Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1640/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Lənkəran rayonun ****************** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, işləməyən, Lənkəran rayonun ************** qəsəbəsində q eydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: T.X.Nəsrullayeva (sədrlik edən), R.A.Allahverdiyeva və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvv əli 18 fevral 2017-ci il tarixdən hesablanmaqla 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X7 da CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), H.Ə.Nəbiyev və E.M.Əhmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, 2017-ci ilin yanvar ayında şəxsiyyəti məlum olmayan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış mə qsədi ilə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə 76,583 qram olan qurudulmuş marixuananı, tiryəkdən kustar üsulla hazırlanmış 124,608 qram narkotik vasitə olan heroini və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 238,907 qram narkotik vasitə olan tiryəki sonuncudan Abşeron rayonu, ************* qəsəbəsində görüşməklə gələcəkdə 5000 (beş min) manat pulun verilməsi şərti ilə əldə edib daşımaqla kirayədə yaşadığı ünvan 2 ünvanında saxlamış, 18 fevral 2017-ci il tarixdə həmin narkotik vasitələrdən olan heroinin 4,590 qramını Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində tanışı X5 180 (yüz səksən) manata satmış və həmin tarixdə saat 18:00 radələrində Sumqayıt şəhər Polis idarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış təd birləri nəticəsində saxlanılaraq yaşadığı mənzilə baxış keçirilərkən mənzildən satış məqsədi ilə əldə etdiyi bir ədəd üzəri yapışqan lentlə bağlanmış qırmızı rəngli polietilen bağlamanın içərisində, təmiz çəkisi 76,583 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, satış məqsədi ilə bir ədəd, üzəri yapışqan lentlə bağlanmış göy rəngli polietilen bağlamanın içərisində, 6 ədəd şəffaf sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 48,325 qram, 49,427 qram, 9,652 qram, 6,064 qram, 3,500 qram və 3,050 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda, yəni 120,018 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və satış məqsədi ilə bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanın içərisində 4 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 99,685 qram, 99,340 qram, 19,929 qram və 19,953 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 238,907 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan 09 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxslər Ə6 və Məhkum cinayət işinin ibtidai istyintaqı zamanı özlərini təqsirli bilərək etiraf edici ifadələr versəl ər də, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində həmin ifadələrdən imtina edərək, fiziki və psixi təzyiq nəticəsində etirafedici ifadələr verdiklərini bildirmişlər. Birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələrin digər sübutlarla təsdiq olunmasına baxmayaraq, həmin ifadələrə deyil, əsaslı şübhələr altında alınan istintaq zamanı verilən ifadələrə istinad etməklə ədalətli qərarlar qəbul etməmişlər. Müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən müdafiə tərəfinin arqumentlərinin qəbul edilməməsi, rədd edilməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuşdur və beləliklə, Məhkum qanunsuz sübutlar əsasında məhkum edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin d əlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetin i qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun ona istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlər i və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsir li olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsa slandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X4 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata k eçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı madd əsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 fevral 2017-ci il tarixli «Hadisə yerinə bax ış keçirilməsi haqqında» protokoldan görünür ki, Məhkum kirayə yaşadığı mənzilə baxış keçirilərkən, mənzildən 120,018 qram çəkidə narkotik vasitə olan heroin, 238,907 qram çəkidə narkotik vasitə olan tiryək və 76,583 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış videodiskə baxışdan görünür ki, Məhkum kirayə yaşadığı mənzilə baxış keçirilərkən, mənzildən 120,018 qram çəkidə narkotik vasitə olan heroin, 238,907 qram çəkidə narkotik vasitə olan tiryək və 76,583 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 18 fevral 2017-ci il tarixli, 4515/16 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Vət. Məhkum yaşadığı mənzildən aşkar edilərək götürülmüş....» sözlər və imzalar olan bir ədəd göy rəngli polietilen torbadakı bir ədəd üzəri yapışqan lentlə bağlanmış qırmızı rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi- 76,583 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, bir ədəd üzərində yapışqan lentlə bağlanmış göy rəngli polietilen bağlamanın içərisində 6 (altı) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 48,325 qram, 49,427 qram, 9,652 qram, 6,064 qram, 3,500 qram, 3,050 qram, ümumi təmiz çəkiləri 120,018 qram olan maddələ r tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd üzərində yapışqan lentlə bağlanmış qara rəngli politilen bağlamanın içərisində 4 (dörd) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 99,685 qram, 99,340 qram 19,929 qram, 19,953 qram, ümumi təmiz çəkisi 238,907 qram olan maddə xaş-xaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Marixuananın təmiz çəkisi 76,583 qram olmuş, tədqiqata sərf edilmişdir - 0,05 qram, qalıq - 76,533 qram qalmışdır. Heroinin ümumi təmiz çəkisi - 120,018 qram olmuş, cəmi tədqiqata sərf edilmişdir - 0,03 qram, qalıq - 119,718 qram qalmışdır. Tiryəkin ümumi təmiz çəkisi - 238,907 qram olmuş, cəmi tədqiqata sərf edilmişdir - 0,02 qram, qalıq- 238,707 qram qalmışdır. Məhkəmə kollegiyası kassasiya şikayət ində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansi yası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Bundan əlavə cinayət işinin materialları ilə şahidlərin hər hansı bir qaydada ifadələr verməyə məcbur edilmələri, onlara qarşı təzyiq və təsir göstərilməsi, habelə sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən məhkumun Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtida i araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq et məklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1640/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1640/2019
04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver