Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1638/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs9 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, halhazırda həbsdə olan Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(105)-132/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 1(060)-697/2023 nömrəli hökmü ilə (hakim Ramiz Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi d oqquz) gün azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılaraq ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 7 (yeddi) gün müddət təyin edilən cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 5 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(105)-132/2024 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədr lik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 1(060)-697/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********937410 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabınd an 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzinin inzibati binasının qarşısında quraşdırılmış “Kapital Bank”-a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan «Kapital Bank» tərəfindən verilmiş **********547657 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 120 (bir yüz iyirmi) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzinin inzibati binasının qarşısında quraşdırılmış “Kapital Bank” a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs3 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan «Kapital Bank» tərəfindən verilmiş **********697001 n ömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 284 (iki yüz səksən dörd) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 11:06-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan «Kapital Ba nk» tərəfindən verilmiş **********649998 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 15:53-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs5 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daş ıyıcısı hesab olunan «Kapital Bank» tərəfindən verilmiş **********867895 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 326 (üç yüz iyirmi altı) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 11:54-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid3 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib bacısı Zərərçəkmiş şəxs6 məxsus elektron məlumat daşıyıcısı hesab olunan «Kapital Bank» tərəfindən verilmiş **********413673 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 12:09-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs7 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilm əsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan «Kapital Bank» tərəfindən verilmiş **********057720 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 250 (iki yüz əlli) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 19:58-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kart vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs8 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitə si ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********614114 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 12:09-da ünvan 4 ünvanda quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs9 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********640658 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid2 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib qızı Zərərçəkmiş şəxs10 məx sus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********062961 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs10 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid1 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib əri Zərərçək miş şəxs11 məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********849001 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 120 (bir yüz iyirmi) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs11 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs12 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həya ta keçirilməsinə köməklik göstərəciyini bildirib əri X1 məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********689405 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 300 (üç yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs12 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 15:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” marketin qarşısında quraşdırılmış “Beynəlxalq Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs13 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Azərbaycan Beynəlxalq Bank” tərəfindən verilmiş **********370263 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs13 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 14:06-da Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs14 qızına yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik gö stərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********211300 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs14 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs15 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həy ata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********410973 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs15 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 11:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs16 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəc iyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********069829 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs16 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 17:19-da Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs17 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilmə sinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********596161 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 150 (bir yüz əlli) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs17 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 14-cü məhəllə ərazisində quraşdırılmış “Beynəlxalq Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs18 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstər əciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Azərbaycan Beynəlxalq Bank” tərəfindən verilmiş **********760122 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 370 (üç yüz yetmiş) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs18 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18:49-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs19 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsul u vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital bank” tərəfindən verilmiş **********194997 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 130 (bir yüz otuz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs19 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14:42-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs20 y axınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********186075 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 152 (bir yüz əlli iki) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs20 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəs aitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs21 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********988630 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs21 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:37-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə p ul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs22 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********459167 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs22 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 11:49-da Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərç əkmiş şəxs23 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********269279 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 140 (bir yüz qırx) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Samirə Nürəddinovaya maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 14:35-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi il ə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs24 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********410537 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 280 (iki yüz səksən) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs24 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində ünvan 4 ünvanında quraşdırılmış “Kapital Bank”a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid4 yaxınlaşaraq nağdlaşdırm anın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib qızı Zərərçəkmiş şəxs25 məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Kapital Bank” tərəfindən verilmiş **********832433 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 326 (üç yüz iyirmi altı) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs25 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs9 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi ki mi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etm ir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.2.təkrar törədildikdə; 177.2.3-1.elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilə n cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq e dilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirin i nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza t əyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən dörd nəfərin şikayətçi olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran hallar olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab ed ir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1638/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1638/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver