Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1640/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X12 və X7 ibarət tərkibdə) 20 sentyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CPM-nin 42.1.4- cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 28 mart 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – X13 və X3 ibarət tərkibdə) 1 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10018,734 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5057,4 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımış, eləcə də, həmin maddələrin satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin 63,834 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, narkotik vasitə heroinin qalan 9954,9 qramını ayrı-ayrılıqda 2001,0 qram, 2002,3 qram, 1952,0 qram, 2002,3 qram və 1997,3 qram çəkidə olan hissələrə bölüb beş ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ayrı-ayrılıqda 2485,1 qram və 2572,3 qram olmaqla iki ədəd bükümdə qablaşdırıb ünvan 2 ünvanına qohumu X5 məxsus torpaq sahəsinə daşıyaraq orada saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublika sı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 10:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 63,834 qram çəkidə narkotik vasitə olan heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2022-ci il tarixdə saat 13:00-da Məhkum qohumu X5 məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 9954,9 qram çəkidə narkotik vasitə heroin ayrı- ayrılıqda 2001,0 qram, 2002,3 qram, 1952,0 qram, 2002,3 qram və 1997,3 qram olmaqla beş ədəd bükümdə həyətin sol tərəfində, külli miqdarda 5057,4 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 2485,1 qram və 2572,3 qram olmaqla iki ədəd bükümdə həyətdəki yarımtikilinin arxa tərəfində torpağın altından aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum verilən ittihama əsasən, o, guya digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcada n əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10018,734 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5057,4 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımış, eləcə də, həmin maddələrin satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin 63,834 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, külli miqdarda 10018.734 qram narkotik vasitə heroini və külli miqdarda 5057.4 qram çəkidə psixotrop maddə metamfetamini ünvan 2 ünvanına qohumu X5 məxsus torpaq sahəsinə daşıyaraq orada saxlamışdır. Ancaq nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı X8 dindirilməmiş və ittihamın bu hissəsinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, bu isə açıq- aşkar təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması, həmçinin iş üzrə qərəzli qərar qəbul edilməsinin bariz sübutudur. Apellyasiya şikayətində bu xüsusatın tam, hərtərəfli və obyektiv araşdırılmasını təkidlə tələb etsə də apellyasiya instansiyası məhkəməsi də qərəzli olaraq nəinki bu xüsusata qiymət verməmiş, ağır cinayətlə ittiham edilən hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə prosesini yalniz bir iclasla yekunlaşdırmışdır. Təkcə bu qərəzli mövqeyin özü açıq-aşkar göstərir ki, apellyasiya instansiyası məhkəməsi yuxarı instansiya mövqeyindən deyil, sanki birinci instansiya məhkəməsinin hamisi kimi hazırki işə qiymət vermişdir. Birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi nədənsə nəzərdən qaçırmışdır ki, Məhkum istintaq orqanının müvəqqəti saxl ama yerində olduğundan o polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalmış, həmçinin şikayət edəcəyi təqdirdə yenidən işgəncəyə və şəxsiyyətinin alçaldılmasına məruz qalacağı ilə hədələnmişdir. Məhz elə bu səbəbdən də istintaq zamanı təqsirləndirilən şəxs məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verə bilməmişdir. Çünki Məhkum anlayırdı ki, ona fiziki təzyiq göstərən şəxslər elə ibtidai istintaqı aparan orqanın əməkdaşlarıdır. Buna görə də o, şikayət etdikdən sonra yenə də təzyiqlərə və işgəncəyə məruz qalacağı qorxusundan məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Məhkəmənin mövqeyi ilə qəti olaraq razı deyil və hesab edir ki, məhkəmə cinayət işinin hallarını bu hissədə tam, hərtərəfli və obyektiv olaraq araşdırmamışdır. Cinayət işinin materiallarından gör ündüyü kimi Məhkum məxsus mobil nömrənin anten məlumatları götürülmüşdür. Götürülmüş anten məlumatlarından da açıq-aydın görünür ki, Məhkum narkotik vasitənin satışını həyata keçirdiyini və yaxud keçirəcəyini təsdiq edən hər hansı bir mötəbər sübut hesab edilə biləcək yazışma və ya telefon danışığı yoxdur. Eyni zamanda göstərişin İran İslam Respublikasının vətəndaşı olan Keyman adlı şəxs tərəfindən verilməsini, ümumiyyətlə hansısa İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığını təsdiq edən heç bir mötəbər hesab edilə biləcək sübut da aşkar edilməmişdir. Belə olan halda Məhkum guya bir qrup şəxslə əvvəlcədən əlbir olub narkotik vasitələrin satışını həyata keçirməsi ittihamının verilməsi tamamilə qanunsuzdur. Apellyasiya instansiya məhkəməsi birinci instanstiya məhkəməsinin təqsir ləndirilən şəxs barəsində çıxardığı hökmü qüvvədə saxlamaqla maddi və prosessual normanın tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsi təsvir edilən iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyərək birbaşa istintaq orqanının və verilmiş qanunsuz ittihamın maraqlarına xidmət edən bir qərar çıxar çıxarmışdır. Tərəflərindən apellyasiya şikayətində göstərilmiş sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, yuxarıda da qeyd etdiyi kimi təkcə bir məhkəmə baxışı keçirməklə qərəzli olaraq məhkəmə baxışını yekunlaşdırmışdır. Bu isə təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində sadalanan hüquqlarının təmin olunmamasına, nəticədə ədalətsiz və qanunsuz qərar çıxarılmasına səbəb olmuşdur. Birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli tam obyektiv təqiq edilməsi üçün zəruri şərait tam təmin edilməmiş, işin nəticəsində birbaşa təsir edən X4 dindirilməsi və digər sadalanan xüsusatlara düzgün hüquqi qiymət verilməsi təmin edilməmişdir. Bundan başqa qeyd etmək istədiyi digər əsas məqamlardan biri də hüquqlarını müdafiə etdiyi Elsəvər Fətəlizadəyə məhkəmə tərəfindən təyin edilmiş cəzanın ağırlığı ilə bağlıdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Elsəvər Fətəlizadə barəsində ittiham hökmü çıxarılmış CM-in müvafiq maddəsinin sanksiyasının demək olar ki, ən yuxarı həddinə yaxın bir cəza təyin etməklə humanizm və ədalətlilik prinsipinin şərtlərini kobud ş əkildə pozmuşdur. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi Elsəvər Fətəlizadəni müsbət xarakterizə edən halları, yəni, onun ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, xəstə atası və anasına yalnız onun baxdığını, ailənin gəlir gətirən yeganə fərdi olmasını və digər yüngülləşdirici halları nəzərə almamışdır. Kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum barəsində aparılmış ci nayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Konstitusiyasının və CPM-nin tələblərinin birbaşa pozuntusu ilə aparılmış, cinayət işində olan sübutlar yolverilməz olduğu halda və həmin sübutlarla təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinin həll edilməsinin mümkün olmamasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək məhkum etmişdir. Cinayət işinin materiallarında Məhkum 28 mart 2022-ci il saat 10:00-da ünvan 5 ünvanında saxlanılaraq Biləsuvar rayon Polis şöbəsinə aparıldığı qeyd edilsə də Elsevər Fətəliyev faktiki olaraq 27 mart 2022-ci il tarixdə axşam saatlarında Biləsuvar şəhərində valideynləri ilə birlikdə yaşadığı evdə polis əməkdaşları tərəfindən tutularaq DİN-nin BMCMİ-nə aparılmış və qan unsuz olaraq bir gün Bakı şəhərində idarədə saxlanıldıqdan sonra Biləsuvar rayon Polis şöbəsinə gətirilərək sənədləşdirmə işləri aparılmışdır. Cinayət işinin 1-ci cildinin 42-44-cü vərəqəsində olan izahatda və birinci instansiya məhkəməsində Məhkum gecə saat 10:00 radələrində tutulduğunu qeyd etsə də, məhkəmə qeyd edilən xüsusata ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkum üzərinə baxış keçirilməsi istintaq hərəkətinin video görüntüsündə təqsirləndirilən şəxsin qollarında qandal izinin və boyun nahiyyəsində olan izlərin və ağrı içində olması onun fiziki təzyiqlərə məruz qalmasını bir başa təsdiq edir. Lakin qeyd edilən xüsusatlara da məhkəmə heç bir hüquqi qiymət verməmişdir, Cinayət işinin İ-ci cildinin 56-57-cı vərəqəsində olan aktdan və protokoldan görünür ki, ekspert rəy verməsi üçün 16:00-da narkotik vasitəni qəbul edir və 18:30- da qaytarır və eyni gündə təhqiqatçı X15 Fətəlizadəni ekspert rəyləri ilə tanış edirək bir sıra prosessual hərəkətlər apararaq Məhkum Bakı şəhərində BMCMİ-nə təhvıl verilir və 28 mart 2022-cİ il saat 20:00-da BMCMİ-nin müstəntiqi Cəlal Məmmədov cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərar qəbul edir, daha sonra Məhkum hüquqlarının müdafiəsi üçün yenidən müdafiəçi təyin edib, müdafiəçini dəvət edərək 28 mart 2022-ci il saat 21:10-da şübhəli şəxs qismində dindirməyə başlayır. Qeyd edilənlər vaxt baxımından qeyri-mümkün olmasına baxmayaraq məhkəmə həmin xüsusatlara da hüquqi qiymət verməmişdir. Cinayət işinin 1-ci cildinin 167-cı vərəqəsində olan protokoldan görünür ki, guya Məhkum üzərindən götürülmüş 2 ədəd Samsung mar kalı mobil telefonlar işlək vəziyyətdə olmamış, KGTEL markalı mobil telefonda isə iş üçün mühüm əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Halbuki, məhkəmə müvafiq sorğular verməklə qeyd edilən mobil telefonların antenn məlumatlarını götürərək həqiqətən də Məhkum 28 mart tarixində deyil, 27 mart 2022-ci il tarixdə Biləsuvar şəhərində tutularaq Bakı şəhərində BNMİ-nə gətirildiyini araşdıraraq hüquqi qiymət verməli idi. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsində olan şəxsi axtarış və götürülmə haqqında protokolda istintaq hərəkətinin BNMİ-də aparıldığı qeyd edilmiş, 174-175-ci vərəqədə olan xx.xx.2022-ci il tarixli, 1773 saylı rəydə Məhkum ailəli və 1 uşaq atası olaması göstərilmişdir ki, bunlar da ibtidai istintaqın səthi keçirildiyini daha təsdiq edir. Kassasiya şi kayətində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-cı il tarixli qərarını ləğv edib onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin dü zgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predme ti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiy ası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009 -cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki f orma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbu l olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüqu qunun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayə t Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməll ərə münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər, həmçinin ona təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili tərəfindən tərkibi olunmuş 27 mart 2022-ci il tarixli raportdan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Biləsuvar rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur; «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 27 mart 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Məhkum ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur; «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 mart 2022-ciil tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Mə hkum həmin gün saat 10:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Biləsuvar Rayon polis Şöbəsinə dəvət edilmiş və orada üzərinə müdafiə hüququ təmin olunub videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş 1 (bir) ədəd bağlamanın içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Məhkum bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, onu istifadəsi üçün üzərində saxlamış, həmin maddəni isə İran İslam Respublikasının vətəndaşı "Keyman” adlı şəxsdən almışdır. Aldığı narkotik vasitə və psixotrop maddənin bir hissəsini isə yaşadığı evin yaxınlığında yerləşən və yaşayış olmayan torpaq sahəsində saxlayır; Məhkum tərəfindən yazılmış xx. xx.2022-ci il tarixli ərizədən görünür ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən nömrəsiz tikilidə narkotik maddə saxlayır oraya polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir; "Baxış və götürmə aparılması haqqında” 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbirinin davamı olaraq Məhkum öz razılığı, özünün və müdafiəçisinin iştirakı ilə ünvan 8 ünvanında yerləşən və yaşayış olmayan həyətyanı torpaq sahəsinə videoçəkilişlə baxış keçirilmişdir. Həyatyanı torpaq sahəsində mişar daşından inşa olunmuş yarmıçıq tikili var, həyətin ətrafında hasar inşa olunsa da, giriş qapısı yoxdur. Baxış zamanı Məhkum göstərdiyi yerlərdən 5 (beş) ədəd sellofan bükümdə narkotik vasitə heroin və 2 (iki) sellofanbükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum həmin maddələri "Keyman” adlı İran İslam Respublikasının vətəndaşından, sonuncunun dediyi şəxslərə çatdırmaq üçün əldə etdiyini, lakin əldə etdikdən sonra qorxub gizlətdiyini və heç kəsə vermədiyini bildirmişdir; Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 mart2022-ci il tarixli 6/1676 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan,bir ədəd kağız paketdə və bir ədəd qara rəngli sellofan bağlamada olan: - üzərində "Şübhəli şəxs Məhkum üzərindən aşkarolunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 63,834 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində "Məhkum yaşadığı evdən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanın içərisində beş ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 2001,0 qram, 2002,3 qram, 1952,0 qram, 2002,3 qram, 1997,3 qram ümumi təmiz çəkisi 9954,9 qram qəhvəyi rəngli maddə kustad üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2485,1 qram, 2572,3 qram ümumi təmiz çəkisi 5057,4 qram olan ağ rəngli kristallik formada maddə xaricigörünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə biri-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə altı ədəd bükümdə olan heroinlər xarici gö rünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir; «Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "Azerfon” MMC-dən götürülmüş, Məhkum istifadəsində olmuş (070) ***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən siyahıya baxış keçirilmiş, həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mətnin daxil olması müəyyən olundu: -19- 03-2022ci ildə saat 15:26:40 +**********25 nömrəli mobil telefondan göndərilmişdir: Brat 15 dənə torpaq pul elə düzəlir, götür gəl. Məhkumin istifadəsində olmuş GSM nömrəsindən göndərilən SMS-lərin siyahıs ına baxış keçirilərkən növbəti SMS mətninin göndərilməsi müəyyən olundu: - xx-xx-2022-ci il tarixdə saat 01:36:36-da Məhkum +**********26 nömrəli mobil telefona «Qaqa saba gelecem Şirvana hazırıqlı ol gelib dəyəcəm sənə»; Canlı şəxsin məhkəmə tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 05 aprel 2022-ci il tarixli 158/MEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Məhkum bədən səthində məhkəmə-tibbi müayinə zamanı xx.xx.2022-ci il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilmədi; Təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə 28 və 29 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əm əkdaşları tərəfindən 28 mart 2022-ci il tarixdə saat 13 radələrində qohumu X5 məxsus ünvan 2 ünvanında yerləşən və yaşayış olmayan torpaq sahəsində aşkar edilmiş ümumi təmiz çəkisi 9954,9 qram olan narkotik vasitə - heroin və 5057,4 qram çəkidə psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddələr məhz özü tərəfindən qeyd olunan məkanda gizlədilmişdir; Şahidlər Şahid1, Şahid2 və Şahid3 Zakir oğlu həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərmişlər ki, Məhkum 28 mart 2022-ci il tarixdə saat 13 radələrində qohumu X5 məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsində aşkar olunmuş ümumi təmiz çəkisi 9954,9 qram olan narkotik vasitə - heroin və 5057,4 qram çəkidə psixotrop maddə - metamfetaminin özünə məxsus olduğunı və həmin maddələri özünün qeyd o lunan yerə gizlətdiyini bildirmişdir. Məhkum ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən və ünvan 2 ünvanında yerləşən yerləşən torpaq sahəsində aşkar olunmuş ümumi təmiz çəkisi 9954,9 qram olan narkotik vasitə - heroin və 5057,4 qram çəkidə psixotrop maddə - metamfetaminin ona məxsus olmadığı, həmin maddələrin məhz polis əməkdaşları tərəfindən üzərinə və qeyd olunan yerə qoyulduğunu bildirmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən c inayət əməlini törətməkdə təqsirli olması özü etiraf etməsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum əməllərini düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlay ışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələr in saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkot ik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya şikayətlərində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması aşağı instansiya məhkəmələrində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəllə sinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyriinsani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili təxminən üç ay davam edən ibtidai istintaq dövründə belə şikayətlə vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bununla yanaşı məhkəmə tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 05 aprel 2022-ci il tarixli 158/MEŞ nömrəli ekspert rəyi ilə Məhkum bədəni üzərində heç bir xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədəqorxu nəticəsində əldə edilməsinə dair dəlilini əsassız hesab etmişdir, bu qənaət Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov A zərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, artıq bu hallar Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən yayınmağa hesablanmışdır. Məhkum məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəs inin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin məhkumun təqsirsiz olması və ona bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin itti hamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlə rin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün ə saslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüq uq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. B u isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələ r tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarı nın 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsə dəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətilərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini r əhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1640/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1640/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver