Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1638/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə, onun nümayəndəsi X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-54/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin (hakim X8) 2024-cü il 30 oktyabr tarixli, 1(031)6/2024 nömrəli hökmü ilə, xx.xx.1997-ci il tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci m addəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şabran Rayon Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli, 1(031)-6/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X12 və X1 ibarət tərkibdə) 2025-ci il 22 yanvar tarixli, 1(105)-54/2025 nömrəli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilmədən, Şabran Rayon Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli, 1(031)-6/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx.xx.2023-ci il tarixdə, səhər saat 08:55-də SV 024273 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin BakıYalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozmuş, yəni sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməli, habelə keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində) keçməməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi “D655 SEM” markalı traktorun hərəkətini dayandırmadan dəmir yolunun qorunan hissəsində yerləşən dəmiryolu keçidinə yaxınlaşan elektrovozun gəldiyini görməli oldu ğu halda görməyib həmin keçidə daxil olan zaman traktorun ön sol tərəfi ilə elektrovozun ön sağ tərəfinin toqquşmasına, nəticədə toqquşmanın təsirindən traktor sağa doğru çevrilərək gözətçi məntəqəsinin yanında dayanmış, həmin keçidin gözətçisi olan Zərərçəkmiş şəxs başın və gövdənin müştərək ağır küt zədələnməsi, sol alın-təpə və ənsə sümüklərinin qəlpəli sınıqları, baş beyin maddəsinə və baş beynin yumşaq qişasına qansızmalar, baş beynin sərt qişasının cırılması, sol ağ ciyərin və dalağın cırılması, döş sümüyünün köndələn xətti sınığı, 2-3-cü qabırğaların ikitərəfli köndələn sınıqları, sol 2-3-4-5-6-7-8-9-cu qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol said sümüklərinin qapalı qəlpəli sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alın-gicgah nahiyəsinin əziyi, sol çiyin qurşağının qançırı, sol said, sol bilək, sol əl, sol çanaq və sol diz nahiyələrinin sıyrılmış yaraları ilə müşaiyət olunmaqla sağlamlığa ağır zərər vurulmasına səbəb olan, habelə başın küt zədələnmələri nəticəsində kəllə qapağı sümüklərinin qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar nəticəsində ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN, ONUN NÜMAYƏNDƏSİNİN, MƏHKUMUN VƏ ONUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, təqsirlə ndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ilə barışıq əldə etməmiş, sonuncu özü də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum bağışlamamış və onunla barışmamışdır, bu səbəbdən də təqsirləndirilən şəxs barəsində daha sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı qüvvədə saxlayarkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanın aradan qaldırılmaması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi konteksində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarının məzmunundan irəli gələn mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını nəzərə almamış, yekun qərarın həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyasının təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəzanı qüvvədə saxlaması Məhkum islah olunacağı qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini yekun qərarda əsaslandıra bilməmişdir. Hazırki iş üzrə məhkəmə kollegiyası qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə sə bəbi, şəraiti, nəticələri (belə ki, həmin hadisə nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ölmüş), həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə daha yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə kollegiyası bunun əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə təyin edilmiş yüngül cəzanı qüvvədə saxlamaqla sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən Məhkum təyin edilmiş cəzanı qüvvədə saxlayarkən hadisələrin təsadüfi axarı zəminində ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı övladının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstər məsini, o cümlədən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etməsini, həmçinin baş varmiş cinayət hadisəsi ilə bağlı ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə 10.000 (on min) manat məbləğində kompensasiya təklif etməsinə baxmayaraq sonuncunun aralarında barışığın əldə edilməsinə razı olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları yekun qərarda əsas tutaraq ona təyin edilmiş yüngül cəzanı əsassız olaraq qüvvədə saxlamışdır. Sadalanan yüngülləşdirici hallardan bir qismi məhkəmələr tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, yekun qərardan göründüyü kimi məhkəmə Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Hansı ki, ci nayət qanunvericiliyinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkum əməllərində isə belə hallar müəyyən edilməmişdir. Onun məsuliyyətini və təyin edilməli olan cəzanı yüngülləşdirmək üçün sadəcə əməlindən peşman olmasını bildirməsi isə, qey d olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Belə ki, məhkəmə kollegiyası Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını yekun qərarda qeyd etsə də, belə bir nəticəyə gəlməyinin motivlərini yekun qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum hadisələrin təsadüfi axarı gedişatında cinayət törətməsini də əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. İşin hallarından isə görünür ki, sözü gedən cinayət əməli hadisələrin təsadüfi axarı nəticəsində törədilməmişdir. Bu cinayət əməli avtonəqliyyat vasitəsini idarəetmə tərzi ilə əlaqədar olan, düşünülmüş və təəssüf ki, təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş, Azərbaycan Res publikası CM-nin 263.2-ci maddəsi ilə şərtlənən cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmişdir. Bu isə, cəmiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına və əxlaq normalarına zidd olan ictimai təhlükəli davranışdır və sözsüz ki, qanunvericiliyə uyğun olaraq ədalətli surətdə cəzalandırılması da ictimai maraqlar baxımından önəmlidir. Başqa sözlə, təqsirləndirilən şəxs həmin əməli müəyyən situasiya nəzərə alınmaqla zərurətdən deyil, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan gördüyü halda, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə düşünülmüş tərzdə törətmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzə rə almaqda hesab edirəm ki, haqlı olmamışdır. Məhkəmə kollegiyası yekun qərarda təqsirləndirilən şəxsin zərərçəkmişin hüquqi varisi ilə barışmağa cəhd göstərməsini də cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla belə, nəyə görə hüquqi varisin ona ən ağır cəza təyin edilməsinin tələb etməsi halı barədə qərarda heç bir araşdırma aparılmamış, bunun əsl səbəbinin müəyyən edilməsinə cəhd edilməmişdir. Odur ki, məhkəmə kollegiyasının Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-54/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində hökmdən narazı olduğunu, iki övladının atasız qaldığını, onlara maddi və mənəvi cəhətdən böyük ziyan vurulduğunu qeyd edərək məhkuma ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestini əsaslı hesab edərək kassiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya bax ışına təyin edilməsi barədə qərar qəbul edilməsini, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə məhkəmə iclasında çıxış edərək kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisinə 10000 manat təklif edildiyini, lakin zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin bu məbləğdən imtina edərək daha yüksək məbləğ tələb etdiklərini, məhkumun isə bu məbləği ödəməyə maddi imkanının olmadığını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirmişdir. Bu səbəbdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətini əsassız hesab edərək təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum məhkəmə iclasında çıxış edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətini əsassız hesab edərək təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qa nunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Həm dövlət ittihamçısının kassasiya protestində, həm də zərərçəkmiş tərəfin kassasiya şikayətində Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.21 -ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmç inin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının və zərərçəkmiş tərəfin, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə müdafiə tərəfinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər ü zrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, həm kassasiya protestində, həm də kassasiya şikayətində müvafiq normalara istinad edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması mübahisələndirilərək həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Kassasiya müraciətlərinin dəlillərindən də göründüyü kimi hər iki müraciətdə məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmişdir. Dövlət ittihamçısı məhkumun cəzasını yüngülləşdirən halların düzgün nəzərə alınmadığını və məhkumun zərərçəkmiş tərəflə barışmamasına baxmayaraq, məhkuma yüngül cəza təyin edildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasi ya şikayətində cinayət hadisəsi nəticəsində ailəsində ağır itki baş verdiyini, iki övladının atasız qaldığını bildirmişdir. Məhkəmə kollegiyası ehtiyatsızlıqdan törədilmiş cinayət əməli ilə bir şəxsin, ailə başçısının itirilməsi nəticəsində mərhumun yaxınlarına yetirilən mənəvi zərərin olduqca ağır olması ilə razılaşır və qeyd etməyi vacib hesab edir ki, məhz bu tip cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət hadisəsi nəticəsində bir insanın həyatından məhrum edilməsi nəzərə alınaraq Qanunverici, CM-in 263.2-ci maddəsinin sanksiyasında digər yüngül alternativ cəza nəzərdə tutmamış və cinayət törətmiş şəxsin yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi yolu ilə islah edilməsinin mümkünlüyünü müəyyən etmişdir. CM-in 263.2-ci maddəsinin sanksiyasında iki ildə n altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkuma 4 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi isə həmin cəza növü və həddi ilə razılaşmış, hökmü qüvvəsində saxlamış, apellyasiya protestini təmin etməmişdir. Hazırki cinayət işinin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Məhkum zərərçəkmiş tərəflə barışıq əldə etmək üçün özündən asılı olan, maddi imkanın mümkün etdiyi səviyyədə bütün tədbirləri görmüş, lakin zərərçəkmiş tərəflə barışıq əldə etməyə naıl ola bilməmişdir. Dövlət ittiamçısı kassasiya protestində öz mövqeyini əsaslandırmaq üçün göstərmişdir: “...Başqa sözlə, təqsirləndirilən şəxs həmin əməli m üəyyən situasiya nəzərə alınmaqla zərurətdən deyil, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan gördüyü halda, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə düşünülmüş tərzdə törətmişdir...” Protestin bu hissəsinin məzmunu hazırkı cinayət əməlinin məhkum tərəfindən sanki qəsdən törədilməsi təsəvvürünü formalaşdırır. Halbuki hazırkı cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət əməlidir. CM-in 26-ci maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi” adlanır. Həmin maddəyə əsasən: 26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr ver ə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkuma qarşı irəli sürülmüş ittihamda Məhkum ehtiyatsızlıqdan cinayət əməli törətməsi göstərilsə də, lakin ehtiyatsızlığın hansı növü ilə cinayət əməli törətməsi göstərilməmişdir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş ha lları ilə müəyyən edilir ki, cinayət əməli cinayətkarcasına etinasızlıq nəticəsində törədilmişdir. Lakin protestdə yanlış olaraq bu əməlin özünəgüvənmə nəticəsində törədildiyi qeyd edilmiş, bununla da işin halları baxımından yanlış nəticəyə gəlinmişdir. Kassasiya protestində məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə aldığı hallar mübahisələndirilmiş və cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, səmimi peşmançılıq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd kimi hallar fərqli mövqedən şərh edilmişdir. Protestin dəlillərinə münasibət bildirmək qeyd edilən anlayışların şərhini vermək zərurətini yaradır. Hadisələrin təsadüfi axarı zəmində cinayətin törədilməsi şəxsin cinayətə meyilli olmamasını, onun müəyyən münaqişəli şəraitdə müvafiq davranış forması seçməyə hazır olmamasını və həmin münaqişəli şəraitdə düzgün reaksiya vermək imkanlarının məhdudluğunu göstərir və buna görə də cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Hadisələrin təsadüfi axarı qiymətləndirici kateqoriya olmaqla iş üzrə bütün halların məcmusunun tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən olunur. Qanunverici cinayət əməlinin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsindən asılı olmayaraq bütün hallarda cəzanı yüngülləşdirən halların mümkünlüyünü qəbul edir. Eyni zamanda, ehtiyatsızlıqdan törədilmiş cinayət əməllərində cinayətin hadisələrin təsadüfi axarı zəmində törədilməsi ehtimalı daha çox rast gəlinən haldır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət əməlinin hadisələrin təsadüfi axarı zəminində törədilməsini məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda qanuni və əsaslı nəticəyə gəlmişlər və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Məhkum törətmiş olduğu cinayət əməlindən səmimi peşman olması ilə bağlı kassasiya protestində mübahisələndirilən məsələ ilə bağlı qeyd edilməsi zəruridir ki, CM-in 59.1-ci maddəsində cinayət törətmiş şəxsin əməlindən səmimi peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmamışdır. Lakin məhkəmələr CM-in 59.2-ci maddəsinin müddəalarına uyğun olaraq bu halı da cəzanı yüngülləşdirən hal kimi nəzərə ala bilər. Məhkəmə təcrübəsinə əsasən şəxsin səmimi peşman olması onun daxili münasibəti və praktik davranışları ilə ifadə olunmalıdır. Şəxs cinayəti könüllü olaraq etiraf edirsə və istintaqla əməkdaşlıq edirsə, bu səmimi peşmanlığın əlaməti hesab olunur. Eyni zamanda, təqsirkar zərərçəkmiş şəxsdən könüllü şəkildə üzr istəyir və barışmağa çalışırsa, zərərçəkmiş tərəfə maddi yardım təklif edirsə, bütün bunlar təqsirkarın törətmiş olduğu cinayət əməlindən səmimi peşmanlığının əlaməti kimi qəbul olunur. Hazırki işin hallarında da görünür ki, hadisədən dərhal sonra təqsirkar mərhuma yardım etməyə çalışmış, təcili tibbi yardım çağırtdırmış, istintaqla əməkdaşlıq etmiş, işin halları barədə səmimi ifadələr vermiş, barəsində qəbul edilmiş qərarları mübahisələndirməmiş, həmin qərarlarla razılaşmış, törətmiş olduğu cinayət əməlindən, həqiqətən də, səmimi peşman olduğunu daxilən, hərəkətləri və sözləri ilə isbat etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın törətmiş olduğu cinayət əməlindən səmimi peşman olması ilə bağlı gəldikləri nəticə qa nuna müvafiq olmaqla əsaslıdır, lakin kassasiya protestinin bununla bağlı mövqeyi inandırıcı və işin hallarına uyğun olmamaqla, əsassızdır. Təqsirkarın zərərçəkmiş şəxslə barışmağa cəhd etməsinin, məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasının kassasiya protestində mübahisləndirilməsi ilə bağlı məsələyə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında da göründüyü kimi, müdafiə tərəfi hadisə baş verdikdən sonra olan bütün müddət ərzində zərərçəkmiş şəxsin hüquqi varisi və ailə üzvləri ilə barışmaq üçün çoxsaylı cəhdlər etmiş, vurulmuş maddi zərərin azaldılması və dəstək olmaq məqsədi ilə 10000 manat pul təklif etmiş, lakin zərərçəkmiş tərəf bu cəhdləri cavabsız qoymuşlar. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu halda da məhkəmələ rin mövqeyi qanuni və əsaslandırılmış mövqedir və bununla bağlı da kasssaiya protetinin dəlilləri işin halları ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərin davamı olaraq məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı ittiham tərəfinin dəlillərinə münasibətini yekunlaşdıraraq qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ağır və ciddi cəzadır və məhkumun islah edilməsinə kömək edə biləcək növ və həddədir. Məhkumun maddi imkanının kifayət edəcək səviyyədə olmaması səbəbindən zərərçəkmiş tərəflə barışıq əldə edə bilməməsi əsası ilə onun cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində deyil, mütləq qaydada ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi üçün ona 5 ildən artıq müddətə cəza təyin edilməsi də Cinayət Məcəlləsinin ədal ət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla, ehtiyatsızlıqdan törətmiş olduğu cinayət əməlinə görə məhkumdan intiqam almaq, ona işgəncə vermək xarakteri daşıya və məhkumun cəzasını yüngülləşdirən halların, ümumiyyətlə, nəzərə alınmaması ilə nəticələnə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittiham çısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şabran Rayon Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli 1(031)-6/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(105)-54/2025 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1638/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1638/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver