Məhkəmə qərarları › İş №1(102)-1642/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1642/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1642/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X2 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə, Məhkum, onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.Əlisoy) 28 noyabr 2023-cü il tarixli hökmü ilə, xx xxxxx 1990-ci ildə Laçın rayonu, Ağanus kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı övladı olan, ali təhsilli, “Muğan” firması, “Sağlam Diş” klinikasında diş həkimi işləyən, Laçın rayonu, Ağanus kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə mü lki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Məhkum qarşı mülki iddiası qismən təmin edilərək, maddi ziyana görə Məhkum 31.980 manat, mənəvi zərərə görə 500 manat və əldən çıxmış faydaya görə 2000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 26 yanvar 2024-cü il tarixli, 1(103)-313/2024 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi “X7” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etməni itirib idarə etdiyi “X7” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcı səkinin üzərinə çıxıb əks yola keçərək həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz CLA250” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Mercedes Benz CLA250” markalı avtomobildə sürücüsü 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol 7-8-9-cü qabırğaların yerdəyişməyən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törədərək 34000 manat məbləğində maddi ziyan vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına və əməlinin ictimai təhlükəlilik dərəcəsinə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və əməlinin xarakterinə uyğun deyildir. Hökm çıx arılarkən birinci instansiya məhkəməsi tərəfindən formal mülahizələr sadalanmış, məhkumun cəzasını yüngülləşdirən hallar olmasına baxmayaraq hansı səbəbə görə sanksiyada nəzərdə tutulmuş daha yüngül cəza növləri olduğu halda daha ciddi cəza növünün təyin edilməsi əsaslandırılmamış, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə, cəmiyyətdəki mövqeyinə, hadisənin ictimai təhlükəliliyinə düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə təyin edilmiş cəza cinayətin ağırlığına, işin hallarına və ya cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə, onun cəmiyyətdəki mövqeyinə uyğun olmamışdır. Müdafiəçi bildirmişdir ki, Məhkum həkim-stomotoloq vəzifəsində çalışır. Cəmiyyətdə, iş yerində və müxtəlif idarə və təşkilatlarda nüfuza sahib biridir. Daima gecə saatlarında, növbəlilik qayda sında və ya adi qaydada Bakı və digər ərazilərə insanların səhhəti ilə əlaqəli həkim vəzifəsindən irəli gələrək, onlara tibbi yardım etmək zərurəti yaranır. Bu cəza növü həmçinin iş yerində də qaydanın pozulmasına səbəb olacaqdır ki, bu cəzanın verilməsi dövlət üçün də, cəmiyyət üçün də, onun üçün də heç bir müsbət tərəfi yoxdur. Lakin islah işi növündə cəza təyin edilərsə, dövlət büdcəsinə müəyyən miqdarda vəsait daxil olar. Bütün bu səbəblərdən hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəza islah işi cəzası ilə dayişdirilməlidir. Əlavə olaraq bildirmişdir ki, Məhkum işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tibbi yardım göstərir. Bununla bağlı onun həmin ərazilərə daxil olmaq üçün “buraxılış icazəsi” də mövcuddur. (şikayətin qoşmasına əlavə edilir.) O, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu halda Bakı şəhərinin hüdudlarını tərk edə bilməyəcəyinə görə, həmin ərazilərdə xidmət edən hərbi qulluqçulara da tibbi yardım göstərə bilməsi qeyri-mümkün olacaqdır. Məhkəmənin mülki iddianı təmin etməsi hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, mülki iddiada avtomobilə dəymiş zərərin miqdarı ilə mütəxəssis tərəfindən verilmiş rəy arasında kəskin fərq mövcuddur. Belə olduğu halda müvafiq ekspertizanın təyin edilməsi labüddür. Bundan əlavə zərərçəkmiş şəxs bildirir ki, avtomobilin təmirinin baha başa gələcəyini görüb vurulmuş vəziyyətdə satmaq qərarına gəlmişdir. Buna görə də, “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili “Şkoda” servisə aparmış və orada avtomobilin təmir xərcləri ilə birlikdə ümumilikdə 59689 manat xərci olması barədə qüsur aktı vermişlər. O, artıq avtomobil təmir edilməsinin baha olduğunu, yenisini almağın ondan ucuz olduğunu görüb ehtiyat hissəsi kimi 9000 manata satmısdır. Bu deyilənlər həqiqəti əks etdirmir. Belə ki, “avto_baku_444”, “avto_baku_090” instagram səhifələrində həmin avtomobilin 23000 manata satılması ilə bağlı elanlar yerləşdirilmişdir. Qısa müddət keçdikdən sonra şərh bölməsində avtomobilin satılması qeyd olunmuşdur.(fotoşəkillər qoşmaya əlavə edilir). Məhkum və müdafiəçisi məhkəmə iclasında çıxış edərək Baki Apellyasiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(103)-313/2024 saylı qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nü mayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın olduqca sərt olmasını, eləcə də mülki iddianın məbləğinin hədd indən artıq olmasını və hər hansı bir sübutla təsdiq edilmədiyini iddia edərək, tələblərini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictim ai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayət in tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəx sin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-v erməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin təyin edilmiş cəzanın ağırlığı ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məlumdur ki, Məhkum CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 263.1-ci maddəsinin sanksiyasında 4 növ alternativ cəza növü nəzərdə tutulmuşdur: iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ ndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkumluğunun olmaması, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq çəkməsi, ailəsinin tək gəlir mənbəyi olması, zərərçəkmiş şəxslə barışığa cəhd etməsi, səhhəti ilə dəfələrlə maraqlanması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Nəticədə məhkəmə tərəfindən məhkuma maddənin sanksiyasında ağırlığına görə üçüncü olan cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 58.1-ci maddəsinin 2-ci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Lakin hazırki iş üzrə məhkəmə qərarlarında bu əsaslandırma aparılmamış, məhkuma hansı səbəbdən daha ciddi cəzanın təyin edilməsinin zəruriliyi ilə bağlı inandırıcı dəlillər gətirilməmişdir. Məhkum apellyasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsədə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza ilə bağlı gətirdiyi dəlillərlə kifayətlənmiş, bununla bağlı araşdırma aparmamış, müdafiə tərəfinin bununla bağlı gətirdiyi dəlilləri heç bir əsaslandırma aparmadan rədd etmiş, nəticədə apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 58-ci maddəsinin tələbləri pozulmuşdur. Mülki iddia ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin hökmü ilə mülki iddia qismən təmin edilmiş və 31980 manat avtomobilə dəyən zərərə görə, zərərçəkmiş şəxsin sağlamlığının müəyyən müddətə itirilməsi ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə görə əldən çıxmış fayda üzrə 2000 manat, baş vermiş yol nəqli yyat hadisəsi zamanı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hissləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsinə görə 500 manat məbləğində pul vəsaitinin tutulması hökm edilmişdir. Məhkəmələr avtomaşına dəyən maddi ziyanın miqdarını müəyyən edərkən yalnız zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qüsur aktına istinad etmiş, lakin bununla bağlı ekspertiza təyin etməmişlər ki, bu da müdafiə tərəfinin haqlı narazılığına səbəb olmuşdur. Təkrar araşdırma zamanı cinayət işinin materiallarında olan sübutlar və cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar əsasında avtomaşına dəyən real maddi ziyanın dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq araşdırma aparılması tövsiyyə edilir. Birinci instansi ya məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxsin sağlamlığını müəyyən müddətə itirilməsi ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə görə əldən çıxmış fayda üzrə 2000 manat pulun Məhkum tutulub zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Lakin 2000 manat dəyəri olan əldən çıxmış faydanın hansı meyarlar əsasında förmalaşmasını müəyyən etmək cinayət işinin materialları ilə mümkün deyil. Zərərçəkmiş şəxs neçə gün işləməmişdir, işləmədiyi günlər üçün hansı məbləğdə pul qazanırdı? Qeyd edilən məlumatları dəqiqləşdirmədən əldən sıxmış faydanın miqdanını müəyyənləşdirmmək qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin hökmü ilə mənəvi ziyana görə 500 manat pulun məhkumdan tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilmişdir. “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiz iki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi ehtiyatsızlıqla törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini əsaslandıra bilməmişlər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiaysı hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə ləğv edilməli, hazırki qərarın əsaslandırıcı hissəsində göstərilən tövsiyyələrə uyğun olaraq yenidən araşdırma aparılması üçün cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət iş apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar