Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1636/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və tərcüməçi X10 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X13) 27 yanvar 2023-cü il tarixli hökmü ilə xx.xx.1979-cu ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, orta təhsilli, evli və 2 azyaşlı övladı olan, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-də sürücü işləmiş, məhkumluğu olmayan, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yaşayan Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə) 14 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmi n edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2023- cü il tarixli 1(005)-126/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən CM-in 59.1.11 və 60.1ci maddələrinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülən ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, xx.xx.2022-ci il tarixdə saat 13:50-də texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə "xxxx" firmasına məxsus BB149367 seriyalı nəqliyyat vasitəsini, “AC 082256” nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında 26 nömrəli marşrut xətti ilə idarə edərkən “Daewoo” markalı, “BS090” modelli **TF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi istiqamətinə hərəkətdə olarkən X23 küçəsi 130 saylı ünvanın qarşısına düşən yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli kimi tələblərinə riayət etməyərək, piyada zolağının üzərində idarə etdiyi avtobusun qabaq sağ tərəfi ilə yolun sağ tərəfindən sol tərəfinə piyada keçən X6 ehtiyatsızlıqdan vurmuş, nəticədə X17 Şahbazovun idarə etdiyi avtomobilin qabaq hissəsinə yıxılmışdır. Bundan sonra Məhkum idarə etdiyi avtobusla Rəhilə Zeynalovanın sol ayağının üzərinə çıxaraq ona kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin və qişalarına qansızma, ağciyərlərin cırılması, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, sağ bazunun qapalı, qəlpəli sınıqları, sol budun travmatik amputasiyası, sağ qaşüstü nahiyyənin, sağ və sol almacıq nahiyyəsinin, burun tağının, sağ və sol said nahiyyəsinin, hər iki əlin arxa səthinin, sağ ayaq pəncəsinin çoxsaylı sıyrılmış yaraları, sağ üst göz qapağının əzilmiş-cırılmış yarası, üst və alt göz qapaqlarının qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Məhkum tərəfindən törədilən CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkum törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla a vtomobili idarə etməsi insan ölümünə - ağır nəticəyə səbəb olmuşdur. Məhkəməyədək icraat dövründə və birinci instansiyada məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 israrlı şəkildə hadisəni törətmiş X7 qarşı şikayətçi olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə göstərilən halları cəzasını yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin maraqlarını nəzərə almamışdır. Eyni zamanda apellyasiya məhkəməsində də iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X12 təqsirləndirilən şəxsin həqiqətən onunla barışıq əldə etməyə cəhd etdiyini, onun təklif etdiyi maddi yardımı qəbul et mədiyini, anası öldüyündən onu bağışlaya bilmədiyini qeyd etmişdir. Məhkəmə Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək və maddi cəhətdən köməklik etmək üçün dəfələrlə cəhd etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, cəza təyin edərkən isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamış və təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin etmişlər. Məhkəmə, CM-in 2, 8, 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq ona aşağı həddə əsas və ə lavə cəza təyin etməklə, əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olduğunu nəzərə almamış və faktiki olaraq cəzasızlığa şərait yaratmışdır. İşin hallarından isə görünür ki, idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan piyada zolağının üzərində olan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş Məhkum ittiham olunduğu CM-in 263.2-ci maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, Ali Məhkəmənin Plenumunun qərarının tələblərinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, əsasssız olaraq CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə əsas və əlavə cəza təyin ed ilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protes ti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş he sab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini əsassız sayaraq öz kassasiya tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxla yıb, məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş əsas və əlavə cəzaya dair aşağıdakıları qeyd edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələ r tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəx sə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir). Cinayət işi üzrə müəyyən olunmuş hallardan ki, Məhkum hadisədən sonra zərərçəkmiş şəxsi bilavasitə özü xəstəxanaya aparmamış, zərərçəkmiş Təcili və X9 əməkdaşları tərəfindən xəstəxanaya aparılsa da, sonuncu həmin hadisə nəticəsində aldığı xəsarətlərdən hadisədən təxminən beş saat sonra ölmüş, yəni təqsirləndirilən şəxsin hərəkətləri zərər çəkmiş şəxsin həyat və sağlamlığına dəymiş zərərin azadılmasına, yəni CM-nin 59.1.11-ci maddəsinin tələb etdiyi nəticəyə səbəb olmamışdır. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən həmin halın CM-in 59.1.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda və CM-in 60.1-ci maddəsinə istinad etməkdə haqlı olmadığı barədə qənaəti əsaslıdır. Apellyasiya məhkəməsi həmç inin haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə 5 il cəza təyin etməsi də ziddiyətli olmuşdur. Çünki, CM-in 60.1-ci maddəsinə istinad edildiyi halda təqsirləndirilən şəxsə təyin edilmiş cəza daha ciddi cəza növünün son həddinin dörddə üçündən (hazırkı halda 4 il 6 ay) artıq ola bilməzdi. Bununla belə, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər yardım göstərilməsi (bu zərər çəkmiş şəxsin xəstəxanaya aparılmasında ifadə olunmuşdur) halının diqqətdən kənar saxlanılması da, ədalət və hümanizm prinsipləri baxımından düzgün olmazdı. Bu səbəbdən hesab etmidir ki, həmin hal CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı, həmçinin CM-in 59.1.11-ci maddəsində göstərilən halın müə yyən edilməməsi belə digər yüngülləşdirici halların konteksində hazırkı iş üzrə cəzanın ağırlaşdırılmasına əsas olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir. CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kassasiya protestində Məhkum təyin ed ilmiş cəzanın yüngül olması və buna görə onun cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin isə yeni apellyasya baxışına təyin olunması barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəzanın daha da ağırlaşdırılması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin həddindən ar tıq yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkuma təyin olunmuş cəzanın – 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakılara istinad etməyi zəruri bilir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halları na və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun tör ədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını al maq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, b öyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilə n cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Sözügedən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəl ilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin məzmu nundan göründüyü kimi, bu məsələlərlə bağlı irəli sürülmüş dəlillər subyektiv xarakterli dəlillər olmaqla əsassızdır. Belə olan halda məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır və kassasiya protestinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla təyin edilən əsas və əlavə cəzaların həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqs irkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1636/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1636/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver