Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1641/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Bəraət lamış şıxslər – X9, X21 və X4, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət veril məsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-48/2024 saylı, 6 sentyabr 2024-cü il tarixli (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X18 və X10 ibarət tərkibdə) hökmü ilə 14 sentyabr 1984-cü il tarixdə Qazıməmməd (indiki-Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan X14 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, 14 mart 1984-cü il tarixdə Qazıməmməd (indikiHacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan X24 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, 21 iyun 1984-cü il tarixdə Qazıməmməd (indikiHacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanda yaşayan X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, X22, X27 və X4 iş üzrə olan 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilmələri və həmin məbləğin dövlətə aid edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsəl əsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, X9 üzərindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 6,85 qram qalığı, X21 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 509,02 qram qalığı və X4 üzərindən və avtomobilindən aşkar edilməsi yazılmış narkotik vasitə qurudulmuş marixunananın ekspertiza tədqiqatından sonrakı 512,45 qram qalığının cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X23 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə) 1(106)-127/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-48/2024 saylı, 6 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X22, X27 və X4 barələrində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, Vüsal Məmmədov satış məqsədi olmadan 08 noyabr 2022-ci il tarixdə Hacıqabul şəhəri, Ə.Vahid küçəsində tanışı Hacıqabul rayon sakini X19 qabaqcadan aralarında olan danışı q əsasında 30 manat pul müqabilində 6,87 qram narkotik vasitə qurudulmuş marixuananı alaraq, qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 10 noyabr 2022-ci il tarixdə saat 03:50-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi-6,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Əli Alcanov satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 516,09 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı tanışı X3 qanunsuz olaraq əldə edib, idarə et diyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyıb, 08 noyabr 2022-ci il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın 6,87 qramını bir ədəd kibrit qutusunda tanışı X1 yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 209 ünvanında 30 manata satmış, qalan narkotik vasitə qurudulmuş marixuananın 502 qramını idarə etdiyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir ədəd sellofanda, 7,22 qramını isə bir ədəd kibrit qutusunda satış məqsədi ilə üzərində daşımaqla saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 noyabr 2022-ci il tarixdə, saat 16:50-də Hacıqabul rayonu, Qarasu kəndində küçədə saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan za man üzərində satış məqsədi ilə qanunsuz saxladığı 7,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda, 502 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin tarixdə idarə etdiyi “Opel” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobildən aşkar olunaraq götürülmüşdür. Kamal Kərimov satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1028,58 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, həmin narkotik vasitənin 516,09 qramını 2022-ci ilin sentyabr ayında tanışı X24 istintaqa məlum olmayan şəraitdə 20 manata satmış, qalan 512,49 qram narkotik vasitə qurudulmuş mar ixuananın 505 qramını bir ədəd sellofanda idarə etdiyi “Daevo Nexia” markalı, 99-SS694 dövlət qeydiyyat nişanlı avtomobildə, 7,49 qram narkotik vasitə qurudulmuş marixuananı isə bir ədəd kibrit qutusunda satış məqsədi ilə üzərində daşımaqla saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 noyabr 2022-ci il tarixdə, saat 19:05 radələrində Hacıqabul şəhəri Əliağa Vahid küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 7,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda, 505 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin tarixdə idarə etdiyi “Da evo Nexia” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman həmin avtomobildən aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-127/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti verilməmiş, kassasiya protestinə qarşı etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin və kassasiya protestinə qarşı etirazın dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə əsasən hesab edirəm ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Göründüyü kimi, X9 ondan aşkar edilərək götürülmüş 6,87 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan tanışı X19 30 manat pul müqabilində qanunsuz olaraq əldə etdiyini, üzərində saxladığını, daşıdığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən aşkar edilərək götürüldüyünü, eləcə də X21 516,09 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə tanışı X3 qanunsuz olaraq əldə etdiyini, üzərində və idarə etdiyi avtomobildə saxladığını, daşıdığını, həmin narkotik vasitə qurudulmuş marixuananın 6,87 qramını tanışı X14 30 manata satdığını, qalan 502 qramını idarə etdiyi avtomobildə, 7,22 qramını isə satış məq sədi ilə üzərində daşımaqla saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürüldüyünü, X2nun 1028,58 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyini, üzərində və idarə etdiyi avtomobildə daşımaqla saxladığını, həmin narkotik vasitə qurudulmuş marixuananın 516,09 qramını tanışı X24 20 manata satdığını, qalan 505 qramını idarə etdiyi avtomobildə, 7,49 qramını isə satış məqsədi ilə üzərində daşımaqla saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürüldüyünü təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, məhkəmə kollegiyası is ə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəmələrində verdikləri ifadələrini, təqsirləndirilən şəxslər Vüsal Məmmədovun və Kamal Kərimovun özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrini, şəxsi axtarış, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, telefon məlumatlarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, sadalanan həmin sübutlara səthi yanaşmış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxslər Vüsal Məmmədovun, Əli Alcanovun və Kamal Kərimovun məhkəmədə verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də onların məsuliyyətdəu yayınmasında maraqlı şəxslər olan qohumlarının və tanışlarının məhkəmədəki ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Vüsal Məmmədovun satış məqsədi olmadan qanunsuz olaraq 6,87 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımasına, eləcə də Əli Alcanovun külli miqdarda 516,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixua nanı satış məqsədi ilə əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımasına, həmçinin Kamal Kərimovun külli miqdarda 1028,58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımasına dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlməklə, eləcə də iş materiallarında olan sübutların Vüsal Məmmədovun CMnin 234.1-ci maddəsi ilə, Əli Alcanovun və Kamal Kərimovun isə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmələri üçün kifayət etməməsi, onların fiziki və psixi zor tətbiq edilməklə etirafedici ifadələr vermələri, onların ittihamda göstərilən yerdə deyil, başqa ərazidə saxlanılmaları və müdafiəçilərin istintaq hərəkətlərində formal olaraq iştirak etmələri kimi işin digər halları ilə rədd o lunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmə X15 CM-nin 234.1-ci maddəsi ilə, X24 və X6 isə CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verərkən mövqeyini onunla əsaslandırmışdır ki, Vüsal Məmmədov və Kamal Kərimov ibtidai istintaq zamanı özlərini təqsirli bilsələr də, birinci intansiya məhkəməsində və apellyasiya məhkəməsində özlərini təqsirli bilməmişlər və istintaq zamanı vermiş olduqları ifadələrini dəyişdirmələrinin səbəbini polislər tərəfindən döyülmələri ilə izah etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Vüsal Məmmədov ibtidai istintaq zamanı 6,87 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan tanışı Əli Alcanovdan 30 manat pul müqabilində əldə edərək üzərində saxlam aqla daşıması barədə, Kamal Kərimov isə külli miqdarda 1028,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması, həmin narkotik vasitə qurudulmuş marixuananın 516,09 qramını tanışı Əli Alcanova 20 manat pula satması barədə etirafedici ifadələr versələr də, həmin ifadələri fiziki zor tədbiq edilməklə verdiklərindən məhkəmə onların etirafedici ifadələrini sübut kimi qəbul etmir. Halbuki, X22 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində özünü təqsirli bilmiş və törətdiyi cinayət əməlləri barədə tam təfsilatı ilə etirafedici ifadələr 7 vermiş, o cümlədən həmin ifadələrində polis şöbəsinə gətirilərkən və şöbədə olarkən ona qarşı fiziki zora və digər hər hansı qanunsuz hərəkətə yol verilməsi barədə heç nə bildirməmişdir. X2 da ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində özünü təqsirli bilmiş və törətdiyi cinayət əməlləri barədə tam təfsilatı ilə etirafedici ifadələr vermiş, o cümlədən həmin ifadələrində polis şöbəsinə gətirilərkən və şöbədə olarkən ona qarşı fiziki zora və digər hər hansı qanunsuz hərəkətə yol verilməsi barədə heç nə bildirməmişdir. Bundan başqa, iş materiallarında olan 10 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən də aydın şəkildə görünür ki, Vüsal Məmmədov üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananın ona məxsus olduğunu, 30 manat pul müqabilində tanışı Əli Alcanovdan aldığını və istifadə etmək üçün üzərinde saxladığını bildirmiş, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir, lakin həmin vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmişdir. Həmçinin iş materiallarında olan 10 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmin tarixli baxış və götürmə aparılması haqqında protokoldan və onlara əlavə edilmiş videoçəkilişlərdən də aydın şəkildə görünür ki, Kamal Kərimov üzərindən və idarə etdiyi avtomobildə aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olduğunu, yerdən tapdığını və bir hissəsini tanışı Əli Alcanova 20 manat pula satdığını, qalanını istifadə etmək üçün üzərində və idarə etdiyi avtomobilində saxladığını bildirmiş, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir, lakin həmi n vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Kamal Kərimovun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə atası Fazil Kərimovun müraciəti əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli 77-C-22 saylı qərar qəbul edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Kamal Kərimovun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə müdafiəçisi Müdafiəçi3 müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təs diqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli 314-C-22 saylı qərar qəbul edilmişdir. (cild 2, səh. 151-156) Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Kamal Kərimovun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə anası Şahid8 müraciəti əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli 4-C23 saylı qərar qəbul edilmişdir. (cild 2, səh. 214-216) Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Əli Alcanovun polis əməkdaşları tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalması barədə Şirvan şəhər məhkəməsindən daxil olmuş məlumat əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onuu göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barəde xx.xx.2022-ci il tarixli 268-C-22 saylı qərar qəbul edilmişdir. (cild 2, səh. 71-76) Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Əli Alcanovun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə qardaşı Qasım Alcanovun müraciəti əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli 8-C-23 saylı qərar qəbul edilmişdir. (cild 2, səh. 219-224) Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Vüsal Məmmədovun polis əməkdaşları tərəf indən döyülməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifaədəyə əsasən Lənkəran Ağır Cinayətlər məhkəməsindən daxil olmuş məlumat əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli 290-C-22 saylı qərar qəbul edilmişdir. Halbuki, Vüsal Məmmədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, yəni onun polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etmək imkanı və vaxtı olsa da, o, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışları gedişində ona qarşı hər hansı zor tətbiq olunması barədə müvafiq orqanlara şikayət etməmişdir. Göründüyü kimi iş materialları ilə tam olaraq sübut olunur ki, təqsirləndirilə n şəxslər Vüsal Məmmədov, Əli Alcanov və Kamal Kərimov 10 noyabr 2022-ci tarixdə polis əməkdaşları tərəfindən tutularkən, eləcə də polis şöbəsində saxlanılarkən fiziki təzyiqə məruz qalmamışlar. Lakin məhkəmə kollegiyası onların döyülmələri və qanunsuz hərəkətlərə məruz qalmaları ilə bağlı müvafiq araşdırmalar aparılıb hüquqi qiymət verilməsinə, iş üzrə eyni xüsusat üzrə qüvvədə olan, yuxarı 8 prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv edilməmiş qərarlar olmasına baxmayaraq, yalnız təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrinə istinad edərək onlara qarşı fiziki zor tətbiq olunması səbəbindən onların ibtidai istintaq zamanı etirafedici ifadələr vermələri qənaətinə gəlmiş, bu zaman Vüsal Məmmədovun, Əli Alcanovun və Kamal Kərimovun məhkəmədə özlərini müdafi ə xarakterli ifadələr vermələrini və bununla da cinayət məsuliyyətindən kənarda qalmalarına çalışmalarını nəzərə almamışdır. Öna görə də, birinci intansiya məhkəməsinin X9, X21 və X4 polislər tərəfindən döyülməsi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadələr vermələri qənaətinə gəlməsi və apellyasiya məhkəməsinin də həmin mövqeyi müdafiə etməsi tamamilə əsassız olmuşdur. Bundan başqa, məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Vüsal Məmmədov, Əli Alcanov və Kamal Kərimov 10 noyabr 2022-ci tarixdə polis əməkdaşları tərəfindən ittihamda göstərilən yerlərdə deyil, başqa ərazilərdə saxlanılmıaları, şəxsi axtarışlarının onların saxlanılmasından xeyli vaxt keçdikdən sonra aparılması və həmin müddətdə onların müdafiə hüququ pozulmaqla saxlanılmaları kimi əs assız qənaətə gəlmiş, bununla da Vüsal Məmmədovun, Əli Alcanovun vе Kamal Kərimovun qanunsuz saxlanılmalarını əsaslandırmağa çalışmışdır. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxslərin, eləcə də onların qohumlarının tanışlarının məhkəmədəki ifadələrinə istinad etmişdir. va Lakin məhkəmə kollegiyası Vüsal Məmmədovun, Əli Alcanovun və Kamal Kərimovun məsuliyyətdən yayınmalarında maraqlı şəxslər olan, onların qohumlarının və tanışlarının məhkəmədə müdafiə xarakterli ifadələr vermələrini və bununla da X9, X21 və X4 cinayət məsuliyyətindən kənarda qalmalarına çalışmalarını nəzərə almamışdır. Belə olan halda həmin şahidlərin məhkəmədə verdiyi ifadələrinin həqiqiliyinə və mötəbərliyinə şübhələr yaranır ki, məhkəmə də həmin ifadələri mötəbər və inandırıcı hesab etməkdə haqlı olmamı şdır. Halbuki, iş üzrə tərtib edilmiş protokollarla və digər sənədlərlə, eləcə də iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Xalid Bünyadovun və qeyrilərinin ifadələri ilə də Vüsal Məmmədovun 10 noyabr 2022-ci tarixdə saat 03:50-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Əli Alcanovun 10 noyabr 2022-ci tarixdə saat 16:50-də Hacıqabul rayonu, Qarasu kəndində küçədə, Kamal Kərimovun isə 10 noyabr 2022-ci tarixdə saat 19:05-də Şirvan şəhəri, Əliağa Vahid küçəsində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə aparıldıqları və üzərlərində şəxsi axtarış keçirildiyi təsdiq olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs Vüsal Məmmədovun özü də ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrind ə 10 noyabr 2022-ci tarixdə saat 03 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən mülki geyimdə olan polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsinə apardıqlarını göstərmiş, həmçinin təqsirləndirilən şəxs Kamal Kərimovun özü də ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində 10 noyabr 2022-ci tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində olarkən mülki geyimdə olan polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsinə apardıqlarını göstərmişdir. Göründüyü kimi, təqsirləndiridilən şəxslərin özlərinin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə, eləcə də digər iş materialları ilə təqsirləndirilən şəxslərin ittihamda göstərilən yerlərdə saxlanılaraq polis şöbəsinə aparılmala rı tamamilə təsdiq olunmuşdur, lakin apellyasiya məhkəməsi bunları nəzərə almayaraq, onların ittihamda göstərilən yerdə deyil, başqa ərazide saxlanılmaları kimi əsassız qənaətə gəlmişdir. Kassasiya protestində X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi1 etirazında bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı və qanuna uyğun qərar qəbul etdiyi üçün kassasiya protestində göstərilən də lillər əsassız olduğundan təmin edilməməli və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvəsində qalmasını xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxslərin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olu nan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticəl əri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin m üəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət q anununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəf indən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi s übutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X21 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X20 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cina yət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, Əli Alcanov barəsində Şirvan Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(032)-361/2022 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 4(032)98/2023 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. Əli Alcanov məhkəmə iclasları zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü, üzərində və avtomobilində heç bir narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İşdə olan “məhkəmə-tibbi ekspertizası” nın 09 dekabr 2022-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, Əli Alcanovun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar olunmadı. Tibbi sənədlərdə qeyd olunan “hər iki boyun səthinin, hər iki dirsəyin qərtməkli yarası” diaqnozuna gəlincə isə həmin xəsarətlər küt əşya təsirindən törənə bilərdi, müddəti və mexanizmi barədə dəqiq fikir