Məhkəmə qərarları › İş №1(102)-1642/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1642/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1642/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi X5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxar aq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx xxxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 22 may 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 iyun 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müə yyən edilmiş işin faktiki hallarına görə, Məhkum dayısı oğlu X3 təxminən 1990-cı illərdə mərhum anası X1 borca 5000 (beş min) ABŞ dolları məbləğində pul alıb sonradan qaytarmaması, nəticədə anasının digər şəxslərə olan borcunu ödəyə bilməyib 30 mart 1999-cu il tarixdə intihar etməsini son üç il ərzində öyrənib həm dayısı oğlundan, həm də dayısı Zərərçəkmiş şəxs dəfələrlə həmin borcu istəmiş, lakin sonuncuların onun anasına heç bir məbləğdə borclarının olmamasını demələrindən sonra, 2023-cü ilin yanvar ayının sonlarından etibarən dayısı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün təsərrüfat-məişət təyinatlı bıçaqla silahlanıb, 07 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran rayonu, Mamusta kəndində yerləşən Mamusta kənd Körpələr evi-uşaq bağçasının yaxınlığında küçədə Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan anasına olan borcun qaytarılmasını tələb etdikdən sonra sonuncu onun və oğlunun anasına heç bir borclarının olmamasını deyərək həmin borcu qaytarmaqdan imtina etməsindən qəzəblənərək əvvəlcə dayısının üz nahiyəsinə dirsəyi ilə vuraraq sonuncunu yerə yıxıb müqavimətini qırdıqdan sonra üzərində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri endirərək döş qəfəsinə (sağ kürəküstü) nüfuz edən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol Xİİ qabırğanın (sınığı) zədələnməsi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səb əb olan, sağlamlığa az ağır zərər vurmaya aid, təpə, ənsə, döş qəfəsi, bel nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş (daxilə nüfuz etməyən) yaralarla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, onun bıçaq zərbələrinin təsirindən yerdə hərəkətsiz halda uzanan Zərərçəkmiş şəxs öldüyünü zənn edib, oradan uzaqlaşdığından və Zərərçəkmiş şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(09 9)-479/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən və ədalətli baxılmasını xahiş etmişdir.

7. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilm əsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-35/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-479/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 07 fevral 2023-cü il tarixdən hesablan masının nəzərə alınması qərara alınmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

9. Həmin qərardan Dövlət ittihamçısı3 Əİi oğlu kassasiya protesti verib, qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1665/2024 nömrəli,18 sentyabr 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-35/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-479/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntulara yol verilmiş, zərərçəkmiş şəxsə vurulmuş xəsarətin ağırlıq dərəcəsi düzgün qiymətləndirilməmişdir. Onun ailə vəziyyəti, iki azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxsi olması və digər yüngülləşdirici hallar nəzərə alınmamışdır. Hesab edir ki, əməli Azərbaycan Respublik ası CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, törətdiyi əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə dəyişdirilməsi və ona həmin maddə ilə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kas sasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum verdiyi kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini, bununla bağlı ona ağır cəza təyin edildiyini iddia etmiş və xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddəl ərində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hər əkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən ed ilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıll ıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dəlilləriniəsassız hesab edir.

26. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum Azərba ycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmünü dəyişdirilərək, onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə qəbul etdiyi qərar üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətinin əsassız olmasına münasibətdə qeyd etmişdir ki, məhkumun öz anasının intiharında zərərçəkmiş şəxsi günahkar bilib ondan qisas alacağını bəyan etməsi, hadisədən əvvəl zərərçəkmiş şəxsin məhkumun onu öldürmək istəməsi barədə icra hakimiyyət nümayəndəsinə şikayət etməsi, qisasını həyata keçirmək üçün məhkumun bıçaq əldə edib zərərçəkmiş şəxsi güdməsi və kəndin adam olmayan yerində yolu kəsib insanın həyatı üçün xüsusi əhəmiyyətli olan baş nahiyəsinə iki bıçaq zərbəsi vurması, həmin zərbələrin nəticəsində bıçağın kəllə sümüyündən i çəri keçməməsini görüb, yenidən zərərçəkmiş şəxsin həyatı üçün xüsusi əhəmiyyətli olan nahiyələrinə - döş qəfəsinin kürək nahiyəsinə üç bıçaq zərbəsi vurması və yalnız zərərçəkmiş şəxsin hərəkətsiz yerdə qalması görəndən sonra bıçağı atıb hadisə yerində uzaqlaşması məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən hallardır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda apellyasiya məhkəməsinin məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına dair gəldiyi nəticə işin materiallarına əsaslanmır və kassasiya protestinin bu barədə dəlilləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə yalnız məhkumun bıçaq zərbələrini zərərçəkmişi öldürmək yox, qorxutmaq məqsədi ilə vurması barədə ifadəsinə əsasən işin yuxarıda göstərilən hallarına qiymət verm ədən gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, baxılan kassasiya şikayətində qaldırılan məsələlərə münasibətdə həmin məhkəmə aktında müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir.

28. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya müraciəti üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

30. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan bey nəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

31. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azad lıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

32. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin dəyişdirilməsi ilə bağlı cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əməlin hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə də apel lyasiya instansiyası məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

33. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 63.3 və 60.1-ci maddələrinin tələblərini nəzərə almaqla, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq olmayan həddə - 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışının nəticəsində qəbul etdiyi mübahisələndirilən qərarında eyni əsaslarla təsdiqlənmişdir.

34. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası həmin məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

35. Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yeni apellyasiya baxışı dövründə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olun an pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-70/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar