Məhkəmə qərarları › İş №1(102)-164/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-164/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-164/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Bayramov Zaur Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç yerdə işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-nin 126.1-ci maddəsi ilə nə zərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 10 yanvar 2022-ci il tarixdə saat 01 radələrində əvvəlcədən cinsi əlaqədə olmaq barədə razılığa gəldiyi Ağdaş rayonunun Ləki qəsəbəsinin sakini, 08 avqust 1984-cü il təvəllüdlü Şahid ilə onun yaşadığı ünvan 3də yerləşən ünvanına getmiş, həmin ünvanda həyətdə rastlaşdığı Şahid qardaşı xx xxxxxx 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin ön sol nahiyəsində V-VI qabırğaarası sahənin diafraqmanın, mədənin zədələnməsi və daxili qanitirmə ilə müşayiə t olunan daxilə keçən 1 ədəd yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi Z.V.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə) 16 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.V.Bayramov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilərək barəsində yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Z.V.Bayramov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, toplanmış sübutları düzgün qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxsi vurmaqda məqsədi yalnız özünü müdafiə etmək olmuşdur. Onun zərər çəkmiş şəxsə qəsdən ağır bədən xəsarəti yetirmək kimi niyyəti olmamışdır. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs Məhkum bədəninin müxtəlif nahiyələrinə ağac parçası ilə bir neçə dəfə zərbə endirərək ona bədən xəsarətləri yetirmiş, nəticədə Məhkum özünü tanımadığı şəxsdən müdafiə etmək məqsədi ilə bıçaqla ona bir dəfə bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin hesab edir ki, Məhkum törətdiyi cinayət əməlində CM-nin 126.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilməmiş, həmin faktı təsdiq edən mötəbər və təkzibedilməz sübutlar toplanılmamış, işdəki sübutlar isə təqsirləndirilən şəxsin zərərinə şərh edilmiş və nəticədə ona həmin maddə ilə ədalətsiz cəza təyin edilmişdir. Qeyd olunanlara əsaslanaraq Məhkum müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arz usunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi Bayramov Zaur Vahid oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi Z.V.Bayramovun və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və la zımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi Z.V.Bayramov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən məhkum olunmuş şəxsin əməlinin əsassız olaraq CMnin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirildiyini və həmin maddə ilə ona ağır cəzanın təyin edildiyini iddia edərək öz kassasiya tələblərini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə al madan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisinin şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəs inə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydas ında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol v erilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. CM-nin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərin in mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konst itusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstər ilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyət i olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünl üyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir k, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və icti mai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təd qiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum cinayət əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum hökmlə təqsirli bili ndiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini, yəni qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 10 yanvar 2022-ci il tarixdə saat 01 radələrində əvvəlcədən cinsi əlaqədə olmaq barədə razılığa gəldiyi Ağdaş rayon Ləki qəsəbə sakini 08 avqust 1984-cü il təvəllüdlü Şahid ilə onun yaşadığı ünvan 3-də yerləşən ünvanına getmiş, həmin ünvanda həyətdə rastlaşdı ğı Şahid qardaşı xx xxxxxx 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun döş nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin ön sol nahiyəsində V-VI qabırğaarası sahənin diafraqmanın, mədənin zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan daxilə keçən 1 ədəd yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarana) görə, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də törətdiyi cinayətin halları barədə həmin ittihama uyğun ifadələr vermiş və onun törətdiyi əməl özünün qismən eti rafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvir edilməsini zəruri saymır, lakin Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun üzərinə hücum etməsi səbəbindən, özünü müdafiə etmək məqsədi ilə onun sağlamlığına qəsdən ağır zərər vurması barədə verdiyi ifadələrə əsaslanaraq qeyd etməyi lazım bilir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum vurduğu çubuq sonuncunu öldürmək və ya ona ağır dərəcəli bədən xəsarəti yetirmək üçün təhlükəli olmamış, o na görə də onun həyatı və sağlamlığı üçün real təhlükə yaranmamışdır. Məhkum sağlamlığına az ağır zərər vurmaya aid xəsarət almasına gəldikdə isə qeyd olunmalıdır ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməyən çubuğun ölçüləri barədə məhkəməyə məlumat vermiş və həmin çubuğun təxminən qarğı ölçüsündə olmasını göstərmiş, həyat və sağlamlıq əleyhinə cinayət olduğundan baş vermiş nəticəyə görə əməl tövsif olunsa da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çubuqla vurarkən Məhkum sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmək niyyəti olmamış, çubuqla vurulan zərbələr zəruri müdafiə vəziyyəti yaratmamışdır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən də görünür ki, o, 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında siqaret çəkmək üçün həyətə düşmüş, həmin vaxt bacısı Şahid 1i yad bir şəxslə görüb həmin şəxsdən kim olmasını soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranaraq dava düşmüş, ilk əvvəl Məhkum onun üzərinə gəlmiş, bu zaman Məhkuma çubuqla zərbə endirmişdir. Onun zərbəsindən sonra Məhkum ona zərbə endirib həyətdən çölə qaçmışdır. Əvvəl Məhkumun onu bıçaqla vurmasını başa düşməmiş, sonradan ondan qan gəldiyini görüb əsəbiləşərək Məhkumun arxasınca çölə qaçmış, sonuncunun avtomaşınının şüşəsini əlindəki çubuqla vurub sındırmışdır. Sonra vəziyyəti pisləşdiyinə görə təcili tibbi yardıma zəng vurmuşdur. İşin faktiki hallarından da görünür ki, Zərərçəkmiş şəxs Məhkum vurduğu çubuq sonuncunu öldürmək və ya ona ağır dərəcəli bədən xəsarəti yetirmək üçün təhlükəli olmamış, ona görə də onun həyatı və sağlamlığı üçün real təhlükə yaran mamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməlin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur və aşağıda şərh edilənlərə də tam uyğundur. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. CM-nin 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 36-cı maddəsinə əsasən: “36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.” Məhkəmə kollegiyası ilk növbədə zəruri müdafiə haqqında qanunver iciliyin şərhini zəruri hesab edir. Zəruri müdafiə cinayət qanunvericiliyində əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən məzmunundan görünür ki, əməlin zəruri müdafiə vəziyyətində törədilməsi nəticəsinə gəlinməsi üçün aşağıdakı halların mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir:

1. Müdafiə edənin özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə ziyan vurmağa yönəlmiş qəsdin ictimai təhlükəli olması.

2. Qəsdin mövcud olması. Yəni ictimai təhlükəli qəsd başlanmasına real təhlükə yaranmış, yaxud qəsd başlamış və davam etməklə başa çatmamışdır. Bu zaman gələcəkdə baş verə biləcək gözlənilən təhlükədən deyil, ani olaraq başlayacağına əsas verən sübutların olması nəzərdə tutulur.

3. İctimai təhlükəli qəsdin olması müdafiə olunanın xəyalının məhsulu deyil, real və həqiqi olması. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunan məzmunundan görünür ki, zəruri müdafiə vəziyyətində törədilmiş əməl qəsdin və müdafiə zamanı törədilən hərəkətlərin bir sıra şərtlərinə cavab verməlidir; ictimai təhlükəli qəsd mövcud olmalı, qəsd hüquqazidd olmalı, qəsd real olmalı və zəruri müdafiə zamanı zərər bilavasitə qəsd edənə vurulmalıdır. İctimai təhlükəli qəsdlə vurulan zərər bərabər və ya zərər ictimai təhlükəli qəsddən artıq ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda qeyd olunanlar Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermiş və apellyasiya instansiyası məhkəməsi də haq lı olaraq onun həmin əməlininin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmışdır. Həmin məhkəmənin bu nəticəyə uyğun iş üzrə çıxardığı qərarın arxasında isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar durduğundan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində ətraflı şərh edilmiş Konstitusiyanın, CPMnin və CM-nin, habelə benəlxalq qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunmuşdur. Kassasiya şikayətində Məhkum ağır cəzanın təyin edilməsi ilə bağlı sonuncunun kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Məhkum cəza təyin edilməsi məsələsi həll olunarkən də cinayət qanunvericiliyinin aşağıda təsvir edilmiş normalarının tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də əməl edilmişdir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü madd əslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsa slı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı m addələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərar ında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşd irən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdə n isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkar ın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya dig ər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən CM-nin 59-cu maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, zərər çəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilərək həm bu hallar, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində qanuni və ədalətli cəza təyin olunmuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin Məhkum cəza təyini ilə bağlı gəldiyi nəticə ilə düzgün olaraq razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının dah a da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar işin müəyyən edilmiş faktiki hallarına və cinayət qanunvericiliyin tələblərinə uyğun olmasın, yaxud da belə hallar CM-nin 61-ci maddəsində nəzərdə tutulmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hans ı əsaslandırma aparmamışdır. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli və sonuncunun CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar