Məhkəmə qərarları › İş №1(102)-1636/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1636/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1636/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 04 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbinə Məmmədzadə (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Azad Məcidov) 04 dekabr 2023-cü il tarixli, 1(091)-279/2023 nömrəli hökmü ilə, xx xxxxxxxx 1963-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə m üddətinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 3,323 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əmə kdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 17:40-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3,323 qram çəkidə psixotrop maddə metamfetamini əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 04 aprel 2024-cü il tarixli 1(103)-613/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəmə sinin 16 yanvar 2024-cü il tarixli 1(101)-1067/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində 234.1-1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut qismində yalnız polis əməkdaşları tərəfindən verilmiş izahatlara və müvafiq protokollara istinad edilmişdir. Qeyd edilən sübutlardan əlavə iş materiallarında heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 mart 2023-cü il tarixli protokola istinad edilmiş, lakin barəsində protokol tərtib edilmiş şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə isə buna heç bir hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 245.8-ci maddəsinin tələbinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Göründüyü kimi normanın tələbi qətidir, yəni axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilməli, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməli, əşyalar və sənədlər qablaşdırılmalı, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməlidir. Lakin, iş materiallarından görünür İti, təqsirləndirilən şəxsin üzərindən götürülmüş əşyanın çəkisi müəyyən edilməmiş, bu da həmin əşyanın çəkisini şübhə altına alır. Çünki, ekspertə məhz həmin bükümün təqdim olunub-olunmaması da şübhəlidir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş əşyanın çəkisi müəyyən edilmədiyinə görə, həmin əşyanın çəkisinin az olması barədə şübhələr yaradır, bu da onun əməlinin düzgün tövsif edilməsinə təsir göstərə bilər. Yəni, həmin psixotrop maddənin çəkisi 2 qramdan az ola bilərdi və bu da təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Bütün bunlardan başqa Məhkum ümumiyyətlə özünü təqsirli bilmir və üzərində heç vaxt narkotik vasitə daşımadığını bildirir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kas sasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, istintaq orqanı tərəfindən məhkumun üzərində şəxsi axtarış aparılarkən Azərbaycan Respublikası CPM-in 245.8-ci maddəsinin tələblərinə uyğun aşkar edilmiş psixotrop maddənin miqdarı müəyyən edilməmişdir. Bununla əlaqədar şəxsi axtarış nəticəsində əldə edilmiş sübutun – psixotrop maddənin miqdarı mötəbər sübutlarla təsdiq olunmamışdır. Lakin buna baxmayaraq, məhkəmə Məhkum barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxartmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilli araşdırmış və onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cina yət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci mad dəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Kassasiya şikayətində məhkumun əməlinin tövs ifi, yalnız onda aşkar edilmiş psixotrop maddə olan metafetaminin miqdarı ilə əlaqədar mübahisələndirilir. Belə ki, müdafiəçi hesab edir ki, cinayət işi üzrə məhkumun üzərində aşkar edilərək götürülmüş psixotrop maddə olan metafetaminin külli miqdarda olması mötəbər sübutlarla təsdiq olunmur, istintaq orqanı aşkar edilmiş psixotrop maddənin miqdarının müəyyən edilməsi üçün zəruri tədbir görməmişdir. Ona görə də məhkəmə tərəfindən məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərlə əlaqədar qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il № 8 qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hazırkı cinayət işi üzrə məhkumun üzərində aşkar edilmiş psixotrop maddənin növünü və miqdarını dəqiq müəyyən etməsi üçün cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizası keçirilmişdir. Ekspert tərəfindən müəyyən edilmişdir ki, məhkumun üzərində aşkar edilmiş bükümdə 3,323 qram kustar uşulu ilə hazırlanmış psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmə kollegiyası ekspertizanın aparılmasında hər hansı bir prosessual qanunun pozuntusu müəyyən edilməmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi maddi sübut (psi xotrop maddə) ekspertizaya qablaşdırılmış və möhürlənmiş şəkildə təqdim edilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutların qablaşdırması və üstündə olan möhürlər həmin maddi sübutların götürülməsi barədə protokola uyğun gəlir. Ekspert maddi sübutları ekspertiza aparılması qaydalarına uyğun tərtib edilmiş akt əsasında qəbul etmiş və təhvil vermişdir. Təqdim edilmiş psixotrop maddənin çəkisi ekspert tərəfindən onları təqdim etmiş polis nəfərinin iştirakı ilə elektron tərəzidə çəkmə yolu ilə müəyyən edilmişdir. Beləliklə cinayət işi üzrə ekspert tərəfindən tərtib edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyinə şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Məhkəmələr isə məhkumda aşkar edilmiş posixotrop maddənin miqdarını Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarında veri lmiş tövsiyələrə uyğun ekspert rəyinə əsasən müəyyən etmişlər. Sübutların kifayət edilməsi anlayışını ehtiva edən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi Məhkum külli miqdarda psixotrop maddəni əldə edib saxlamasını təsdiq edən hallar - psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir, işin bu halı müəyyən edən ekspert rəyini şübhə altına almaq üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəm ə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Beləliklə, birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmal arını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum üzərində aşkar olunmuş psixotrop maddənin miqdarının daha az, yəni külli miqdarda olmayan həcmdə olmasına şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 3,323 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sü butun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 4 16.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar