Məhkəmə qərarları › İş №1(102)-1637/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1637/2019

11.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1637/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə 16 yanvar 1975-ci ildə Abşeron rayonu Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3, 228.1, 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xızı Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmünə əsasən (hakim: İ.H.Hacıyev) Məhkum – Azərbaycan Respublikası CM-in 221.3, 228.1, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), M.Ə.Rzayev və F.G.Zeynallı) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç ) ilə, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 06 (altı) aya, CM-nin 228.4-cü maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) aya, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 06 (altı) aya endirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 06 yanvar 2018-ci il tarixdə, saat 19:30 radələrində, istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib, uzun müddət özündə saxladığı 218272 nömrəli, 9 mm kalibrli «FROMMER-37M» modelli tapança və onun komplekt hissələri, darağında olan döyüş sursatı hesab edilən 9 mm kalibrli 5 ədəd patronları gödəkçəsinin cibinə qoyaraq qardaşı X3 məxsus oğlu S6 idarə etdiyi «Volksvagen» markalı, “Touareg” modelli **--*** dövlət nömrəli avtomobili ilə Xızı rayonu, Giləzi qəsəbəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlib, avtomaşından düşüb, sərxoş vəziyyətdə, ictimai yer sayılan küçədə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib davamlı olaraq nalayiq söyüşlər söyməklə, orad a olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 təhqir etmiş, bu hərəkətlərinin qarşısının alınması məqsədilə Zərərçəkmiş şəxs2 tərəfindən ona bir dəfə yumruq vurduqdan sonra, onlar süpürləşmiş, paltarlarının müxtəlif yerlərindən tutaraq fiziki zor tətbiq etmiş, sonra onlardan ayrılaraq söyüşlərini davam etdirərək zorun tətbiq edilməsi ilə hədələmiş, sonra S6 idarə etdiyi Giləzi qəsəbə İcra nümayəndəliyinin qarşısında dayanmış həmin avtomobilinə əyləşib oradan uzaqlaşmış, S6u sükan arxasından düşürüb, özü avtomobili idarə edərək, qərəzli hərəkətlərini davam etdirərək təxminən 2-3 dəqiqə sonra yenidən həmin əraziyə qayıdaraq, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 20-25 metr məsafədə dayanaraq avtomobilin salonundan onlara qarşı fiziki zor tətbiq edəcəyi il ə qorxutmaqla hədələyib, üzərində olan tapançadan iki dəfə yuxarı atəş açmış və həmin avtomobili idarə edərək oradan uzaqlaşaraq qəsdən silahdan istifadə etməklə xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum, qardaşı Ramil Rəhimovla yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evin zirzəmisində satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq - 2 (iki) ədəd sellofan paketdə ümumi çəkisi 15,66 qram narkotik vasitə olan qurudulmuş marixuana (kannabis), həmin evin qonaq otağında olan şkafın siyirməsində, ümumi çəkisi 0,193 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, evin tövləsinə bitişik olan istirahət otağında yerləşən sobanın içərisində, hər birində 0,217 və 0,234 qram, ümumi çəkisi 0,451 qra m olan heroini qanunsuz olaraq əldə edib, saxlamış və habelə o, həmin evin tövləyə bitişik istirahət otağında masanın üzərində "Kalaşnikov" konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəli kəsici, ucu deşici xassəyə malik olan, uzunluğu 272 mm olan süngü bıçağı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib və gəzdirmiş və həmin qanunsuz əşyalar 13 iyun 2018-ci il tarixdə məhkəmənin qərarı ilə həmin ünvanda axtarış zamanı aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza ilə əvəz olunması xahiş olunu r. Şikayət müəllifi qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən onun cəzasını yüngülləşdirici halları, o cümlədən ailəli olmaqla ailənin yeganə qazanc gətirəni olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını kifayət qədər nəzərə alınmamışdır. Eyni zamanda məhkəmələr cinayət qanunu düzgün tətbiq etməyib əsassız olaraq onun əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdırıcı hal hesab etmişlər. Məhkum hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cəza təyin olunması hissəsində dəyişdirilməli və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza təyin olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət it tihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayə t-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya şikayətində məhkuma təyin edilən cəzanın sərt olması mübahisələndirilir. Məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya şikayətinin dəlillərində göstərilməsə də, qeyd edir ki, ibtid ai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətmiş olduğu xuliqanlıq cinayəti əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi zamanı səhvə yol verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına, Konstitusiya Məhkəməsinin Plenumunun şərhlərinə və Ali Məhkəmənin Plenumunun şərhlərinə müraciət etməyi zəruri hesab edir. CM-nin 221.1-ci maddəsi ilə xuliqanlıq cinayətinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” CM-nin 221.2-ci maddəsinin dispozis iyası belədir: “221.2.Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə” CM-nin 221.3-cü maddəsinə görə isə məsuliyyət aşağıdakı hallarda yaranır: “221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunla CM-nin 221.3-c ü maddəsi yeni redaksiyada verilmiş və 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Hazırda qüvvədə olan CM-nin 221.3-cü maddəsinin yuxarıda təsvir olunan dispozisiyasına görə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarından və ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin işin hallarına təsvir olunan gəldikləri nəticələrdən görünür ki, ” Məhkum 06 yanvar 2018-ci il tarixdə, saat 19:30 radələrində, istintaq a məlum olmayan mənbədən qanunsuz əldə edib, uzun müddət özündə saxladığı 218272 nömrəli, 9 mm kalibrli «FROMMER-37M» modelli tapança və onun komplekt hissələri, darağında olan döyüş sursatı hesab edilən 9 mm kalibrli 5 ədəd patronları gödəkçəsinin cibinə qoyaraq qardaşı X3 məxsus oğlu S6 idarə etdiyi «Volksvagen» markalı, “Touareg” modelli **--*** dövlət nömrəli avtomobili ilə Xızı rayonu, Giləzi qəsəbəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlib, avtomaşından düşüb, sərxoş vəziyyətdə, ictimai yer sayılan küçədə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiy yətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib davamlı olaraq nalayiq söyüşlər söyməklə, orada olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 təhqir etmiş, bu hərəkətlərinin qarşısının alınması məqsədilə Zərərçəkmiş şəxs2 tərəfindən ona bir dəfə yumruq vurduqdan sonra, onlar süpürləşmiş, paltarlarının müxtəlif yerlərindən tutaraq fiziki zor tətbiq etmiş, sonra onlardan ayrılaraq söyüşlərini davam etdirərək zorun tətbiq edilməsi ilə hədələmiş, sonra S6 idarə etdiyi Giləzi qəsəbə İcra nümayəndəliyinin qarşısında dayanmış həmin avtomobilinə əyləşib oradan uzaqlaşmış, S6u sükan arxasından düşürüb, özü avtomobili idarə edərək, qərəzli hərəkətlərini davam etdirərək təxminən 2-3 dəqiqə sonra yenidən həmin əraziyə qa yıdaraq, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 20-25 metr məsafədə dayanaraq avtomobilin salonundan onlara qarşı fiziki zor tətbiq edəcəyi ilə qorxutmaqla hədələyib, üzərində olan tapançadan iki dəfə yuxarı atəş açmış və həmin avtomobili idarə edərək oradan uzaqlaşaraq qəsdən silahdan istifadə etməklə xuliqanlıq hərəkətləri etmişdir.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum ittihamında onun qəsdən silahdan istifadə etməklə xuliqanlıq hərəkətlərinin etməsi nəticəsinə gəlinməsi üçün zəruri olan “silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” əlamətlər onun hərəkətlərində yoxdur. Belə ki, i şin hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 20-25 metr məsafədə dayanaraq avtomobilin salonundan onlara qarşı fiziki zor tətbiq edəcəyi ilə qorxutmaqla hədələyib, üzərində olan tapançadan iki dəfə yuxarı atəş açmış və onlara qarşı hər hansı bir xəsarət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cina yət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilə n şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəməl ər hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qeyd olunan Qərarında qeyd edilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşlar ın, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlə r vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai m üəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Yuxarıda şərh olunanları və cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası Məhkum CM-nin 221.3-cü maddəsi ilə olan əməlinin CM-nin 221.2.2-ci maddəsinə tövsif edilərək bu maddə ilə cəzalandırılmasını ədalətli və qanuni hesab edir. Məhkum еdilmiş şəхs Məhkum ittiham olunduğu digər maddələrlə cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövq eyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmi şdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət tö rətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qar şısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəz a təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin b ərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qər ara əsasən məhkumun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə və cinayət qanunvericiliyinin norma və prinsipləri uyğun cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar