Məhkəmə qərarları › İş №1(102)-1643/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1643/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1643/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il t arixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Mahmud Ağalarov) 14 dekabr 2023-cü il tarixli, 1(101)1266/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1984-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 12 may 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisində yerləşən "Kubinka" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,033 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2022-ci il tarixdə saat 04 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotikləıiə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və y a bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 3 ünvanında saxlanılmış, həmin vaxt mənzilə keçirilən baxış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən külli miqdarda heroinin təmiz çəkisi 3,295 qram təşkil edən hissəsi giriş hissədə yerləşən masanın üzərindən aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq gətirildiyi Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasında həmin gün saat 07:00 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,738 qram təşkil edən digər hissəsi əynində olan şalvarın s ol yan cibindən aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Qədim Babayev) 13 fevral 2024-cü il tarixli 1(103)-487/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 1(101)-1266/2023 saylı hökmü dəyişdirilmiş, Məhkum hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası qismən toplanaraq ona 2 (iki) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (do qquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası çəkildiyindən Məhkum üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən əməlin tövsifinə münasibətdə yekun qərara gələrkən sübutlar CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən mübahisələn dirilən qərar həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən mövqe narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu sahədə layiqli cəzalandırma üzrə qanuni mübarizə imkanlarını məhdudlaşdırmaqla, ümumilikdə ictimai dəyərlərin mühafizəsinə xidmət etmir. Hüquq mühafizə orqanları ictimai təhlükəlilik dərəcəsi yüksək olan bu qəbildən olan cinayət əməlləri barədə məlumat əldə etdikdə satış faktını bilavasitə qeydə ala bilmək üçün müvafiq şəxslərə cinayət əməllərini davam etdirməyə imkan yaratmağa haqlı deyildir. Narkotik vasitə və ya psixotrop maddənin külli miqdarının ümumi həcmi cinayətin xarakterini müəyyən etməyə imkan verdiyindən bu zaman satış məqsədi də şübhəsizdir. Hazırk i cinayət işi üzrə, birincisi, Məhkum aşkar edilmiş narkotik vasitənin ümumi satış dəyəri, ikincisi, ondan aşkar edilmiş narkotik vasitənin miqdarı,üçüncüsü isə aşkar edilmiş heroinin miqdarının “külli miqdar”dan 2 dəfədən, şəxsi istehlak miqdarından isə 27 dəfə artıq olması kimi işin halları ilə cinayət işi üzrə narkotik vasitənin əldə edilməsi və saxlanılmasının hansı məqsədlə yerinə yetirildiyini sübut edir. Göründüyü kimi, Məhkum əməli tövsif edilərkən işin halları düzgün nəzərə alınmamış, mövcud dəlillərə qiymət verilməmiş, cinayət əməlinin tövsifində səhvə yol verilmiş, reallığa açıq-aydın uyğun olmayan nəticəyə gəlinmişdir. Hazırki cinayət işində Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə heroinin miqdarı onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. Məhkumd a opioidların qəbulu nəticəsində yaranmış asılılıq sindromunun aşkar olunması heç də onun külli miqdarda narkotik vasitə olan heroini şəxsi istehlak üçün əldə etməsinə əsas vermir. Eyni zamanda, Məhkum polis əməkdaşlarının sayıqlığı nəticəsində ifşa olunmuş, bu səbəbdən də ona narkotik vasitələri satmağa görə deyil, satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımağa görə ittiham elan edilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, satış məqsədilə narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, daşındığı andan başa çatmış hesab edilir. Məhkum narkotik vasitəni satmaq niyyətinin olmaması onun əvvəlcədən kiminlə isə sövdələşməsini şərtləndirmədiyindən, bu hal onun əməlinin CM-in 234.1-ci maddəs i ilə tövsif etməyə əsas vermir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasi ya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tu tulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkə mənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində R.İskəndərovun onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum narkotik vasitəni satmaq məqsədini müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitəni miqdarına münasibət bildirərək qeyd edir ki, narkotik vasitənin 4,033 qram çəkidə olması Məhkum həmin maddələri əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilməz. Ona görə də, məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, məhkumun narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin miqdarı ilə yanaşı, belə niyyətini təsdiq edən məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satılmasını hazır lamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. 13 may 2022-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən narkotik vasitənin satışını realizə edə biləcək hər hansı bir predmeti – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də onun tərəfindən narkotik vasitənin xırda bükümlərə ayrılması və ya narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanan andan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, habelə məhkəmə icraatı zamanı verdiyi bütün izahat və ifadələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Həmçinin məhkumun hər hansı bir şəxslə narkotik vasitənin və psixotrop maddənin satılması barədə razılığa gəlməsi və ya digər bir üsulu ilə buna cəhd etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İşə baxan məhkəmələr Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib nəticəyə gəlmişlər ki, məhkumun 4,033 qram narkotik vasitə olan heroini qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edilmiş, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun gəlmir və toplanmış sübutlara təsdiq olunmur. Ona görə də, məhk əmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən ondan aşkar edilmiş 4,033 qram narkotik vasitə olan heroini satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Apellyasiya məhkəməsinin sübutları cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış president hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun narkotik vasitəni satmaq niyyəti cinayət işində olan sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan məhkəmələr isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cin ayətin tərkib əlamətlərinin olmadığı barədə nəticəyə gəlmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının kassasiya protestində göstərilən dəlillərə görə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-487/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024cü il tarixli, 1(103)-487/2024 nömrəli tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar