Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1642/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(106) 544/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları
1. Məhkum xx xxxx 1976-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirl bilinərək 1 (bir) il, 11(on bir) ay, 24(iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi – 3,223 qram çəkidə psixotrop maddə olan metamfetaminini əldə edib daşıyaraq üzəri ndə saxlamış, həmin psixotrop maddə metamfetaminin üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,315 qram, 0,277 qram və 0,345 qram olmaqla ümumi təmiz çəkisi 0,937 qramını 30 iyul 2021-ci ildə, saat 18 radələrində Cəlilabad rayonunun Kövüzbulaq kəndində keçirilmiş əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak etmiş X1 sonra əməliyyatda iştirak edən polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman həmin psixotrop maddənin qalan 2,286 qramı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(099)-96/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(099)96/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən apelyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(106)-544/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ciayət işi üzrə Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 1(099)-96/2022 saylı, 11 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmişdir.
6. Azərbaycan Respublikası CM-in 66.4, 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Cəlilabad rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 il 7 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il, 11 ay, 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 12 günün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 2 ay, 6 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 6 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, həmçinin 11 ay 18 gün müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
7. X4 Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(106)-544/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir.
9. Qeyd olunur ki, məhkəmə qismən ədalətsiz qərar vermiş, ibtidai istintaqın vermiş olduğu rəy və mülahizələri, vəziyyətin ümumi hallarını, real və mühüm olan obyektiv və subyektiv faktları nəzərə almamışdır. Eyni zamanda məhkumun evli, 3 azyaşlı övladının olmasını, xəstə, maddi və mənəvi vəziyyətinin olduqca pis olmasını məhkəmə tərəfindən nəzərə alınmayaraq qərar qəbul olunmuşdur.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. III. Hüquqi məsələlər
5. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
6. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tə ləblərinə əməl edilib-edilməməsi yoxlanılır.
7. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
8. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarı nı kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
10. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-cu il tarixli, 1(106)-544/ 2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
11. İşin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsi məhkəmə istintaqı bütün sübutları ətraflı, müqayisəli şəkildə və qanun normalarına uyğun tədqiq edərək düzgün nəticəyə gəlmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanun normalarına uyğun araşdırmış, lakin heç bir maddi və prosessual normalarının pozulmasını aşkar etməmişdir.
13. Kassasiya məhkəməsi kassasiiya şikayəti üzrə istər birinci, istərsə də apelyasiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına alan heç bir pozuntu aşkar etməmişdir.
14. Birinci instansiya və apelyasiya məhkəmələri gəldikləri nəticəni tədqiq edilən sübutlar üzrə kifayət qədər əsaslandırm ış, kassiya şikayətində apelyasiya şikayətindən fərqlənən əlavə dəlil və pozuntular qeyd edilmədiyindən kassasiya məhkəməsi əlavə şərhə ehtiyac görmür.
15. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
16. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlə dən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
17. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
18. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə madd i hüquq normalarına uyğun nəticəyə gəlmişdir.
20. Birinci instansiya məhkəməsi Məhkum ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində iki azyaşlı övladının olması hallarını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir..
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məh kəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-cu il tarixli, 1(106)-544/2022 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.