bildirmək mümkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər. Qeyd “məhkəmə-tibbi ekspertizası” nın 09 dekabr 2022-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, Əli Alcanovun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar olunmadı. Tibbi sənədlərdə qeyd olunan “hər iki boyun səthinin, hər iki dirsəyin qərtməkli yarası” diaqnozuna gəlincə isə həmin xəsarətlər küt əşya təsirindən törənə bilərdi, müddəti və mexanizmi barədə dəqiq fikir bildirmək mü mkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Əli Alcanov məhkəmə-tibbi ekspertinə bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 16:45dən saat 03:50-dək Şirvan ŞPŞ-nin inzibat binasında rəis müavini Fərid və başqa 6-7 nəfər əməliyyatçılar ona məxsus olmayan narkotik vasitəni boynuna zorla qoymaq məqsədilə ona fiziki ağrı və çoxsaylı xəsarətlər yetirmişlər. Şikayəti sol əlin İİ barmağında şişkinlik və ağrıdandır. İşdə olan “təkrar məhkəmə-tibbi ekspertizası”nın 07 iyun 2022-ci il tarixli, T340/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Ə.F.Alcanov 14 noyabr 2022-ci il tarixdə 3 saylı Bakı X8i sanitar hissəsində müayindən keçmiş və boyunun hər iki səthinin, hər iki dirsəyin qərtməkli yarasının olması qeyd edilmişdir. Qeyd edilən xəsarətlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, təqdim edilən tibbi sənədlərdə xəsarətlər tam təsvir edilmədiyindən (xarakter və xüsusiyyətləri) onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyil, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sol əlin İİ barmağının 08 dekabr 2023-cü il və 22 may 2024-cü il tarixli rentgenoqrammalarının müqayisəli tədqiqatı zamanı İ dırnaq falanqasında, İİ proksimal falanqanın distal ucunda izlənən destruktiv dəyişikliklər və osteoporotik əlamətlər fonunda 2022-ci ilin noyabr-dekabr aylarına uyğun sümük tamlığının pozulmasını obyektivləşdirən radioloji kölgəliklər aşkar edilmədi. Nəzərə almaq lazımdır ki, barmaqlar arxaya doğru gəriləndə (qavrılanda) postravmatik sümük patologiyası oynaqların arxa kənarında baş verir, konkret halda isə hətta patoloji kölgəlik oynaq kənarının ön kənarında yerləşir. Birliyə 18 noyabr 2022-ci il tarixli rentgenoqramma təqdim edilmədiyindən həmin rentgnoqramma ilə bağlı sualların cavablandırılması mümküm deyildir. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 31 iyul 2024-cü il tarixli, 3-16-20-10/60 nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxslər X27 və X11 12 noyabr 2022-ci il tarixdə 3 saylı X8 Sanitar Hissəsində təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı Əli Alcanov xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı boynun hər iki tərəfində və sol dirsək nahiyəsində qərtməkli yara aşkar edilmişdir. Kamal Kərimov xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı həyata keçirilmiş istintaq hərəkətlərinin qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığı da müəyyən olunmuşdur. Belə ki, cinayət işinin materiallarının İ cildinin 29-31-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs Vüsal Məmmədov barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 4 dəqiqə 51 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 04:30, bitmə vaxtı isə 04:55 olaraq göstərilmiş, fak tiki olaraq 4 dəqiqə 51 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 25 dəqiqə davam etdiyi göstərilmişdir. Videogörüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 10 noyabr 2022-ci il tarixində saat 15:33-də yaradılmışdır. Video çəkilişin 02:45-ci dəqiqəsindən 03:20-ci dəqiqəyə kimi Vüsal Məmmədovun göz ətrafı nahiyələrində xəsarətlərin olması aydın şəkildə vizual olaraq görünmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Bundan əlavə, cinayət işinin materiallarının İ cildinin 64-65-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs Əli Al canov barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişdən görünür ki, videogörüntü 6 dəqiqə 44 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 17:50, bitmə vaxtı isə 18:10 olaraq göstərilmiş, faktiki olaraq 6 dəqiqə 44 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 20 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 01:45-də yaradılmışdır. Video çəkilişin 34-cü saniyəsindən 01:06cı dəqiqəsinə kimi Əli Alcanovun boğaz nahiyəsində xəsarətlərin olması aydın şəkildə vizual olaraq görünmüşdür. Həmçinin videoçəklişin 03:36 və 04:08-ci dəqiqlərində təhqiqatç ı Şahid4 qolunda olan saatın əqrəblərinin 01:45-dəqiqədən sonra olması aydın şəkildə görünür. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022- cü il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Bundan əlavə, cinayət işinin materiallarının İ cildinin 70-71-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs Əli Alcanova məxsus olduğu qeyd edilərək avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş “baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 7 dəqiqə 42 saniyə davam edir, “baxış keçirmə və götürmə haqqında” protokolda isə baxışın başlanma vaxtı 18:15, bitmə vaxtı isə 18:3 5 olaraq göstərilmiş, faktiki olaraq 7 dəqiqə 42 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 20 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 02:01-də yaradılmışdır. Videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış istintaq hərəkəti aparılmır, faktiki olaraq avtomobildə axtarış istintaq hərəkəti həyata keçirilir. Həmçinin cinayət işinin materiallarının İ cildinin 114-116-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs Kamal Kərimov barəsində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 7 dəqiqə 33 saniyə davam edir, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda isə şəxsi axtarışın başlanma vaxtı 19:55, bitmə vaxtı isə 20:20 olaraq göstərilmiş, faktiki olaraq 7 dəqiqə 33 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 25 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin videogörüntü 11 noyabr 2022-ci il tarixində saat 03:24-də yaradılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Həmçinin cinayət işinin materiallarının İ cildinin 120-122-ci səhifələrində olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs Kamal Kərimova məxsus olduğu qeyd edilərək avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş “baxış keçirmə və götürmə haqqında” 10 noyabr 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişindən görünür ki, videogörüntü 9 dəqiqə 22 saniyə davam edir, “baxış keçirmə və götürmə haqqında” protokolda isə baxışın başlanma vaxtı 20:35, bitmə vaxtı isə 21:05 olaraq göstərilmiş, faktiki olaraq 9 dəqiqə 22 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 30 dəqiqə davam etdiyi göstərilmişdir. Video görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 11 noyabr 2022-ci il tarixində saat 03:42-də yaradılmışdır. Videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış istintaq hərəkəti aparılmır, faktiki olaraq avtomobildə axtarış istintaq hərəkəti həyata keçirilir. Y uxarıda qeyd olunanlardan da göründüyü kimi, sözügedən istintaq hərəkətləri prosessual qanunvericilik normaları pozulmaqla həyata keçirilmiş, tərtib olunmuş istintaq hərkəti protokolları ilə müvafiq hərkətləri əks etdirən videogörüntülər arasında müəyyən fərqliliklər mövcud olmuş, həmin görüntülərdən təqsirləndirilən şəxslərin bədəni üzərində xəsarətlərin olması açıq-aşkar görünmüşdür. Bu isə təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrinin həqiqəti əks etdirdiyini təsdiq edir. Belə ki, onlar məhkəmədəki ifadələrində israrla vurğulamışlar ki, Şirvan ŞPŞdə saxlanıldıqları vaxt polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmış, işgəncənin təsiri altında etirafedici ifadələr vermişlər. Halbuki, aşkar edilən narkotik vasitə onlara məxsus olmamış, narkotik vasitələrin satışı ilə məşğul olm amışlar. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı deyil, birinci instansiya məhkəməsindəki ifadələrinin həqiqətə uyğun olduğu ilə razılaşır və apellyasiya protestinə münasibətdə qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin hansı ifadələrinin qəbul edilməsi, hansının isə qəbul edilmədiyi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlar ının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X21 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bi r başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X14, X24 və X6 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlard an hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələ rin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X9, X21 və X4 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təf sir edilməsi və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X21 və X4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə onlara istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraa tında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz öz lüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsi rli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digə rinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X9, X21 və X4 təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsasl ar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X24 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)127/2025 saylı, 13 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1641/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1641/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver