nın Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi ilə bağlı 2019-cu ilin iyul ayında özünə müraciəti ilə əlaqədar, Şahid1ya Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini olmaqla Bakı şəhərində təhsil sahəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid1nı qeyd edilən universitetin baytarliq fakültəsinə tələbə qismində qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1nın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, 2019-cu ilin iyul ayından həmin ilin oktyabr ayınadək olan müddətdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında sonuncu ilə istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə görüşüb universitetə tələb olunan şəxsiyyət vəsiqəsinin surəti, abituriyent ərizəsinin əslini, şəxsi kabinetin pin kodunu və şifrəsini almaqla, habelə Ülviyyə Qəhrəmanovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən “whatsup” proqram vasitəsi ilə əlaqə saxlayaraq, “Çünki mən iki-üç iş görmüşəm təmiz olub, əgər hər şey yaxşı olsa bizə qalır ancaq əmrləşmək, perevod üçün Ukraynadadılar 6 günə burda olacaq, ama demək olarki hazırdı” məzmunlu sms-lər göndərib özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 22 iyul 2019-cu il tarixdə Gəncə şəhəri Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında həmin adla ondan 1.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 1.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası hesab edir, Məhkum bu əməlini həm başa çatmış, həm də başa çatmayan cinayət kimi qiymətl əndirib həmin əməli yuxarıda göstərilən qaydada tövsif edən ibtidai araşdırma orqanı və məhkəmələr cinayət qanunu normalarını düzgün tətbiq etməməklə yanaşı həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izahı da nəzərə almamışlar. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, 2017-ci ildə ali təhsil müəssisəsinə qəbul olmaq üçün imtahanlarda iştirak etmiş, lakin ali təhsil müəssisələrinə daxil ola bilməmişdir. 2019-cu ilin yay aylarında sosil şəbəkələr vasitəsi ilə tanış olduğu müəllim kimi işləyən Şahid3 Azərbaycan Dövlət Aqrar Uni versitetinin “Baytarlıq fakültəsinə” aşağı bal ilə boş qalan yerlərə qəbul qaydaları barədə tanıdığı müəllimlərdən maraqlanmasını xahiş etmişdir. Tural isə bu məsələ haqqında tanışı Gəncə Dövlət Universitetində dekan müavini vəzifəsində işləyən Məhkum maraqlanacağını bildirərək az sonra onunla əlaqə saxlamış, qeyd edilən Universitetə Məhkum vasitəsi ilə 5000 manat müqabilində qəbul olunmağın mümkün olduğunu söyləmişdir. O, anası Şahid2 ilə birlikdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında Şahid3 iştirakı ilə Məhkumla görüşərkən sonuncu onun Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilmsinin mümkün olmasını bildirib bu məsələni tanışları vasitəsi ilə 3000 manata həll edə biləcəyini vəd etmişdir.Onlar həmin görüşdə 1000 manat pulu əvvəldən, qalan 2000 manatı isə Universitetə qəbul edilməsi barədə əmr verildikdən və o, tələbə biletini aldıqdan sonra Məhkum verilməsi barədə razılaşmılar.Məhkum dediyinə görə o, həmin pulu Bakı şəhərində işləyən hansısa vəzifəli şəxslərə verməlidir, lakin həmin şəxslərin adlarını və vəzifələrini ona deməmişdir. O, və anası Məhkumla razılaşıb, Göyçay rayonuna gedərək qızıllarını girov qoyub anasının adına "xxxx"MMC”-dən 1100 manat kreditə pul götürmüşdür. 24 iyul 2019-cu il tarixdə o, 1000 manat pulu anası və Şahid3ın iştirakı ilə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında Məhkum təqdim etmiş, Məhkum ondan şəxsiyyət vəsiqəsinin surətini, abituriyent ərizəsinin əslini, şəxsi kabinetin pin kodunu, şifrəsini götürmüş və yeni tədris ilinə kimi, yənı oktyabr ayına kimi göz ləmək lazım olduğunu demişdir. Lakin, buna baxmayaraq, oktyabr ayına qədər, həmçinin həmin aydan sonrakı müddət ərzində Məhkumla əlaqə saxlasa da, təhsil müəssisəsinə qəbul olunmamışdır. Məhkumla dəfələrlə əlaqə saxlamasına baxmayaraq, işin alınmadığını tam yəqin etdiyindən, 25 oktyabr 2019-cu il tarixdə onunla bir daha əlaqə saxlayaraq, fikirindən döndüyünü bildirib ondan 1000 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Lakin Məhkum yenə də 12 noyabr 2019-cu il tarixdə ona dərslərə gedə biləcəyini bildirmişdir. Bundan başqa o,tanışı Goranboy rayonunda müəllim işləyən Xlə bu məsələ barədə məsləhətləşmiş, sonuncu isə həm telefon vasitəsi ilə, həm də Məhkumla görüşüb məsələ barədə maraqlanmışdır. Məhkum isə Xə onu aldatmadığını, məsələnin həll ediləcəyini bildirmişdir. Sonda al dadıldığını anlayıb Gəncə şəhər Kəpəz rayon polis şöbəsinə ona qarşı edilən dələduzluqla bağlı şikayət etmişdir. Şahid1 ifadələri ilə öz məzmununa görə eynilik təşkil edən ifadələri həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismindən dindirilmiş Şahid2 da vermişdir. Bu ifadələrin digər sübutlarla birgə təhlilindən belə nəticə hasil olur ki, Məhkum özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Şahid3 vasitəsilə Şahid1 Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismidə qəbul edilməsində köməklik göstərməsi məqsədilə sonuncudan 3000 manat məbləğində pul tələb etsə də, yalnız 1000 manat pulu dələduzluq yolu ilə keçirmişdir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin məbləğ istər xeyli, istərsə də külli miqdar miqdar hesab olunmur. Məhkəmə kol legiyasının qənaətinə görə, törədilmiş dələduzluq əməli yalnız həmin cinayəti törətməyə cəhd kimi o, halda qimyətləndirilə bilər ki, təqsirkar zərər çəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını ələ keçirmək niyyəti izləyərək buna müvafiq hərəkətlər etmiş olsun, məsələn yalançı vədlər versin, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmişin xeyli və ya külli miqdarlarda əmlakını deyil, bundan az məbləğlərdə əmlakını ələ keçirmiş olsun. Məsələyə bu mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da yanaşmışdır. Belə ki, həmin Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsi nə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki işin hallarına görə, Məhkum Şahid1dan onun ali təhsil müəssisəsinə qəbul edilməsi haqqında xahişini yerinə yetirilmək adı altında 3000 manat məbləğində, yəni xeyli və ya külli miqdar olmayan məbləğdə pul verməsini istəsə də, sonradan ya lnız 1000 manat məbləğində, yəni yenə də xeyli və küli miqdar hesab edilməyən məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası qanunun təfsirindən və Ali Məhkəmənin Plenumunun izahından çıxış edərək hesab edir ki, bu halda Məhkum öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi bu dələduzluq əməlinin həm başa çatmamış cinayət, yəni xeyli və ya külli miqdarda olmayan ziyan vurmaqla dələduzluğa cəhd etmə, həm də başa çatmış cinayət, yəni yenə də göstərilən miqdarlarda olmayan ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və bir əməlin həm CM-nin 29,178.2.3, həm də CM-nin 178.2.3-cü maddələri ilə tövsif edilməsi əsassızdır, çünki qanunun mənasına görə, bu kimi hallarda əməl yalnız başa çatmış cinayət kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası şərh e dilənlərə əsaslanaraq və Məhkum törətdiyi dələduzluq cinayətinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, belə nəticəyə gəlir ki, həmin kassasiya şkayəti təhlil edilən məsələyə dair hissədə təmin olunmalı və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 29, 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmündən xaric edilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan hallara uyğun olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfin dən onun barəsində tətbiq edilmiş şərti məhkum etmənin əsassız olaraq ləğv edilməsi ilə bağlı müdafiəçi S.M.Yusiflinin kassasiya şikayətinin dəlillərinə və bu dəlillər üzərində qurulmuş tələbə (hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi haqda tələb) cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edə rkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunun bu normalarının mənasına görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmü dəyişdirərək bu haqda müddəaları həmin hökmdən xaric etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona tə yin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi işə təkrarən baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və buna görə həmin məhkəmə düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmü qüvvədə saxlamaqdan imtina etmişdir. Öz nəticəsini isə apellyasiya instansiyası məhkəməsi belə əsaslandırmışdır ki, Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi onun cəza çəkmədən islah olunmasını istisna edir, birinci instansiyası məhkəməsinin əsaslandığı (eynilə kassasiya şikayətində göstərilən) hal lar ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi üçün əsas vermir və hazırda da məhkəmə bunun üçün hər hansı bir halı müəyyən etmir. Bütün qeyd olunanların məcmusuna qiymət verərək apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiqinin həm də cəzanın məqsədlərinin təmin etməməsini qeyd edərək bu haqda müddəaları və bununla bağlı göstərişləri hökmdən xaric etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və onun əsaslandırılması ilə razılaşan məhkəmə kollegiyası da müdafiəçi S.M.Yusiflinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi üçün əsaslar görməyərək həmin şikayətin bu məsələyə dair hissədə təmin edilməməsini mümkün bil ir. Eyni zamanda, məhkəmə kollegiyası cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8,41, 58, 59, 60, 61-ci maddələrinin də tələblərini nəzərə alaraq Məhkum onun təqsirli bilindiyi maddələrlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının cərimə cəzası ilə əvəz edilməsi üçün də əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçi S.M.Yusiflinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 29, 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmündən xaric edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarında dəyişiklik edilərək qərardan və onunla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar xaric edilsin. Apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1636/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1636/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver