Məhkəmə qərarları › İş №1(102)-1637/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1637/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1637/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, Məhkum – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(103)-16/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli hökmü ilə (Sədrlik edən hakim: X5) xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü ma ddəsi ilə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunması, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs davranışına nəzarətin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə m inənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(103)-2067/2023 saylı qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə) ilə Təqsirləndirilən şəxs müdafiəçisi və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 128-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək qərarın ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək keçmiş kürəkəni Zərərçəkmiş şəxs heç bir səbəb olmadan d ayanacaqda olan kənar şəxslərin gözü qarşısında söyüşlərlə təhqir edərək eyni zamanda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən iti uclu vintaçanla onu vuracağı ilə hədələyib üstünə gedərək vurmağa çalışaraq Zərərçəkmiş şəxslə əlbəyaxa olub onu yerə yıxaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan: sağ kürəyin nöqtəşəkilli qansızmaları, sağ əlinin sıyrığı, sağ dizinin qançırı xəsarətləri yetirməklə şəxslər üzərində fiziki zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olmadığını əsas gətirərək qərarın ləğv edilməsini xahiş edərək aşağıdakıları göstərir. Apelly asiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə keçmiş kürəkəni olan və münaqişəli olduğu Zərərçəkmiş şəxs İstiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Hesab edirəm ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sü butlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və İş yeni apelyasiya baxışma təyin edilməlidir. Cinayət kollegiyasının göstərdiyi əsaslar heç bir halda işin faktiki hallan ilə uzlaşmır. Belə ki, məhkəmə kollegiyasının da razılaşdığı kimi, hadisə gündüz saatlarında ictimai yen hesab edilən dayanacaqda insanların gözü qarşısında baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək vintaçanda istifadə edərək Samir Bəyaliyevə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə özünü başqa şəxslərin fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərdir. Göründüyü kimi, iş üzrə zərərçəkmiş şəxslə yanaşı Şahid2 da küçədə səs-küy yarandığını, Təqsirləndirilən şəxs S.Bəyaliyevi nalayiq sözlərlə təhqir etdiyini, vintaçanla vurmaq istədiyini, ətrafda xeyli sayda insanların toplaşdığını təsdiq etmişidir. Həmçinin, kollegiya hazırki əməlin xuliqanlıq olmamasını həmçinin onunla izah etmişdir ki, yuxarıda qeyd edilən "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublİkası Aİİ Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində həmçinin qeydi edilir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə o lan, yaxud başqa cinayətlərə \görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Lakin, kollegiya qeyd olunan müddəanın əvvəlindəki "ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən” ifadəsinin və sonundakı "Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilir." ifadəsinin fərqinə varmadan yan keçmişdir. Təqsirləndirilən şəxs tərəfindən CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin mübahisələndirilən yekun qərardan görünür ki, məhkəmə kollegiyası İş üzrə toplanmış və tədqiq etmiş olduqları sübutların qiymətləndirilməsinə birtərəfli yanaşmış, bu səbəbdən də; məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, hadisənin baş verməsi zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin qanunazidd hərəkətləri və davranışları nəticəsində olmuşdur. Məhkəmə kollegiyası isə ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə bağlı hərəkətlərin olmadığını deyərkən nəyi nəzərdə tutduqlarını göstərməmiş, ümumi sözlərdən istifadə edərək, gəldikləri nəti cə işin faktiki halına uyğun olmamışdır. Halbuki, məhkəmə iclasında sübutların müqayisəli tədqiqi ilə Xəyyam Bağırov və Vaqif Qasımovun cinayət hərəkətləri nəticəsində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, silah qismində bıçaqdan İstifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq hərəkətlərinin edilməsi müəyyən olunmuşdur. Yuxarıda şərh edilənlərə əsasən dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilərək apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kass asiya protestinin dəlillərini müzakirə edərək, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisinin kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən et mir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsi haqqında nəticəyə gəlib, onu əməlini əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasi ya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əsassız olaraq tövsif edilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin mat eriallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Bununla bağlı apellyasiya məhkəməsi öz qərarında mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,...Məhkəmə kollegiyası gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 dekabr 2021- ci il tarixdə, saat 10:30 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qi ymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə kollegiyası, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə kollegiyası tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında keçmiş kürəkəni Zərərçəkmiş şəxslə əlbəyaxa olub onu yerə yıxaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan: sağ kürəyin nöqtəşəkilli qansızmaları, sağ əlinin sıyrığı, sağ dizinin qançırı xəsarətləri yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il ta rixli, 1502 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budçanaq oynağının yumşaq toxumalarını əzilməsi küt əşya təsirindən törənmişlər, törənmə müddəti onun məhkəmə tibbi muayinəsindən bir neçə saat əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqları üçün sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə kollegiyası qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş və təqsirləndirilən şəxsin aktiv hərəkətləri nəticəsində xx.xx.2021-ci il t arixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəbindən keçmiş kürəkəni Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirmişdir. Məhkəmə kollegiyası baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs keçmiş qayınata-kürəkəndirlər. Digər tərəfdən cinayət işi materiallarından, tərəflərin verdikləri ifadələrdən və apellyasiya şikayətlərinin dəlillərindən müəyyən olunan hallardan biri də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uzun müddət münaqişəli münasibətinin olmasıdır. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında keçmiş kürəkəni Zərərçəkmiş şəxslə dalaşaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş və yuxarıda qeyd olunan hadisə baş vermişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ailə münaqişəsi zəminində yaranmış mübahisədən qaynaqlanması nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da müəyyən olunduğu kimi xuliqanlıq cinayəti motivsiz cinayətdir, yəni təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz.”.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına s əbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolveril məzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Əməlin tövsif edilməsi barədə qərarın qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bütün bunlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək əməlin tövsif edilməsinə dair qərar çıxarmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya pr otesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2067/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar